“Roma” yeni futbolçusu Corcinyo Viynaldumdan sonra daha bir oyunçusunu itirib.
Football-plus.az xəbər verir ki, A seriyasının “Kremoneze” ilə oyununda (1:0) Nikolo Zanyolo zədə alıb. 23 yaşlı yarımmüdafiəçi ilk hissənin sonunda sıradan çıxıb.
Çiyni çıxan futbolçunun əməliyyata ehtiyacı yoxdu. Nikolonun yaşıl meydana təxminən 3-4 həftədən sonra qayıdacağı gözlənilir.