• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Asif Məmmədov üç dəfə həyat qurtarıb - MÜSAHİBƏ

Ölkə futbolu / Manşet

27-07-2022, 21:0

Cümə axşamı Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyunları keçiriləcək.

Maraqla gözlənilən matçlardan biri də Qəbələdə baş tutacaq. Eyniadlı komanda Macarıstan təmsilçisi “Fehervar”la üz-üzə gələcək. İlk görüşdə 1:4 hesabı ilə məğlub olan “qırmızı-qaralar” üçün mübarizə, demək olar ki, başa çatıb. Amma UEFA reytinqində əmsalımızı artırmaq üçün bu görüş vacibdi.

“Qəbələ” bunun öhdəsindən gələ biləcəkmi? Doğma meydanda macarları məğlub etmək mümkün olacaqmı? İlk görüşdə hesabı açan komandanın “Fehervar” qarşısında şansı nə qədərdi? Həm ilk oyun, həm də cavab görüşü ilə bağlı suallara aydınlıq gətirmək üçün “Qəbələ”nin kapitanı Asif Məmmədovla əlaqə saxladıq.

- Üçillik fasilədən sonra avrokubok matçında meydanda çıxdın. Karyerasının son bölümünü yaşayan futbolçu kimi hansı hissləri keçirdin?

- “Qəbələ”nin heyətində avrokuboklarda qrup mərhələsində oynamışam. Onun başqa ləzzəti var, bunun başqa. Uzun fasilədən sonra yenidən Avropa meydanlarında mübarizə apardıq. Heyf ki, nəticə istədiyimiz kimi olmadı. Buna görə həqiqətən məyus olmuşam.

- Ümumiyyətlə, qarşılaşma haqda fikrini bilmək maraqlı olar. Komanda nə üçün uduzdu?

- Əslində birinci hissədə çox yaxşı oynadıq. Əfsuslar olsun ki, fasilədən sonra etdiyimiz səhvlərə görə qapımızdan qollar buraxdıq. Nə bilim, vallah, qismət. Bunu da nəzərə alaq ki, heyətimizdə yer alan bir çox futbolçunun avrokuboklarda ilk oyunu idi. Avropa turnirlərinin həyəcanı tam fərqlidi. Çempionat matçıları ilə eyni deyil. Məncə, məğlubiyyəti bir az da buna bağlamaq olar.

- Hesabı açandan sonra hücum futbolu sərgiləməyin əvəzinə müdafiə haqda düşünmək daha doğru olmazdı?

- Mən əksini düşünürəm. İlk hissədə hücum futbolu oynadıq, amma fasilədən sonra hesabı qorumağa çalışdıq. Bu da bizə baha başa gəldi. Düzdü, bizə belə tapşırıq verilməmişdi. Amma məcburiyyətdən müdafiədə oturmalı olduq. Düşünürəm ki, ilk hissədəki kimi hücum futbolu oynasaydıq, daha fərqli nəticə qeydə alınardı. Əfsuslar olsun ki, müdafiədə oturmağımız belə məğlubiyyətə səbəb oldu.

- Demək olar ki, oyunun “qırılma” nöqtəsi Ruben Pintonun topu boş qapıdan çıxarması oldu?

- Yox. Mən onu deməzdim. Düşünürəm ki, görüşün “qırılma” nöqtəsi İsnik Aliminin dəqiq ötürmə verə bilməməsi oldu. Həmin anda Rövlana ötürmə verdi, amma Utziqi görsəydi, daha yaxşı olardı. Ondan sonra öz qapımızda qol gördük. Həmin epizodda biz fərqlənsəydik, hesab 2:0 olacaqdı. Təəssüf ki, bu, baş vermədi. Birinci qoldan sonra ikincini də buraxdıq. Bundan sonra fikirləşməyə başladıq ki, niyə belə oldu? Fasilədən sonra düşünürdük ki, bu matçı udmalıyıq. Amma ikinci qolu buraxandan sonra ruhdan düşdük. Məncə, matçın “qırılma” nöqtəsi elə ikinci qolu buraxandan sonra oldu.

- Bütün dünya İlkin Qırtımovun zədələndiyi epizodda etdiyin müdaxiləyə görə səndən danışır. Bu haqda nə deyə bilərsən?

- Düşünürəm ki, məsələ bu qədər böyüməməliydi. Mənim yerimə kim olsaydı, eyni hərəkəti etməliydi. Kimsə etməyəcəkdisə, bundan sonra etsin. Orda İlkinə yaxın mən idim. Bu hadisəni görüb, həmin an müdaxilə etməsəydim, həqiqətən də vicdan əzabı çəkərdim. Özümü heç vaxt bağışlaya bilməzdim. Çünki ona yaxın mən idim. Demirəm ki, İlkini həyata qaytarmışam. Sadəcə, həkim gələnə kimi əlimdən gələni etməyə çalışdım. Adamın dilinin getməməsinə çalışdım. Dil qatlanandan sonra onu geri qaytarmaq çətin olur. Həkim gələnə kimi nəsə etməyə çalışdım. Ondan sonrasını isə həkimlər etdilər. Tibb işçilərimiz sağ olsun ki, İlkinin düzəlməsi üçün hər şey etdilər. Məncə, bir o qədər də qabardılası şey deyildi. Açığı, yazırlar, mən özüm də utanıram. Çünki çox böyük iş görməmişəm. Şişirdiləsi bir şey yoxdu ortada.

