• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Hücum futbolundan doymayan Elmar Baxşıyev - YAZI

Yazarlar

5-08-2022, 22:0

- Gəlin hücum edək!

- Biz o qədər zəifik ki, silahlarımızı belə güclə daşıyırıq, hücum haqda necə fikirləşə bilərsən?

- Daha bir gün keçsə, aclıqdan ya meyidləri yeyəcək, ya da “qırmızılar”a əsir düşəcəyik. İtiriləcək heç nəyimiz yoxdu. Onlar hücum edəcəyimizi gözləmir. Ona görə də gəlin irəli atılaq və onları məhv edək.

"38-ci paralel" filmində cəsur döyüşçü Li Cen Txenin komandirinə müraciətindən...

Rejissör Kan Cegünün lentə aldığı müharibə filmindəki kimi itiriləsi nəyisə olmayan, maliyyəsi zəif, heyəti kasad "Qəbələ" də ötən mövsüm heç kimin gözləmədiyi halda, hücum futbolu oynamaqla güclü rəqibləri üzərində qələbələr qazanıb futbol ictimaiyyətini heyran etdi. Bölgə təmsilçisi yaradıcı oyunu ilə ötən mövsümün ilk yarısını ikinci pillədə tamamladı. Qış fasiləsindən sonra komanda nə qədər mübarizə aparsa da, mövqeyini qoruya bilməyərək, çempionatı 4-cü yerdə tamamladı. Buna rəğmən, "qırmızı-qaralar" Konfrans Liqasına vəsiqəni təmin etdi. Çoxları Elmar Baxşıyevin və yetirmələrinin zəhmətini yerə vuraraq onların təsadüfən avrokuboka vəsiqə qazandığını və "Sabah"ın qitəmiqyaslı turnirə yollanmağı daha çox haqq etdiyini söyləyirdi.

"Qəbələ" yay “transfer bazarı”nda cəmi 4 futbolçunu sıralarına əlavə etsə də, əsas heyət üzvlərinin çoxunu qoruya bildi. Komandanı gözü götürməyənlər qalan klublarımızla müqayisədə "qırmızı-qaralar"ın Konfrans Liqasında qapazaltı olacağını düşünürdü. Lakin "sən saydığını say, gör fələk nə sayır" deyimi bu dəfə də qüdrətini göstərdi. Ən köklü klubumuz "Neftçi" debütant "Aris"lə ilk qarşılaşmada hər cəhətdən rəqibinə uduzdu. "Zirə" doğma meydanda qorxaq futbol oynamaqla “Makkabi” önündə darmadağın oldu. "Qəbələ" isə səfərdə özündən güclü "Fehervar"a qarşı ilk dəqiqələrdən açıq futbol oynadı, hesabı açdı, hətta fərqi artırmaq üçün real şanslar da yaxaladı. Lakin ani səhvdən buraxdığı top, ardınca İlkin Qırtımovun dilinin qatlanması və məcburi əvəzetmə komandaya həm psixoloji təsir etdi, həm də oyun planını dəyişdi. Elmar Baxşıyevin yetirmələri yekunda 1:4 hesablı məğlubiyyətlə meydanı tərk etsə də, qalan təmsilçiilərimizdən fərqli döyüşdü, sadəcə, bəxti gətirmədi. "Qəbələ"nin səfərdə sərgilədiyi oyun 1815-ci ildə Vaterloo savaşında məğlub olan Fransa ordusunun döyüşçülərinin, ayrı-ayrı birliklərinin, sərkərdələrinin qələbəsini xatırlatdı.

