PSJ-dən "Roma"ya

6.08.2022 10:15 410
Dünya futbolu
"Roma" heyətini yeni futbolçu ilə gücləndirib.

"Football-plus.az" xəbər verir ki, "canavarlar" Fransa PSJ-sindən Corcinyo Veynaldumu heyətinə cəlb edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

31 yaşlı yarımmüdafiəçi 2022/2023 mövsümünü "Roma"da keçirəcək. Paytaxt klubu sezonun sonunda futbolçunun transfer hüquqlarını ala bilər.