• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Teo Ernandesi bizim dövrün “Milan”ında görmək istərdim”

Dünya futbolu

26-08-2022, 23:0

Jan-Pyer Papen tarixdə iz buraxmış oyunçulardan biridi.

1987-92-ci illərdə ''Marsel''in heyətində ardıcıl 5 mövsüm Liqa-1-in bombardiri olan fransalı forvard 1991-ci ildə ''Qızıl top''u da qazanıb. Düzdü, onun ''Milan'' karyerası ''Marsel''dəki qədər parlaq keçmədi. Amma Papen ''Milan''ın heyətində 1993/94-də ÇL-in qalibi oldu. Son illər gözdən itən və Fransanın aşağı liqa klublarında məşqçi kimi çalışan 58 yaşlı Papen bugünlərdə ''Sportweek'' nəşrinə müsahibə verib.

- Piolinin ''Milan''da gördüyü işi necə qiymətləndirirsiz?
- Bilirdim ki, Pioli ''Milan''ı layiq olduğu yerə qaytaracaq. Skudetto uğrunda mübarizə aparmaq bu klubun qanında var. Milanellonun sehri bu prosesi bir qədər də sürətləndirdi. Bundan sonra inanıram ki, ''Milan'' İtaliyada bu statusda möhkəmlənəcək və Çempionlar Liqasında özünü yaxşı tərəfdən göstərəcək. Ötən mövsümün təcrübəsi komandaya çox yardım edəcək.

- Hemyerliniz Jirunun təcrübəsinə də böyük ehtiyac duyulacaq. O, hətta yoxlama matçlarında da qol vurduqdan sonra formanın üzərindəki skudettonun şəklini öpürdü…
- Bu, təbii və ürəkdən gələn bir jestdi. Məndə olduğu kimi ''Milan'' Jirunun da qəlbindədi. Bu klubun aurası dərhal orda oynayan futbolçulara təsir edir. Başa düşürsən ki, orda oynamaq şansı qazanmaqla çox böyük xoşbəxtlik əldə etmisən. Bu yay Jiru ilə söhbət etmək fürsətim oldu. Hiss etdim ki, kluba çox bağlanıb. Hər şey xoşuna gəlir və qol vurub fanatları coşdurmaqdan böyük zövq alır. ''San Siro''ya və bu stadionun tarixinə heyrandı. Xüsusilə də ora 80 min insan toplaşanda inanılmaz atmosfer olur.

- Düşünürsüz ki, Jiru ''Milan''ı daha da güclü edib?
- Əlbəttə. O, qalib gəlməyə alışan əsl çempiondu. Güclü rəqabətə baxmayaraq, ''Milan''a çox tez uyğunlaşmağı bacardı. Əminəm ki, bu mövsümü ötənilkindən də yüksək səviyyədə keçirəcək. Düzdü, onun, məsələn, İbrahimoviç qədər liderlik keyfiyyətləri yoxdu. Elə də çox danışmır. Amma əsas matçlarda meydanda fərq yaratmağı bacarır.

- Bu mövsüm onun Oricinin timsalında yeni rəqibi peyda olub.
- Piolinin onlara eyni mövqenin oyunçuları kimi baxıb-baxmadığını bilmirəm. Çünki oyun keyfiyyətləri fərqlidi. Jiru klassik mərkəz hücumçusudu. Orici isə daha hərəkətlidi. Cinahda da oynaya və Jiruya yardım edə bilər. Onların eyni anda start heyətində meydana çıxmasında bir problem görmürəm. Amma hər şey baş məşqçinin taktikasından və oyun sxeminden asılı olacaq.

- Bəs Papen Jiru ilə hücumda tandem təşkil edə bilərdimi? Fanatların fikrincə, sizin oyun tərzinizdə müəyyən bənzərliklər var.
- Əsas bənzərlik qol vurmağa can atmağımızdı. Jiru kimi mən də bunun üçün meydanda hər şey edirdim. Mən daha cəld idim və lazım gələndə arxaya çəkilib meydanın dərinliyindən oynaya bilirdim. Jiru isə daha çox komanda yoldaşlarından asılı olan və özünü rəqibin cərimə meydançasında suda balıq kimi hiss edən bir futbolçudu. Fikrimcə, indiki ''Milan'' üçün o, ideal oyunçudu.

- Sizcə, qarşıdakı mundialda Fransa yığmasında Jirunun start heyətində oynaması daha realdı, yoxsa Mayk Menyanın?
- Dünya çempionatının startına hələ 3 ay var. Hər şey baş verə bilər. Olivyenin özünü sübut etməsinə ehtiyac yoxdu. O, dünya çempionudu. Deşam onun keyfiyyətlərini və komandaya nə verə biləcəyini gözəl anlayır. Menyan dünyanın ən yaxşı qapıçılarından biridi. Hazırda Lyoris yığmanın əsas qapıçısı kimi görünür. DÇ-yə qədər olan müddətdə Menyanın əsas heyət üzvünə çevrilib-çevrilməyəcəyini bilmirəm. Amma o, yığmanın gələcəyidi. Menyan uzun illər yığmada əsas qapıçı funksiyasını daşıyacaq.

- Teo Ernandesin indiki dəyəri nə qədərdi?
- Bilmirəm, rəqəmlərdə o qədər də güclü deyiləm. Amma onu bilirəm ki, Teo inanılmaz futbolçudu hər mövsüm oyununu daha da gücləndirir. Bunda Piolinin də rolu az deyil. Məşqçi elə təşkilatlanmış komanda qurub ki, hər futbolçu ən güclü keyfiyyətlərini göstərməyi bacarır. Teo fiziki cəhətdən güclüdü. Müdafiə planında da ''artırır''. Top ayağında olanda hər şey etməyə qadirdi. Ötən mövsüm ''Atalanta''ya Messi tərzində vurduğu qolu xatırlamaq kifayətdi.

- Kalulunu artıq əsas heyət üzvü saymaq olarmı? Kyaer onunla rəqabət aparmalı olacaq?
- Kalulu ötən mövsüm karyerasında irəliyə doğru çox mühüm bir addım atdı. Özünəinamı yüksək səviyyədədi, üstəlik müdafiənin mərkəzində Tomori ilə əla anlaşır. Amma ''Milan''da əsas heyətin sabit üzvü yoxdu. Bu yazılmamış qanundu və hamı buna uyğunlaşır. Məsələn, mən bunu anlamaqda çətinlik çəkdim və ona görə də klubdan tez ayrıldım. İndi olsaydı, tam fərqli qərar qəbul edərdim.

- Bakayokoya komandada yenidən özünə yer tapmaq heç cür mümkün olmadı. Sizcə, o, nəyi düzgün etmədi?
- Bakayoko yaxşı yarımmüdafiəçidi. Sadəcə, ötən mövsüm rəqabət çox güclü idi. Onun mövqeyində Tonali, Bennaser, Kessye kimi futbolçular var idi.

- Yasin Adli özünə çox güvənir və özünü göstərmək üçün alışıb-yanır. Artıq italyan dilini də öyrənib.
- Əla. Dili bilmək çox vacibdi. Mən italyan dilini iki aya öyrənmişdim. İsveçdəki AÇ-1992-də boş vaxtım olan kimi dili öyrənirdim. Ora özümlə birlikdə qrammatika kitabları götürmüşdüm. Adli yüksək səviyyədə oynamağı bacardığını göstərmək üçün hər cür keyfiyyətə malikdi: zərbə, ötürmə, sürət, oyunu oxumaq bacarığı, texnika. Yeganə axsayan yeri müdafiə olunmaq qabiliyyətidi. Top onda olmayanda müdafiə olunmağı öyrənməlidi. Bunu bacarsa, mütləq İtaliyada özünü göstərəcək. Adli ağıllı oyunçudu və tez öyrənməyi bacarır. PSJ-nin akademiyasında yetişib. Orda gənclər üçün əla şərait və atmosfer var.

- İndi ''Milan''da olan hansı həmyerlinizin sizin dönəminizdəki komandada olmasını istərdiz?
- Bizim ''Milan'' ideal komanda idi. İndikilərdən heç kim o komandada start heyətinə düşə bilməzdi! Amma bir oyunçu seçməli olsam, Teoya üstünlük verərdim.

- Axı o, Paolo Maldini ilə rəqabət aparmalı olardı.
- Təsəvvür edin ki, Paolo meydana çıxa bilmədiyi vaxtlarda onu dünya səviyyəli bir futbolçu əvəzləyərdi.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

