“Tottenhem” ciddi itki ilə üzləşib.
London klubunun müdafiəçisi Mett Doherti zədələnib. O, premyer-liqanın 32-ci turunun “Aston Villa” ilə matçında (4:0) sıradan çıxıb. İrlandiyalı futbolçu üçün mövsüm erkən başa çatıb. Qeyd edək ki, Doherti bu mövsüm bütün turnirlərdə 26 oyunda meydana çıxıb. Premyer-liqanın 15 matçında iştirak edən 30 yaşlı futbolçu 2 qolun və 4 məhsuldar ötürmənin müəllifi olub. Mettin azı 12 həftəliyə sıradan çıxdığı ehtimal olunur. Onun əməliyyata məruz qalıb-qalmayacağı hələ ki bəlli deyil.