• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Amil Yunanov: “Əlimizdən gələni etməliyik ki, turnir cədvəlinin dibində olmayaq” - MÜSAHİBƏ

Ölkə futbolu / Manşet

27-07-2022, 16:0

Mövsüm bitəndən sonra heyətində böyük dəyişikliklər edən komandalardan biri də "Şamaxı"dı.

Əvvəlcə təcrübəli futbolçular və legionerlərlə yollar ayrıldı, sonra isə komandaya baş məşqçi təyin edilən Rüstəm Əliyevin əvəzinə Cavid Hüseynov gətirildi. Amma "yarpaq tökümü"nə baxmayaraq, 29 yaşlı Amil Yunanov düşərgəni tərk etmədi və qarşıdakı bir il ərzində "qırmızı-ağlar"ın formasını geyəcək. Futbolçu ilə bu mövzu ətrafında söhbət etdik.

- Amil, necə oldu ki, növbəti mövsümdən heç bir iddiası olmayan "Şamaxı"da qalmaq qərarına gəldin?

- Bildiyiniz kimi, "Şamaxı"dan gedənlər çox oldu. Mənim də başqa təkliflərim vardı. Əsas da "Turan Tovuz"a keçməyə çox yaxın idim. Bölgə təmsilçisiylə, demək olar ki, razılığa gəlmişdik, yalnız müqaviləyə qol çəkmək qalırdı. İş elə gətirdi ki, "Şamaxı"da qalmağı üstün tutdum.

- "Turan Tovuz"da hansı şərtlər səni qane etmədi?

- Deməzdim ki, şərtlər qane etmədi. Sadəcə, sonda "Şamaxı"da qalmaq qərarı verdim. Bunda Cavid Hüseynovun baş məşqçi təyin olunması da rol oynadı. O, məni komadada görmək istədiyini bildirdi, söhbət etdik, razılığa gəldik.

- "Turan Tovuz" "Şamaxı" ilə müqayisədə daha güclü heyətə malikdi. Bu baxımdan karyerana zərbə vurduğunu düşünmürsən?

- Belə düşünmürəm. Zatən, "Turan Tovuz" yeni formalaşan komandadı. Odu ki, bölgə təmsilçisinin çempionluq və ya avrokuboklara vəsiqə uğrunda mübarizə aparmayacağı dəqiqdi. Eynilə "Şamaxı" da yenidən formalaşan komandadı, xeyli vaxtdı burdayam, heyətdəki oyunçularla anlaşma da yaxşıdı. Onsuz da komanda yenidən formalaşırsa, ya köhnə, ya yeni komandada oynamağın ciddi fərqi yoxdu. Hər halda, "Şamaxı"da uyğunlaşma və başqa problemlərin olacağını düşünmürəm. Burda daha çox şans qazanıb formamı bərpa edəcəyimə inanıram.

- Legioner həyatı yaşaya bilməzdin?

- Təbii ki, hər bir futbolçu karyerası ərzində legioner həyatı yaşamaq istəyər. Ölkə xaricinə üz tutursansa, gərək daha yaxşı formada olasan, özünü orda inkişaf etdirəsən. Ötən mövsüm "Şamaxı"da az şans qazandım. Ona görə legioner həyatı yaşamağa özümü hazır saymıram. Həmçinin öz çempionatımızdan səviyyəcə aşağı liqalarda, klublarda oynamaqdansa, burda çıxış etmək daha yaxşıdı.

- Bu vaxta kimi bir çox məşqçilərin rəhbərliyi altında çıxış etmisən. Cavid Hüseynovun onlardan fərqli cəhəti nədi?

- Cavid müəllimlə futbolçu kimi tez-tez rəqib olmuşuq. Yaxın yoldaşlığımız da olub. Yəni bir-birimizi yaxşı tanıyırq. Cavid müəllim məşqçilikdə yeni olsa da, enerjili, iddialı və futbolçularla ünsiyyət qurmağı yaxşı bacarır. Sadaladıqlarım baş məşqçi üçün lazımlı xüsusiyyətlərdi. Düşünürəm ki, Cavid Hüseynovun rəhbərliyi altında yenidən formalaşan "Şamaxı" oyunu ilə azarkeşlərin rəğbətini qazanacaq.

