Sabiq "Qarabağ"lı Çində

11.03.2022 13:50 555
Dünya futbolu
"Qarabağ"ın sabiq futbolçusu Dino Ndlovu karyerasını Çində davam etdirəcək.

Bu barədə yerli mətbuat xəbər yayıb. Futbolçu çıxış etdiyi "Kocəlispor"dan ayrılıb. Hücumçu “Çançun Yatay”la anlaşıb. Asiya klubu bu keçid üçün türklərə 5 milyon dollar ödəyəcək.

Qeyd edək ki, Ndlovu 2016/18-ci illərdə Ağdam klubunda çıxış edib.