• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Ukraynada futbol bərpa olundu

Dünya futbolu

26-08-2022, 19:0

Ukrayna çempionatında 2021/22 mövsümünün son oyunları ötən il dekabrın 12-də keçirilmiş və ardından komandalar qış fasiləsinə yollanmışdı.

Təbii ki, o vaxt da müharibə təhlükəsi havadan asılı idi, amma Rusiyanın təcavüzünün məhz fevralın 23-dən 24-nə keçən gecə başlayacağınından uzaqbaşı müxtəlif ölkələrin kəşfiyyatları xəbər tuta bilərdi, daha futbolçular yox. Bildiyiniz kimi, ötən mövsümü bərpa etmək mümkün olmadı və 18 turun yekunu həm də mövsümün yekunu kimi qəbul olundu. Ukraynanın avrokuboklardakı təmsilçiliyinə gəlincə, çempion “Şaxtyor” birbaşa Çempionlar Liqasının qrupunda oynayacaq, bu turnirin pley-offunda oynayan Kiyev “Dinamo”su “Benfika”ya uduzmaqla Avroliqanın qrupuna düşüb, “Dnepr-1” bu turnirin pley-offunda AEK (C.Kipr) ilə qarşılaşır, Konfrans Liqasında yarışan “Zarya” ilə “Vorskla” isə artıq mübarizəni dayandırıb.

Beləliklə, avqustun 23-də Ukraynada yeni futbol mövsümü başladı. Mövsüm “Olimpiyski” İdman Kompleksində keçirilən “Şaxtyor” – “Metallist 1925” oyunu ilə start götürdü. Tərəflər meydandan qolsuz ayrıldı.

Turnirin formatına gəlincə, 16 komanda ikidövrəli sistemlə yarışacaq, mövsüm 30 turu əhatə edəcək. 2022-nin noyabrından 2023-ün martına qədər fasilə olacaq. Ötən mövsümlə müqayisədə Çerniqov “Desna”sı ilə “Mariupol” iştirakçılar sırasında yoxdu (klub infrastrukturu buna imkan vermir). Ancaq Ukrayna çempionatının 2023/24 mövsümündə bu klubların yeri saxlanılıb. Mövsümün debütanları isə 1-ci dəstənin 2021/22 mövsümünün liderləri – “Metallist” (“Metallist 1925” ilə qarışdırmayın) ilə “Krivbass”dı.

Ukrayna ərazisində döyüş əməliyyatlarının getdiyini nəzərə alsaq, oyunların harda keçiriləcəyi də maraq doğurur. Hələ ki çempionat oyunları paytaxt Kiyevdə ölkənin qərb şəhərlərində keçirilir. Ancaq bəzi oyunların ölkə xaricinə salınması da mümkündü. Məsələn, avrokuboklara qatılanlar – “Şaxtyor”, “Dinamo” və “Dnepr” öz oyunlarını Polşada keçirə bilər. “Dinamo” ÇL-in təsnifat mərhələsindəki ev oyunlarını Lodzda keçirdi, “Şaxtyor” da qrupdakı rəqiblərini Polşanın paytaxtı Varşavada qarşılayacaq.

Təbii ki, oyun iştirakçılarının təhlükəsizliyi ilə bağlı müəyyən tələblər var. Ukraynanın gənclər və idman naziri Vadim Qutsayt iştirakçıları təlimatla tanış edib:

“İdman qurğularının rəhbərləri evakuasiya planı hazırlamağa və sığınacaqları hazır vəziyyətə gətirməyə borcludu. Sığınacaqlar bütün dövlət təhlükəsizlik tədbirlərinə uyğun olmalı və oyun iştirakçılarının hamısını yerləşdirməyə imkan verməlidi. Sığınacaqlar stadiondan 500 metrdən uzaqda ola bilməz. Hava həyəcanı elan olunarkən stadionun diktoru bu müraciəti çatdırmalıdı: “Diqqət! Hava həyəcanı! Hamıdan sığınacağa yollanmağı xahiş edirik”. Hakim dərhal oyunu dayandırmaq üçün fitini çalır və komandalarla birgə sığınacağa yollanır”.

