A Seriyasında 6-cı turun görüşləri keçirilib.
"Milan" "Sampdoriya"nı 2:1 hesabı ilə məğlub edib. Bu qələbə "qırmızı-qaralar"ın çalışdırıcısı Stefano Pioli üçün əlamətdar olub. O, İtaliya çempionatında qazandığı xalların sayını 652-yə yüksəldib. Mütəxəssis 1994-cü ildən - A Seriyasının yeni sistemə keçidindən sonra 650 xal toplayan 8-ci məşqçi olub.