• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Həbib Nurməhəmmədov Mahaçqaladan Moskvaya pilot kabinəsində uçub

İdman

6-07-2022, 18:0

UFC-nin yüngül çəkidə sabiq çempionu Həbib Nurməhəmmədov iyulun 1-də qurumun Şöhrət zalına daxil edilib.

Dağıstanlı idmançı təntənəli mərasimdə geniş çıxışla yadda qalıb.

* Adamlar populyar, zəngin, uğurlu olanda düşünürlər ki, buna əməksevərlik, ağıl, güc sayəsində çatıblar. Yəni ki mən güclüyəm, istənilən çətinliyin öhdəsindən gələ bilirəm. Bax, uğuru belə izah edirlər. Yaxşı, bütün dünyada çox inadla çalışan, ancaq mənim indi olduğum yerə çata bilməyən milyonlarla adama nə deyirsiz? Hesab edirəm ki, bu, Allahın sınağıdı. O səni sınayır, bərkə-boşa salır. Odu ki, uşaqlar, axmaqlıq etməyin: hər şey Allahın sayəsindədi.

* Kasıbçılığın hökm sürdüyü kiçik kənddə necə böyüdüyümü xatırlayıram. Atam evi satıb, bizi kənddən çıxardı. Mən, qardaşlarım, ümumilikdə 15 adam beləcə Mahaçqaya köçdük. Atam orda icarəyə böyük ev götürdü, hamımız bir yerdə yaşamağa başladıq. Məktəbə gedib-gəlir, məşq edirdik. Atam vaxtını, enerjisini, pulunu – hər şeyini bizə ayıırdı. Nəticədə o evdən 6 dünya çempionu, UFC çempionu – çoxlu çempion və yaxşı adam çıxdı. Atam bizə yaxşı təhsil, yaxşı məktəblərdə, universitetlərdə oxumaq imkanı yaratdı. Həyatı boyunca yalnız adamlara investisiya qoymaqla məşğul oldu. İndi – peşəkar karyeramı bitirəndən sonra da bu mənim üçün böyük motivasiyadı. Mən də yaxın adamlarıma investisiya qoymağa çalışıram, ən yaxşı investisiya budu. Özüm üçün yaşaya və istədiyimi edə bilərdim. Yer üzündə istənilən evi almağı özümə rəva görə bilərəm, ancaq bu mənə yaxşı enerji verməyəcək. Belədə atamın tərbiyə etdiyi kimi adam ola bilməzdim.

* Xatırlayıram, təxminən 10 il əvvəl təfəkkürüm tam fərqli idi: “Çempion, zəngin olacam, hər şey alacam”. Ancaq son iki ildə yaşadıqlarım həyata baxışımı dəyişdi. 2020-ci il iyulun 3-də atam dünyasını dəyişdi, artıq iki ildi aramızda yoxdu. İndi burda dayanmaq və onun haqqında danışmaq mənim üçün çox çətindi. Emosional baxımdan mənim üçün çox çətindi... (alqışlayırlar)

* Zəngin həvəskar karyeram var. İkiqat Rusiya çempionu, döyüş sambosu üzrə ikiqat dünya çempionu olmuşam. Hər yerdə yarışırdım. Atam məni sərbəst güləş, yunan-Roma güləşi, pankration, qrepplinq, döyüş sambosu üzrə yarışlarda iştirak etməyə göndərirdi. Məni hətta ayılarla mübarizə aparmağa məcbur edirdi! O, məni belə tərbiyə edirdi. Və həmişə deyirdi: “Böyük arenaya çıxanda istənilən təzyiqin öhdəsindən gələcəksən, ancaq indi yorulmadan çalışmalısan”.

* 6-7 yaşında həyatım boyunca unuda bilmədiyim dərs almağımı da xatırlayıram. Bir dəfə ondan pul istəyəndə mənə belə cavab verdi: “Yaxşı. Mən sənə pul verirəm, ancaq sən onu haqq etməlisən. Düşünürsən ki, istədiyin hər şeyi verəcəm? Sən bunu haqq etməlisən”. Mənim üçün böyük dərs oldu.

* Bilirəm ki, burda çoxlu ata var, bütün dünyada milyonlarla adam bizə televizorda, “yutub”da baxır, sizə müraciət edirəm: yaxşı tərbiyə, təhsil vermək, pul, uğur qazanmalarını istəyirsizsə, uşaqlara istədiyi hər şeyi verməyin. Siz özünüz onlar üçün nümunə olmalısız. Bu çox vacibdi. Əksər valideynlər oğlanlarına deyirlər ki, bunu edin, bunu etməyin, düz yol tutun. Ancaq bu metod işləmir! Özünüz düz yolda olmalısız ki, oğlunuz və ya qızınız arxanızca getsin. Sadəcə, övladlarınız üçün nümunə olun. Bu mənim bütün atalara və analara məsləhətimdi.

* Çoxlu maraqlı hadisə danışa bilərəm. Birini deyim. 2012-ci il yanvarın 20-də Neşvilldə Kamal Şalorusa qarşı döyüşməliydim. Yanvarın 5-də Amerikaya vizam yox idi. Mənə zəng edib dedilər ki, sabah – yanvarın 6-da Moskvada, Amerikanın Rusiyadakı səfirliyində olmalısan. Bilet almaq istəsəm də, yox idi. Dağıstandan Moskvaya uçuş müddəti təxminən 3 saatdı. Belədə əlaqələrimi işə salmalı oldum. Bilirsizmi, harda uçdum? Pilot kabinəsində! Pilotlar mənim üçün kiçik stul qoydu. İnanılmaz təcrübə idi. Hansı hava yollarının olduğunu deməyəcəm, ancaq pilotlarla uçmuşam. Moskvaya çatmaya bilməzdim, çünki bütün Dağıstan debütümü gözləyirdi.