23-05-2022, 15:0

İtaliyada ən yaxşı futbolçu seçildi

Dünya futbolu

23-05-2022, 22:0

"Milan"ın çempionluğu Piolinin şəxsi qisası idi" - De Byazi

Dünya futbolu

11-03-2022, 12:0

"Marsel"in oyunçusu üçün əlamətdar oyun

Aktual
RFŞ Dambrauskası təbrik etdi - "Çempionlar Liqasında böyük uğurlar qazanan "Qarabağ"ı qabaqladı"
“Sözün açığı, Veysəllə son danışığımızda bildirmişdik ki...” – bıçaqlanan futbolçu ilə bağlı yeni xəbər
“Şamaxı” çempion üçün şərəf dəhlizi açacaqmı? – mayın 3-ü, saat 16.00-da...
Bulvardakı “Saatlı qüllə” bu gün “Qalatasaray” azarkeşlərini görməyəcək! – niyə?
“Sabah” da üç aparıcı futbolçusundan məhrumdu, “Qarabağ” da
Liberknext Mahirin adını yenə iştirak ərizəsinə salmadı! - qarınağrın nədi, ay qardaş?
Son xəbərlər
  • Bu gün, 13:12
    Drayzaytlla Krosbidən tarixi uğur
  • Bu gün, 13:06
    Renat "Lex"ə qarşı oynadı
  • Bu gün, 12:42
    Lebron yenə tarix yazdı
  • Bu gün, 12:11
    Nərimanın komandası uduzdu
  • Bu gün, 11:33
    “Qalatasaray” çempionluğu əldən verdi?
  • Bu gün, 11:30
    “Qarabağ”ın futbolçuları İçərişəhərdə azarkeşlərlə görüşdü
  • Bu gün, 11:15
    "Qarabağ"ın xal itirmək ehtimalı böyükdü" - Tovuzdan "Tofiq Bəhramov"a azarkeş axını olacaqmı?
  • Bu gün, 10:50
    İki cüdoçumuz tatami üzərinə çıxır - Düşənbədə son gün
  • Bu gün, 10:00
    "Şamaxı" "Sabah"a, "Zirə" "Qəbələ"yə qarşı - YENİLƏNİR
  • Dünən, 23:50
    “Sabah”ın basketbol komandası da çempionluğa gedir
  • Dünən, 23:16
    Minifutbol millimiz qələbə qazandı
  • Dünən, 22:45
    RFŞ Dambrauskası təbrik etdi - "Çempionlar Liqasında böyük uğurlar qazanan "Qarabağ"ı qabaqladı"
  • Dünən, 22:25
    Acun Ilıcalının komandası pley-offa vəsiqə qazandı!
  • Dünən, 21:57
    "Səsimizi çıxarmadıqca “Sumqayıt”ı əzmək fikri yaranır"
  • Dünən, 21:27
    “Öz taleyimi bilmirəm” - Demçenko klubdakı gələcəyi haqda nə dedi?
  • Dünən, 20:56
    “Qalibiyyətə layiq idik” - Jorj Kaşkilya
  • Dünən, 19:43
    "Bizim üçün problemli məsələ birinci penaltidi" - "Sumqayıt"ın məşqçisi
  • Dünən, 19:22
    “Sabah” Masazırda mükafatlandırılacaq, yoxsa Tovuzda? – rəsmi açıqlama
  • Dünən, 18:41
    “Sözün açığı, Veysəllə son danışığımızda bildirmişdik ki...” – bıçaqlanan futbolçu ilə bağlı yeni xəbər
  • Dünən, 18:10
    “Gözünün qabağında hakim haqqını yeyir, necə sakit dayanasan?!” - azarkeş qrupları AFFA İntizam Komitəsinin qərarlarından narazıdı
  • Dünən, 17:41
    "Araz-Naxçıvan" - "İmişli": START HEYƏTLƏRİ
  • Dünən, 17:19
    ''Beşiktaş''ın sabiq ulduzu prezidentə transferlə bağlı tövsiyələr verdi
  • Dünən, 16:48
    Talişkanın hər qaçırdığı penalti istefaya və ayrılığa səbəb olub!
  • Dünən, 16:22
    “Şamaxı” çempion üçün şərəf dəhlizi açacaqmı? – mayın 3-ü, saat 16.00-da...
  • Dünən, 15:54
    Bulvardakı “Saatlı qüllə” bu gün “Qalatasaray” azarkeşlərini görməyəcək! – niyə?
  • Dünən, 15:51
    Türkiyənin DÇ öncəsi qarşılaşacağı rəqiblər bəlli oldu
  • Dünən, 15:20
    "Kəpəz" - "Sumqayıt" - START HEYƏTLƏRİ
  • Dünən, 15:08
    Arda ''Real''da ayın ən yaxşı oyunçusu seçildi!
  • Dünən, 14:37
    “Sabah” da üç aparıcı futbolçusundan məhrumdu, “Qarabağ” da
  • Dünən, 14:06
    Liberknext Mahirin adını yenə iştirak ərizəsinə salmadı! - qarınağrın nədi, ay qardaş?
  • Dünən, 13:43
    Elvin Cəfərquliyevlə bağlı yayılan bütün xəbərlər yalandı!
  • Dünən, 13:15
    Final seriyasında ikinci oyun - "Sabah" fərqi artıra biləcəkmi?
  • Dünən, 12:52
    Uğursuz gün...
  • Dünən, 12:21
    Uşaq evlərinin komandaları arasında minifutbol turniri keçirildi
  • Dünən, 11:51
    Penaltilərin damğa vurduğu matçda qalib müəyyənləşmədi - hər iki penalti şübhəli idi!
Daha çox
Oxunub: 297
QARABAĞ (“QARABAĞ”) AZƏRBAYCANDI! - Mirşahin Balaş Qasımovu yox, Rəşad Məcidi dəstəklədi
Oxunub: 191
Vernidub Abubakarla Sakonu komandadan qovub?! – o kobud səhvin əks-sədası…
Oxunub: 142
"Sabah" və "Zirə" kubokun finalında əcnəbi hakimə razılıq verdi - AFFA hansı addımı atacaq?
Oxunub: 137
AFFA "Sabah" - "Qarabağ" oyunu ilə bağlı qərarları niyə açıqlamır? - Erkin Hüseynov susdu...
Oxunub: 133
“Pul hər şeyi yox, çox şeyi həll edir” – “Şamaxı”dan cavab
Oxunub: 126
“AFFA-dan gələn yardımlar dayanıb” - daha bir bölgə klubu dağılmaq ərəfəsində
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə