İran çempionatında 6-cı turun oyunları keçirilib.
"Footbal-plus.az" xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi “Traktor” da növbəti matçına çıxıb.
Təbriz klubu doğma meydanda “Sanat Naft”la qarşılaşıb. “Traktorçular” bu oyundan qələbə ilə ayrılıblar – 1:0. Yeganə qolu 90+4-cü dəqiqədə Reza Asadi vurub.
Qeyd edək ki, ardıcıl ikinci qələbəsini qazanan “Traktor” 6 turdan sonra 8 xalla 16 kollektiv arasında 7-ci pillədə qərarlaşıb.