Rusiyanın hərbi təcavüzünün klublarla legionerlər arasındakı münasibətlərə, ümumiyyətlə, Ukrayna çempionatının gücünə mənfi mənada təsir göstərdiyi heç kimdə şübhə doğurmur. Bütün braziliyalıların xidmətindən məhrum olan “Şaxtyor” daha ciddi problemlə üzləşib. Yarımmüdafiəçilər Pedrinyo (Mineyro “Atletiko”suna icarəyə verilib), Markos Antonio (“Latsio” 7,5 milyon avroya alıb), Solomon (“Fulhem”ə yollanıb) və Alan Patrik (Braziliya “İnternasyonal”ına keçib) gedib. Müdafiə xətti Dodo (“Fiorentina” 14 milyon avroya alıb), Marlon (“Montsa” götürüb) və İsmailini (azad agent kimi “Lill”ə yollanıb) itirib.

Klub italiyalı mütəxəssis Roberto De Dzerbi ilə də müqaviləni pozmalı olub. Onun əvəzinə İqor Yoviçeviç gəlib. Xorvat mütəxəssis indi yalnız ukraynalılar və bir neçə legioner ilə çalışmalı olacaq. Söhbət xorvatiyalı dayaq yarımmüdafiəçisi Neven Curasiklə Burkina-Fasodan olan 21 yaşlı hücumçu Lassina Traoredən gedir. Üstəlik yaxınlarda PAOK-dan cinah müdafiəçisi Lukas Teylor da alınıb – hər halda, heyətdə bir braziliyalı olacaq.

Braziliyalıların kütləvi gedişindən sonra “Şaxtyor”un baş direktoru Sergey Palkin qəzəbini gizlətmədi:
“FİFA-nın qərarı Ukrayna klublarına dəstək verməmək deməkdi. Faktiki klubları darmadağın edirlər, bizim liqada əcnəbilər çoxdu, FİFA bizə ziyan vurdu. Biz təxminən 50 milyon avro itirdik. Bu isə agentlərin zənginləşməsi üçün imkan yaratdı. İndi onlar başqa klublara deyirlər ki, Donetsk “Şaxtyor”una pul ödəmək lazım deyil. Beləcə transferlərdən böyük komissiya haqqı alırlar”.


“Şaxtyor”un baş direktoru Avropa klublarını onlara həmrəylik göstərməməkdə də suçlayıb:
“Onlar, sadəcə, futbol ailəsindən danışırlar. Ancaq real həyatda belə ailə yoxdu”.


Qalan klublar “Şaxtyor”la müqayisədə daha az ziyan çəkib. Kiyev “Dinamo”su üçün ən böyük itki əsas heyət oyunçusu – uruqvaylı Karlos de Penanın Braziliya “İnternasyonal”ına yollanmasıdı. Premyer-liqanın hər klubunu minimum 8 futbolçu tərk edib, əksəri də Rusiyanın başlatdığı müharibə üzündən. Belə yerdə nə demək olar ki?! Allah şərə və şeytana lənət eləsin!

1-ci tur
Şaxtyor – Metallist 1925 0:0
Şaxtyor: Trubin, Krivtsov, Matviyenko, Mixayliçenko, Maya, Stepanenko, Petryak (Oçeretko, 76), Curasik, Sudakov (Bondarenko, 61), Mudrik, Sikan (Totovitski, 61).
Zarya – Vorskla 3:1
Nazarina, 7-p. Bezborodko, 30; 53 – Oleynik, 73-p.
Çernomorets – Veres 0:1
Klyots, 22.
Kolos – Krivbass 1:0
Qonçarenko, 36.
Rux – Metallist 1:2
Klimçuk, 41 – Pidlepenets, 37. Pryadun, 66.

“Minay” – “Lvov” oyunu təxirə salınıb. “İnqulets” – “Dinamo”, “Dnepr-1” – “Aleksandriya” oyunları noyabrın 16-da keçiriləcək.
Növbəti turun oyunları avqustun 27-29-u aralığında keçiriləcək: Vorskla – Veres, Lvov – Zarya, Metallist 1925 – Çernomorets, Kolos – Rux, Şaxtyor – Krivbass, Dinamo – Dnepr-1, Metallist – İnqulets, Aleksandriya – Minay.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

28-04-2022, 21:0

Ukrayna çempionatı erkən sona çatdı

Çempionlar Liqası

17-08-2022, 09:0

ÇL-də pley-offun ilk oyunlarına yekun vurulur

Dünya futbolu

30-07-2022, 12:0

''Trabzonspor'' Mahirə rəqib ola bilər

Dünya futbolu

21-05-2022, 20:0

Ukrayna çempionatı Türkiyədə keçiriləcək?