- Hansısa tibbi biliklərin var, yoxsa “dostuma kömək etməliyəm” deyib, Allahın yardımı ilə müdaxilə etdin?

- Tibbi biliyim yoxdu. Bundan öncə başıma iki dəfə belə hadisə gəlib. Şükürlər olsun ki, hər ikisində də tibbi biliklərim olmadığı halda belə, kömək ola bilmişəm. Qurban olum Allaha, birinci hadisə lap çoxdan olub. Səhv etmirəmsə, xarici ölkələrin birində baş vermişdi. O qədər də dəqiq xatırlamıram. Digəri isə ayyarım öncə məşhur adamlardan birinin ayağı sürüşdü, yanımda yıxıldı. Özündən getdi, pis vəziyyətə düşdü. Həmin anda ilkin müdaxilə etdim. Şükürlər olsun ki, indi hər şey yaxşıdı. Amma üzürlü sayın, həmin şəxsin adını açıqlamayacam. Dostumdu, çox yaxınıq. Qəfil yıxıldı. Qorxudan dili qatlandı. İlkindən də pis vəziyyətə düşmüşdü. Birdən öz-özümə dedim ki, nəsə etmək lazımdı. İlkin bu hala düşəndə də elə həmin hadisə yadıma düşdü. Eyni şeyləri təkrar etdim. Şükür Allaha ki, hər şey yaxşı oldu.

- Səncə, bu hadisənin “Qəbələ”nin oyununa nə qədər təsiri oldu?

- Həmin an uşaqların üzünə baxdım. Hamısına pis təsir etmişdi, rəngləri ağarmışdı. Sözsüz, bu hadisənin də bizə təsiri oldu. Həm də İlkin Qırtımov təcrübəli futbolçudu. Onun yoxluğu həmin andan sonra hiss olundu. Əlbəttə, cavan oyunçular da meydanda can qoyurlar. Lakin cavan futbolçu hansısa çempionat, kubok oyununda sənə kömək ola bilər. Belə vacib görüşdə isə təcrübə sözünü deyir. Düşünürəm ki, İlkinin başına elə hadisə gəlməsəydi, daha yaxşı olardı. Bəlkə də belə hesab olmazdı.

- “Qəbələ” cavab görüşündə qələbə qazana biləcək?

- Bu görüş ancaq bizim üçün stimul ola bilər. Sadəcə, öz azarkeşlərimizin önündə qalib gəlməliyik. Deyə bilmərəm ki, mərhələ keçəcəyik. Çünki bu gülünc çıxar. Bunun baş verməsi möcüzəyə bərabərdi. Düzdü, futboldu, hər şey ola bilər. Amma azarkeşlərimizin önündə çempionata yaxşı başlamaq üçün əlimizdən gələn hər şeyi edəcəyik. Çalışacağıq ki, qələbə qazanaq.

- Azarkeşlərin və mütəxəssislərin ilk oyundan sonra sizinlə bağlı ümidləri azalıb. Onlara nə demək istəyirsən?

- Mən demirəm ki, Bakıdan, Şəkidən, ordan-burdan kimlərsə gəlib, bizə dəstək olsun. Amma qəbələlilər mütləq şəkildə stadiona gəlməli, bizə dəstək olmalıdılar. Çünki bu görüşdən də vacib çempionat oyunları başlayır. Hiss etməliyik ki, azarkeşlərimiz bizə güvənir. Onlar bizdən küsməyiblər. Özləri də bilirlər ki, hansı büdcə ilə haralara gəlib çıxmışıq. Lakin hesabdan asılı olmayaraq, bizə həmişə dəstək verməlidilər. Biz necə azarkeşlərimiz üçün mübarizə aparırıqsa, onlar da bu görüşdə dəstəklərini komandadan əsirgəməməlidilər.

