"Lill"in yarımmüdafiəçisi Renato Sanşeş PSJ-yə keçmək qərarına gəlib.
"Football-plus.az" "RMC Sport"a istinadən xəbər verir ki, o, "Milan"ın marağına baxmayaraq, Paris klubunu seçib.
Keçid yaxın günlərdə açıqlana bilər. Tərəflər arasında 24 yaşlı portuqaliyalı üçün danışıqlar uğurla davam edir.