PSJ-nin hücumçusu Renato Sanşeş sıradan çıxıb.
"Football-plus.az" xəbər verir ki, portuqaliyalı futbolçunun sağ ayağı zədələnib.
Həkimlər onun təxminən 10 gün topa toxuna bilməyəcəyini proqnoz veriblər. Renato PSJ-yə bu yay “Lill”dən gəlib. 25 yaşlı futbolçu cari mövsümdə meydana çıxdığı 6 oyunda qapıya bir dəfə yol tapıb.