"Marsel"in oyunçusu üçün əlamətdar oyun

11.03.2022 12:30 510
Dünya futbolu
Konfrans Liqasında "Marsel" "Bazel" ilə qarşılaşıb - 2:1.

Görüş "Marsel"in futbolçusu Arkadiuş Milik üçün əlamətdar olub. O, Jan-Pyer Papenin rekordunu təkrarlayıb. Bu barədə yerli mətbuat xəbər yayıb. Bazel təmsilçisi ilə oyunda iki qol vuran forvard meydanda olduğu ardıcıl 5 qarşılaşmada fərqlənə bilən iki oyunçudan biridi.

Qeyd edək ki, Jan-Pyer Papen 1988/89 mövsümündə ardıcıl 5 avrokubok oyununda qol vurub.