- Heyətiniz əsasən gənc futbolçulardan qurulub. Bu, qarşıdakı mövsümdə autsayder olmağınızı şərtləndirməyəcək?

- Bəli, heyətin əsasını əvəzedici komandanın oyunçuları təşkil edir. Üç-dörd təcrübəli futbolçu da var. Hələ çempionatın startına var. Çalışacağıq ki, yaxşı komplektləşək. Çoxları bizə inanmır, autsayder gözü ilə baxır. Əlimizdən gələni etməliyik ki, döyüşkən kollektiv yaradaq və turnir cədvəlinin dibində olmayaq.

- "Qarabağ" istisna olmaqla qalan klublarımız avrokuboklara uğursuz başladı. Səncə, cavab matçlarından nə gözləmək olar?

- Həqiqətə qalsa, bu mövsüm püşkatmada çox çətin rəqiblər düşdü. Əsasən də "Zirə"yə. "Qarabağ" gücünü "Lex"ə də, "Sürix"ə də göstərdi. Odu ki, çempionun mərhələ keçəcəyini düşünürəm. "Makkabi" nə qədər güclü rəqib olsa da, "Zirə"nin evdə 0:3 hesablı məğlubiyyətini gözləmirdik. İsraildə "Makkabi"yə müqavimət göstərmək çox çətindi. Sabiq komandam "Qəbələ" matça yaxşı başladı, qol da vurdu, fərqi artırmaq imkanları da vardı. Amma İlkin Qırtımovun zədələnməsi və müdafiədəki boşluqlar üzündən buraxdığı qollarla işini çox çətinə saldı. "Neftçi"nin səfərdə 2 top fərqiylə uduzması da gözlənilməz oldu. Hər üç klubumuzun mərhələ keçmək şansı möcüzəyə bağlıdı. İstənilən halda, təmsilçilərimizə uğurlar diləyirəm və inanıram ki, yaxşı oyun sərgiləyəcəklər.

ABDULLA İSMAYILOĞLU

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu

30-06-2022, 16:0

Amil Yunanovun “Turan Tovuz”dan imtinasının səbəbi – ÖZÜ AÇIQLADI

Ölkə futbolu / Manşet

29-05-2022, 17:0

"Böyük ehtimalla növbəti mövsümdən “Turan Tovuz”da oynayacam" - AÇIQLAMALAR

Premyer-liqa

2-07-2022, 14:0

“Şamaxı” Şamaxıda hazırlığa başladı

Premyer-liqa / Manşet

21-05-2022, 14:0

"Turan Tovuz" "Şamaxı"nın futbolçusunu istəyir - ÖZƏL

Ölkə futbolu / Manşet

7-06-2022, 16:0

Ayxan Abbasov “Turan Tovuz”da oynayacaq futbolçuların adını açıqladı - SİYAHI

Ölkə futbolu / Manşet

29-05-2022, 21:0

“Turan Tovuz” premyer-liqaya harda hazırlaşacaq ? – ÖZƏL

Aktual
Ukrayna bu mövsüm klubları qələbə qazanmayan iki ölkədən biridi! – “Qarabağ” üçün təsəlli
“Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
“Bilirdik ki, “Qarabağ”ı məğlub etmək üçün əzmkar oynamalıyıq” – ÇSKA-nın prezidenti
“Allah bizimlə idi” – ÇSKA-nın kapitanı “Qarabağ”la matçdan danışdı
“Sabah”ın Danimarka, “Qarabağ”ın Polşa yolçuluğu – detallar açıqlandı
“Bizə bu məsələ ilə bağlı hansısa rəsmi məlumat daxil olmayıb” - “Cəbrayıl”ın dəyəri cəmi 400 min manat imiş...
Son xəbərlər
  • Bu gün, 00:25
    “Təəssüf ki, bizdə belə ustalıq səviyyəsinə malik oyunçu yoxdu” – Kiyev “Dinamo”sunun baş məşqçisi
  • Bu gün, 00:10
    Ukrayna bu mövsüm klubları qələbə qazanmayan iki ölkədən biridi! – “Qarabağ” üçün təsəlli
  • Bu gün, 00:09
    "Qəbələ" - "İmişli" matçında 4 qol
  • Dünən, 23:52
    "Turan Tovuz" Türkiyə klubuna qalib gəldi
  • Dünən, 23:31
    Cavid Hüseynovdan acı etiraf: “Komanda hələ ki 60 dəqiqə oynamağa hazırdı”
  • Dünən, 23:00
    İngiltərədə iş yerini dəyişəcək
  • Dünən, 22:39
    "Şamaxı" yarımmüdafiəçi transfer etdi
  • Dünən, 22:20
    “Kəpəz”in Qətər klubu ilə oyunu ləğv olundu
  • Dünən, 22:00
    “Hər üç klubumuzun uğursuzluğunu bəxtsizliklə əlaqələndirirəm” – Aslan Kərimov
  • Dünən, 21:44
    "Şəfa" "Araz-Naxçıvan"ı məğlub etdi
  • Dünən, 20:56
    “Milan”ı tərk etməyəcək
  • Dünən, 20:23
    "Barsa" titulu qorudu, “Real” problemlər içində batdı
  • Dünən, 19:42
    Milli futbolçu kokain testindən keçə bilmədi
  • Dünən, 19:01
    Lorenso ilə müqavilə yeniləndi
  • Dünən, 18:34
    Dünya çempionu əməliyyat olundu
  • Dünən, 18:00
    “Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
  • Dünən, 17:25
    Gözlənilən təyinat rəsmən açıqlandı
  • Dünən, 16:54
    UEFA-dan Əliyar Ağayevə yeni təyinat
  • Dünən, 16:33
    Milli komandaya qayıtdı
  • Dünən, 16:02
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 15:31
    Şimali Amerikaya yollandı
  • Dünən, 15:02
    “Bilirdik ki, “Qarabağ”ı məğlub etmək üçün əzmkar oynamalıyıq” – ÇSKA-nın prezidenti
  • Dünən, 14:44
    "Orhus" - "Sabah" matçının hakimləri açıqlandı
  • Dünən, 14:14
    “Allah bizimlə idi” – ÇSKA-nın kapitanı “Qarabağ”la matçdan danışdı
  • Dünən, 13:45
    Bir gecədə üç sillə! – inkişaf nağılları bitdi
  • Dünən, 13:28
    “Sabah”ın Danimarka, “Qarabağ”ın Polşa yolçuluğu – detallar açıqlandı
  • Dünən, 12:57
    "Əsas məqsəd futbola yeni azarkeşlər qazandırmaqdı" - Cahangir Fərəcullayev
  • Dünən, 12:20
    Murad debüt etdi, komandası mərhələ adladı
  • Dünən, 11:57
    Azərbaycan futbolunda "Fantasy" dövrü başladı
  • Dünən, 11:28
    Meksikadan vətəninə qayıtdı
  • Dünən, 10:57
    “Bizə bu məsələ ilə bağlı hansısa rəsmi məlumat daxil olmayıb” - “Cəbrayıl”ın dəyəri cəmi 400 min manat imiş...
  • Dünən, 10:36
    Milli komandaya qayıtdı
  • Dünən, 10:15
    "İnsanlar nə qədər böyük klubu mübarizədən kənarlaşdırdığımızı anlayırmı?” - ÇSKA-nın baş məşqçisi
  • Dünən, 09:54
    "Futbolçular 120 dəqiqəlik oyuna tam hazır deyillər" - Qurban Qurbanov
  • Dünən, 00:50
    "Zirə" və "Neftçi" dayandı, "Qarabağ" Konfrans Liqasına düşdü - YENİLƏNİB
Daha çox
Oxunub: 359
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 216
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 164
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 153
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Oxunub: 127
“Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
Oxunub: 123
“Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə