"Qəbələ" ilə "Neftçi"nin rəqibi üz-üzə gələcək

25.06.2022 17:36 513
Konfrans Liqası
"Qəbələ" və "Neftçi"nin UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibləri olan "Fehervar" ilə "Aris" arasında yoxlama görüşü keçiriləcək.

"Football-plus.az" xəbər verir ki, bu barədə Macarıstan təmsilçisinin mətbuat xidməti məlumat yayıb. İyunun 10-da Avstriyanın Loypersdorf şəhərində oynanılacaq matç saat 19.30-da start götürəcək.

"Fehervar" - "Qəbələ" və "Aris" - "Neftçi" matçı iyulun 21-də olacaq. Cavab görüşləri isə bir həftə sonra baş tutacaq.