Millimizin oyunlarının vaxtı bəlli oldu

3.07.2022 20:11 499
Yığma
Türkiyənin Konya şəhərində 9-18 avqust tarixlərində təşkil olunacaq 5-ci İslam Həmrəyliyi oyunlarında mübarizə aparacaq 23 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının rəqibləri müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, millimiz B qrupunda Marakeş, İran və Səudiyyə Ərəbistanı komandaları ilə mübarizə aparacaq.

Millimizin oyunların təqvimini nəzərinizə çatdırırıq:

8 avqust

19.00.İran – Azərbaycan

10 avqust

17.00. Səudiyyə Ərəbistanı – Azərbaycan

12 avqust

15.00. Mərakeş – Azərbaycan

14 avqust

19.00. Yarımfinal

16 avqust

16.00. Üçüncü yer

19.00. Final

Qeyd edək ki, oyunların başlama saatı yerli vaxtla göstərilib.