Bir həftə sonra cavab görüşündə "Zirə"nin gecikən oyanışı işə yaramadı. "Neftçi" yenə oyun planında bərbadlığıyla göz oxşayıb yalnız futbolçuların fərdi keyfiyyəti sayəsində mərhələ keçdi. Elmar Baxşıyevin komandası isə doğma meydanda da cəngavər kimi döyüşdü. Qəbələ şəhər stadionunda macarlar qüdrətli Atillanın qəhrəmanlıqlarından ilhamlanmaq əvəzinə "qırmızı-qaralar" Romanı lərzəyə gətirən sərkərdədən ruhlanaraq meydanda hunlar kimi savaşdı. Bölgə təmsilçisi qalxansız döyüşən cəngavərlər kimi irəli atılıb macarları üstələdi. Felipe Santos, Ruan Renato və Rövlan Muradov çoxsaylı imkanlarını qola çevirə, Səlahət Ağayev də qapısının toxunulmazlığını qoruya bilsəydi, mərhələ keçmək şansı çox olacaqdı. Təəssüf ki, ehtiyat qüvvənin olmaması, müdafiədəki boşluqlar, İsnik Aliminin doğma mövqeyində oynamaması da "Qəbələ"nin əleyhinə işlədi. Amma "qırmızı-qaralar" "Neftçi"dən fərqli meydanın hər qarışı uğrunda mübarizə aparıb, güclü rəqibə qarşı cəsarətli, açıq futbol oynamaqla qələbə qazandı.

Məşhur ifadə var: "Həmişə güclü qalib gəlmir. Əsas əllərdəki və düşüncələrdəki sürətdi". Doğma meydanda "Fehervar"ı üstələməklə Baxşıyev bu aforizmi nümayiş etdirdi. Oyundan sonra 42 yaşlı mütəxəssisin "komandam getdikcə daha yaxşı olacaq" deməsi də qarşıdan gələn ölkə çempionatı ilə bağlı nikbinliyinin göstəricisidi. Komandanın ənənəsinə sadiq qalaraq yaradıcı futbol sərgiləyəcəyi şübhə doğurmur. Ötən mövsüm "Neftçi"də çıxış edən Ramon Maçadonun transferi də "ən yaxşı müdafiə hücumdu" prinsipinin üstün tutulacağını bir daha sübut edir.

Rus yazıçı Filip Leonidov deyir: "Kəmiyyətlə qalib gəlirlər, keyfiyyətlə fəth edirlər". Avqustun 5-də start götürəcək növbəti ölkə çempionatında "Qəbələ" kəmiyyətdə ləngisə də, keyfiyyətli oyunu ilə çoxlarına başağrı olacaq.

ABDULLA İSMAYILOĞLU

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

18-03-2022, 10:0

"Biz nə vaxt hücum edəcəyimizi bilirdik" - Xavi

Dünya futbolu

12-05-2022, 13:0

"Atletiko" Çempionlar Liqasına vəsiqəni təmin etdi

Premyer-liqa / Manşet

14-05-2022, 11:0

Tərlan Əhmədov: "Qəbələ" bütün komandalara qarşı eyni taktikanı, oyun üslubunu sərgiləyir" - AÇIQLAMA

Aktual
Ukrayna bu mövsüm klubları qələbə qazanmayan iki ölkədən biridi! – “Qarabağ” üçün təsəlli
“Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
“Bilirdik ki, “Qarabağ”ı məğlub etmək üçün əzmkar oynamalıyıq” – ÇSKA-nın prezidenti
“Allah bizimlə idi” – ÇSKA-nın kapitanı “Qarabağ”la matçdan danışdı
“Sabah”ın Danimarka, “Qarabağ”ın Polşa yolçuluğu – detallar açıqlandı
“Bizə bu məsələ ilə bağlı hansısa rəsmi məlumat daxil olmayıb” - “Cəbrayıl”ın dəyəri cəmi 400 min manat imiş...
Son xəbərlər
  • Bu gün, 00:25
    “Təəssüf ki, bizdə belə ustalıq səviyyəsinə malik oyunçu yoxdu” – Kiyev “Dinamo”sunun baş məşqçisi
  • Bu gün, 00:10
    Ukrayna bu mövsüm klubları qələbə qazanmayan iki ölkədən biridi! – “Qarabağ” üçün təsəlli
  • Bu gün, 00:09
    "Qəbələ" - "İmişli" matçında 4 qol
  • Dünən, 23:52
    "Turan Tovuz" Türkiyə klubuna qalib gəldi
  • Dünən, 23:31
    Cavid Hüseynovdan acı etiraf: “Komanda hələ ki 60 dəqiqə oynamağa hazırdı”
  • Dünən, 23:00
    İngiltərədə iş yerini dəyişəcək
  • Dünən, 22:39
    "Şamaxı" yarımmüdafiəçi transfer etdi
  • Dünən, 22:20
    “Kəpəz”in Qətər klubu ilə oyunu ləğv olundu
  • Dünən, 22:00
    “Hər üç klubumuzun uğursuzluğunu bəxtsizliklə əlaqələndirirəm” – Aslan Kərimov
  • Dünən, 21:44
    "Şəfa" "Araz-Naxçıvan"ı məğlub etdi
  • Dünən, 20:56
    “Milan”ı tərk etməyəcək
  • Dünən, 20:23
    "Barsa" titulu qorudu, “Real” problemlər içində batdı
  • Dünən, 19:42
    Milli futbolçu kokain testindən keçə bilmədi
  • Dünən, 19:01
    Lorenso ilə müqavilə yeniləndi
  • Dünən, 18:34
    Dünya çempionu əməliyyat olundu
  • Dünən, 18:00
    “Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
  • Dünən, 17:25
    Gözlənilən təyinat rəsmən açıqlandı
  • Dünən, 16:54
    UEFA-dan Əliyar Ağayevə yeni təyinat
  • Dünən, 16:33
    Milli komandaya qayıtdı
  • Dünən, 16:02
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 15:31
    Şimali Amerikaya yollandı
  • Dünən, 15:02
    “Bilirdik ki, “Qarabağ”ı məğlub etmək üçün əzmkar oynamalıyıq” – ÇSKA-nın prezidenti
  • Dünən, 14:44
    "Orhus" - "Sabah" matçının hakimləri açıqlandı
  • Dünən, 14:14
    “Allah bizimlə idi” – ÇSKA-nın kapitanı “Qarabağ”la matçdan danışdı
  • Dünən, 13:45
    Bir gecədə üç sillə! – inkişaf nağılları bitdi
  • Dünən, 13:28
    “Sabah”ın Danimarka, “Qarabağ”ın Polşa yolçuluğu – detallar açıqlandı
  • Dünən, 12:57
    "Əsas məqsəd futbola yeni azarkeşlər qazandırmaqdı" - Cahangir Fərəcullayev
  • Dünən, 12:20
    Murad debüt etdi, komandası mərhələ adladı
  • Dünən, 11:57
    Azərbaycan futbolunda "Fantasy" dövrü başladı
  • Dünən, 11:28
    Meksikadan vətəninə qayıtdı
  • Dünən, 10:57
    “Bizə bu məsələ ilə bağlı hansısa rəsmi məlumat daxil olmayıb” - “Cəbrayıl”ın dəyəri cəmi 400 min manat imiş...
  • Dünən, 10:36
    Milli komandaya qayıtdı
  • Dünən, 10:15
    "İnsanlar nə qədər böyük klubu mübarizədən kənarlaşdırdığımızı anlayırmı?” - ÇSKA-nın baş məşqçisi
  • Dünən, 09:54
    "Futbolçular 120 dəqiqəlik oyuna tam hazır deyillər" - Qurban Qurbanov
  • Dünən, 00:50
    "Zirə" və "Neftçi" dayandı, "Qarabağ" Konfrans Liqasına düşdü - YENİLƏNİB
Daha çox
Oxunub: 359
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 216
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 164
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 153
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Oxunub: 126
“Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
Oxunub: 120
“Dünən mənə elə şərtlərlə müqavilə təklif olundu ki...” - Rüstəm Məmmədov 9 illik karyerasına son qoydu
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə