Xəbər verdiyimiz kimi, Samir Əliyev 21 yaşadək futbolçulardan ibarət yığma komandanın baş məşqçisi təyin olunub.
Football-plus.az xəbər verir ki, bu qərarı AFFA İcraiyyə Komitəsi bugünkü iclasında təsdiqləyib.
43 yaşlı mütəxəssis təyinat xəbərini Şamaxıda eşidib. O, hazırda davam edən "Şamaxı" - "Turan Tovuz" qarşılaşmasını stadionundan canlı izləyir.
Xatırladaq ki, onun rəhbərlik etdiyi U-23 yığması gələn ay Konyada təşkil olunacaq İslam Həmrəliyi Oyunlarında iştirak edəcək. Millinin qrupdakı rəqibləri İran, Səudiyyə Ərəbistanı və Mərakeşdi.