“Dinamo” heyətini Eli Dasa ilə gücləndirib.
"Football-plus.az" xəbər verir ki, İsrail yığmasının kapitanı Rusiya klubu ilə “2+1 il” sxemi üzrə müqavilə bağlayıb. 29 yaşlı müdafiəçi son üç mövsümü “Vitess”də keçirib. Eli milli formada 2015-ci ildə debüt edib. İndiyədək ölkəsinin əsas komandasında 48 oyun keçirib. Martdan yığmanın kapitanı statusunu daşıyır.