"Uyğurlar çox qədim tarixə malik qədim türk xalqıdı. Çində baş verənlər mənim və bütün uyğurlar üçün böyük ağrıdı. Bu çox xoşagəlməz haldı".
Football-plus.az xəbər verir ki, bu fikirləri "Sumqayıt"ın sabiq futbolçusu, milliyyətcə uyğur olan Cəmaləddin Xocaniyazov söyləyib.
"Zenit"in yetirməsi olan 26 yaşlı rusiyalı müdafiəçi Çindəki uyğurlarla bağlı vəziyyəti böyük ağrı adlandırıb:
"Çox xoşagəlməz haldı ki, uyğurları yalnız Olimpiadadan əvvəl xatırlayırlar. Xatırlayırlarsa, deməli hər şey çox səthi gedir. Bu, heç bir real dəyişikliyə səbəb olmur".
Xatırladaq ki, Türkmənistanda anadan olan Xocaniyazov 2019-22-ci illərdə "Sumqayıt"da çıxış edib. O, yay fasiləsində Rusiyada qayıdaraq hazırda 1-ci divizionda çıxış edən Tolyatti "Akron"unun futbolçusudu.