Fabio Kvalyarella yeni mövsümə də “Sampdoriya”da başlayacaq.
Football-plus.az xəbər verir ki, İtaliya klubu 39 yaşlı hücumçu ilə müqaviləni birilliyə yeniləyib. Kvalyarella genuyalıların sıralarında 2016-cı ildən çıxış edir. O, “Sampdoriya”da ilk dəfə 2006/07 mövsümündə top qovub. Sonra “Udineze”, “Napoli”, “Yuventus” və “Torino”da çıxış edib və Genuya klubuna ikinci dəfə qoşulub.
Fabionun hazırkı komandasında A seriyasında 254 oyuna 101 qol vurduğunu da qeyd edək.