İLKİN SULTANLI

Paylaş:
Digər xəbərlər

Dünya futbolu / Konfrans Liqası

13-07-2022, 23:0

"Qəbələ"nin rəqibi Türkiyə nəhəngini məğlub etdi

Manşet / Konfrans Liqası

21-07-2022, 23:0

"Qəbələ" "Fehervar" önündə darmadağın oldu

Konfrans Liqası

16-06-2022, 18:0

"Qəbələ"nin rəqibini yaxından tanıyaq

Dünya futbolu

27-06-2022, 22:0

"Qəbələ"nin rəqibi 2 futbolçusunu icarəyə verdi

Konfrans Liqası

25-06-2022, 17:0

"Qəbələ" ilə "Neftçi"nin rəqibi üz-üzə gələcək

Konfrans Liqası

21-07-2022, 00:0

"Komandada ab-hava yüksək səviyyədədi" - Elmar Baxşıyev

Aktual
“Sabah”ın ÇL matçını stadiondan izləmək üçün 101 manatınız var?
Yaşar Seyidov “Karvan-Yevlax”dan və elita klublarından FİFA-ya şikayət edə bilər – özü dedi
“Sabah”ın rəqibindən böyükhesablı qələbə
UEFA-nın qərarı Tovuzda görülən işlərə təsir etdi – “artıq gələn mövsümə...”
Varqas nağılı başa çatır! – belə şey olar?
Azarkeşlər Azər Məmmədovu qəzəblə qarşıladı, lağa qoydu – rəhbərliyə ittihamlar
Son xəbərlər
  • Bu gün, 21:16
    AFFA iki klubun şikayətini təmin etdi
  • Bu gün, 20:45
    Niderlanddan Almaniyaya üz tutacaq
  • Bu gün, 20:14
    "Qarabağ"ın Renaldo ilə müqaviləsinin detalları
  • Bu gün, 19:43
    Klubu ilə yenidən anlaşdı
  • Bu gün, 19:11
    “Qarabağ”dan növbəti transfer
  • Bu gün, 18:40
    Londondan Madridə yollanacaq
  • Bu gün, 18:08
    "Səbail"dən növbəti transfer
  • Bu gün, 17:37
    “Sabah”ın ÇL matçını stadiondan izləmək üçün 101 manatınız var?
  • Bu gün, 17:06
    Yaşar Seyidov “Karvan-Yevlax”dan və elita klublarından FİFA-ya şikayət edə bilər – özü dedi
  • Bu gün, 16:35
    Portuqaliyanı tərk etməyi düşünür
  • Bu gün, 16:04
    Rövşən Nəcəfdən ölkəmizdə keçiriləcək DÇ ilə bağlı açıqlama
  • Bu gün, 15:33
    Fransaya qayıtmayacaq
  • Bu gün, 15:02
    “Sabah”ın rəqibindən böyükhesablı qələbə
  • Bu gün, 14:31
    Klubunda hamını arxada qoydu
  • Bu gün, 14:00
    UEFA-nın qərarı Tovuzda görülən işlərə təsir etdi – “artıq gələn mövsümə...”
  • Bu gün, 13:39
    Klubu ilə yenidən anlaşdı
  • Bu gün, 13:18
    "Araz-Naxçıvan" kapitanla vidalaşdı
  • Bu gün, 12:57
    Keyta "Qəbələ" ilə yeni müqavilə imzaladı
  • Bu gün, 12:26
    İtaliya klubunu tərk etdi
  • Bu gün, 11:55
    Çüdoçularımızın rəqibləri məlum oldu
  • Bu gün, 11:30
    Sərgən Yalçın ''Beşiktaş''ı yıxıb-sürüdü - ''Komanda bu gedişlə hara gedir?''
  • Bu gün, 11:06
    Rövlan Muradov "Araz-Naxçıvan"da
  • Bu gün, 10:53
    Varqas nağılı başa çatır! – belə şey olar?
  • Bu gün, 10:31
    Mehdi Cənnətov "Səbail"də
  • Bu gün, 10:10
    Braziliya pley-offa qrup lideri kimi adladı - DÇ səhəri
  • Bu gün, 09:00
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Bu gün, 00:58
    İsveçrə 1-сi, Kanada 2-ci oldu - DÇ gecəsi
  • Dünən, 23:25
    "Sabah" ilk yoxlama matçında heç-heçə etdi
  • Dünən, 22:50
    Paytaxt klubunu tərk edəcək
  • Dünən, 22:00
    Azarkeşlər Azər Məmmədovu qəzəblə qarşıladı, lağa qoydu – rəhbərliyə ittihamlar
  • Dünən, 21:07
    İtaliya klubunda yeni təyinat
  • Dünən, 20:36
    İbrahimoviç Messini yerə-göyə sığdırmadı - ''Pele, Maradona və Kroyffdan da üstündü''
  • Dünən, 19:59
    Torreyra ''Boka Xuniors'' iddiaları üçün nə dedi?
  • Dünən, 19:34
    İngiltərədə klubunu dəyişdi
  • Dünən, 18:26
    Məşhur futbolçu klubsuz qaldı
Daha çox
Oxunub: 275
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 259
“Sən özün nə qədər evlər yıxmısan, Xaqani...”
Oxunub: 240
“Neftçi”dən sürpriz gediş: Eminlə Emilə rəqib gəldi!
Oxunub: 212
Koxalski də "Qarabağ"dan gedib - onu "gördüm" deyən yoxdu!
Oxunub: 207
“Zirə”dən ayrılmaq qərarını apreldən vermişdim” – Rəşad Sadıqov Ceyhun Nuriyevi yenə komandaya çağırıb?
Oxunub: 201
“Kəpəz”in heybətli görünən sədr və baş məşqçi postu... – Gəncədə uduzmaq üçün şir ürəyi yemək lazımdı!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə