"Araz-Naxçıvan"dan növbəti transfer

22.06.2026 12:36 14
Ölkə futbolu
Transfer çalışmalarını davam etdirən “Araz-Naxçıvan” futbolçu Rəşad Həsənovla anlaşıb.

"Football-plus.az" xəbər verir ki, bu barədə Naxçıvan təmsilçisi məlumat yayıb.

Mərkəz müdafiəçisi yeni mövsümdə komandanın formasını geyəcək.

Onunla imzalanan müqavilənin müddəti 1 illikdi. “Keşlə”, “Şamaxı” və “Zirə-2” klublarında çıxış edən 23 yaşlı futbolçu son mövsümü 1-ci liqada mübarizə aparan “Cəbrayıl”ın heyətində keçirib. O, müxtəlif illərdə Azərbaycanın U-16, U-17, U-19 və U-21 millilərinə də dəvət alıb.

“Araz-Naxçıvan” buna qədər Tərlan Əhmədli, Ömər Buludov, Slavik Alxasov, İbrahim Piriyev, Ülvi İsgəndərov və Luka Dumançiçlə yeni müqavilə imzalayıb.