* Harda yaşayıram? Dağıstanda – kənddə. Orda evim var, çox xoşuma gəlir. Mən kəndi buraxsam da, kənd məni buraxmadı. O həmişə qəlbimdədi. Biz Dağıstanda zarafatla belə deyirik.

Paylaş:
Digər xəbərlər
Aktual
“Səbail” Türkiyəyə gedir, amma burda yeri yoxdu
ÇSKA-nın “Qarabağ”la “sülh”ü buzları əritdi – komanda ölkəsində tərif eşitdi
Maluda ilə bağlı qeyri-müəyyənlik – fransalı cavab matçında oynayacaqmı?
“Araz-Naxçıvan”ın stadion axtarışıyla bağlı son durum – Bakı, yoxsa bölgələrdən biri?
Elvin start heyətinə qayıtsın! – bu qədər umu-küsü bəs deyil?
“Emrelidə hələ də o keyfiyyət var” – Mahir qol vurdu, azarkeşlərin sevimlisinə çevrildi
Son xəbərlər
  • Bu gün, 00:47
    "Neftçi" PAOK-a uduzdu, mübarizəni dayandırdı
  • Bu gün, 00:20
    İtaliya klubunda yeni müqavilə
  • Dünən, 23:50
    İngiltərə klubunda yeni oyunçu
  • Dünən, 22:54
    “Məncə, problem təkcə nəticələrdə deyil” - azarkeşlər avrokubok oyunlarına niyə maraq göstərmir?
  • Dünən, 22:13
    London klubunda yeni oyunçu
  • Dünən, 21:44
    Birmingemdən Londona yollandı
  • Dünən, 21:12
    Qattuzonun yerini o tutacaq
  • Dünən, 20:41
    Milli komandanı tərk edəcək
  • Dünən, 20:00
    “Sabah” üçün çətin, “Neftçi” üçün mümkünsüz vəzifə! - onlar rəqiblərə yerini göstərə biləcəkmi?
  • Dünən, 19:41
    Millimiz ilk qrup qələbəsini qazandı - AÇ
  • Dünən, 19:01
    “Səbail” Türkiyəyə gedir, amma burda yeri yoxdu
  • Dünən, 18:40
    ÇSKA-nın “Qarabağ”la “sülh”ü buzları əritdi – komanda ölkəsində tərif eşitdi
  • Dünən, 18:19
    Nunyeslə Salahın yolu bu dəfə İstanbulda kəsişə bilər
  • Dünən, 17:58
    Milandan Turinə yollana bilər
  • Dünən, 16:31
    "Neftçi" Yunanıstan klubuna qarşı - ÇL
  • Dünən, 16:01
    Romadan Milana üz tuta bilər
  • Dünən, 15:30
    Salahın bir ayağı artıq ''Beşiktaş''dadı!
  • Dünən, 14:51
    ÇSKA “Qarabağ”la oyun üçün biletləri satışa çıxardı – bizim azarkeşlər üçün sərbəst satış olmayacaq!
  • Dünən, 14:20
    ''Qalatasaray'' A seriyasının debütantına uduzdu
  • Dünən, 13:59
    Maluda ilə bağlı qeyri-müəyyənlik – fransalı cavab matçında oynayacaqmı?
  • Dünən, 13:28
    Urfan Abbasov "Kəpəz"də
  • Dünən, 12:57
    Bakıdakı oyun avrokuboklarda TOP-5-də
  • Dünən, 12:30
    "Qəbələ" "Şəfa" ilə üz-üzə gəlir
  • Dünən, 11:59
    "Qarabağ"ı Sofiyada dəstəkləmək istəyənlər üçün biletlər satışda
  • Dünən, 11:28
    Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
  • Dünən, 11:21
    Bakıda Avropa Cüdo Ümidləri turnirinə start verildi
  • Dünən, 10:58
    “Araz-Naxçıvan”ın stadion axtarışıyla bağlı son durum – Bakı, yoxsa bölgələrdən biri?
  • Dünən, 10:31
    “1–2 il ərzində idmançılarımızdan daha böyük uğurlar gözləmək mümkündü“ - Natiq Bağırov
  • Dünən, 10:25
    “Belə tədbirlərin keçirilməsi çox vacibdi“ - Rüstəm Orucov
  • Dünən, 10:00
    Mançesterdən Madridə yollandı
  • 24-07-2026, 23:0
    Salahın başıbəlalı transferi ''Beşiktaş''da qalmaqala və istefaya səbəb oldu!
  • 24-07-2026, 23:0
    Elvin start heyətinə qayıtsın! – bu qədər umu-küsü bəs deyil?
  • 24-07-2026, 23:0
    "Çempionatın startına qədər çatışmazlıqları yoluna qoymağa çalışacağıq" - Cavid Hüseynov
  • 24-07-2026, 22:0
    "Araz-Naxçıvan" "İmişli" ilə heç-heçə etdi
  • 24-07-2026, 22:0
    İngiltərədə klubunu dəyişdi
Daha çox
Oxunub: 207
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 165
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 141
Gəncə stadionu və onminlərlə azarkeş Azər Məmmədovu çəkindirmir!
Oxunub: 122
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Oxunub: 97
“Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
Oxunub: 89
Xalqın yanına getmək niyə çətindi?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə