Markus Reşford ilin sonunda keçiriləcək dünya çempionatında oynayacağına inanmır.
Football-plus.az xəbər verir ki, “Mançester Yunayted”in hücumçusu indi bütün diqqətini klubuna yönəldib:
“Düzünü desəm, baş məşqçi Sautqeyt ilə ötən yaydan sonra danışmamışam. İngiltərə yığması ilə dünya çempionatında oynayacağıma o qədər də əmin deyiləm. Klubuma yeni mövsümə uğurlu başlaması üçün əlimdən gələni edəcəyəm, sonrasına isə baxarıq...”