"Azərbaycan millisində oynamaq ehtimalım var idi. Amma bu variantı heç vaxt düşünməmişəm".
"Football-plus.az" xəbər verir ki, bunu "Sumqayıt"dan ayrılan Cəmaləddin Xocaniyazov "RİA Novosti"yə müsahibəsində deyib.
Hazırda klubsuz olan 26 yaşlı yarımmüdafiəçi Rusiya "Zenit"indəki sabiq komanda yoldaşı Ramil Şeydayevin Azərbaycan yığmasını seçməsinə də münasibət bildirib: "Bu, onun qərarıdı. Şeydayevə hörmət edirəm. Amma mən hələlik istəmirəm".
Qeyd edək ki, Cəmaləddin Xocaniyazov 2019-cu ilin avqustunda "Sumqayıt"a keçib. O, Türkmənistanda doğulmuş uyğur əsilli futbolçudu. Xocaniyazov Rusiya vətəndaşıdı.