Dünya futbolu

10-06-2022, 16:0

“Sivasspor” Çalımbayı əldən vermədi

Aktual
“Qarabağ” yoxlama oyunu keçirəcək?
“Dinamo”da kimlər var?
“Sabah” Maludanın mövqeyini onu da gətirdi!
“Sabah” “İberiya”ya vermişdi, amma “Veres”də oynayacaq
PFL rəsmisindən premyer-liqanın sponsoru ilə bağlı açıqlama – nə vaxt bilinəcək?
“Kimisə günahlandırmaq düzgün deyil” – “Qartallar” məğlubiyyətlə barışdı
Son xəbərlər
  • Dünən, 23:59
    Doğma klubuna qayıtdı
  • Dünən, 22:50
    Qapıçı ilə müqavilə yeniləndi
  • Dünən, 22:10
    “Qarabağ” yoxlama oyunu keçirəcək?
  • Dünən, 21:41
    "İmişli" "Sumqayıt"ı darmadağın etdi
  • Dünən, 21:10
    Dortmundu tərk etməyə yaxındır
  • Dünən, 20:40
    Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Dünən, 20:00
    Ramilin yeni klubu açıqlandı
  • Dünən, 19:31
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 19:00
    "Turan Tovuz"dan böyükhesablı qələbə
  • Dünən, 18:26
    Birmingemdən Londona yollandı
  • Dünən, 17:55
    "Sumqayıt" hücumçu transfer etdi
  • Dünən, 17:25
    "Zirə" Konate ilə vidalaşdı
  • Dünən, 16:54
    Yaşıl meydana oktyabrda dönəcək
  • Dünən, 16:23
    "Qarabağ"ın potensial rəqibi məlum oldu
  • Dünən, 15:57
    İngiltərədə iş yerini dəyişə bilər
  • Dünən, 15:26
    "Sabah" "Orhus"a uduzsa, "Benfika" ilə qarşılaşa bilər
  • Dünən, 15:00
    Millimizin rəqibləri məlum oldu
  • Dünən, 14:41
    “Dinamo”da kimlər var?
  • Dünən, 14:10
    "Sabah"ın potensial rəqibi bilindi - ÇL
  • Dünən, 13:37
    “Sabah” Maludanın mövqeyini onu da gətirdi!
  • Dünən, 13:16
    "Sabah"ı Avropa Liqasında kimlər gözləyir? - "Benfika", "Beşiktaş", ÇSKA...
  • Dünən, 12:57
    Ölkəmizi Avropa Kubokunda təmsil edəcək cüdoçular - SİYAHI
  • Dünən, 12:35
    Pakistan millisinin kapitanı "Qarabağ"da - RƏSMİ
  • Dünən, 12:10
    Ehtiram Quliyev Bakıda Əziz Yıldırımla görüşdü
  • Dünən, 11:45
    "Qarabağ"ın potensial rəqibləri azaldı
  • Dünən, 11:15
    "Sabah"ın potensial rəqibi bəlli olur
  • Dünən, 10:56
    “Sabah”ı pley-offdan ayıran son maneə - “Orhus”
  • Dünən, 10:30
    AFFA yeni mövsüm üçün hakimləri açıqladı - SİYAHI
  • Dünən, 10:00
    “Sabah” “İberiya”ya vermişdi, amma “Veres”də oynayacaq
  • Dünən, 00:20
    Mahir "Rakuv"da yenə qol vurdu
  • Dünən, 00:09
    PFL rəsmisindən premyer-liqanın sponsoru ilə bağlı açıqlama – nə vaxt bilinəcək?
  • 2-08-2026, 23:0
    Ramik yeni mövsümə qolla başladı!
  • 2-08-2026, 22:0
    Belçikadan İngiltərəyə üz tutacaq
  • 2-08-2026, 22:0
    Almaniyada klubunu dəyişdi
  • 2-08-2026, 21:0
    ''Fənər''in rəsmisi portuqaliyalı ulduz üçün Milana yollandı!
Daha çox
Oxunub: 360
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 220
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 178
Koxalski, sən nə etdin? – getmək istəyirsən, bəhanəsiz get!
Oxunub: 162
“Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
Oxunub: 156
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Oxunub: 131
“Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə