• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Zidan hansı səbəbdən karyerasını erkən bitirdi? - YAZI

Dünya futbolu / Yazarlar

1-07-2022, 18:0

Adını dünya futboluna qızıl hərflərlə yazdıran Zinəddin Zidan iyunun 23-də 50 illik yubileyini qeyd etdi!

Təbii ki, Fransanın nüfuzlu “L’Equipe” belə bir gündə kənarda qala bilməzdi. FİFA-nın versiyasına görə 3 dəfə planetin ən yaxşısı seçilən, 1998-ci ildə “France Football” tərəfindən "Qızıl top"a layiq görülən dünya və Avropa çempionunun müsahibəsini oxucuların diqqətinə çatdırırıq.

PSJ-yə mümkün təyinatı

Həyatda heç vaxt “heç vaxt” demə, xüsusən də məşqisənsə. Futbolçu olarkən seçim imkanım geniş idi, az qala istənilən kluba keçə bilərdim. İndi isə çalışdırıcıyam və gedə biləcəyim 50 klub yoxdu. Başqa sözlə, seçim imkanım azalıb. Yalnız qalib olmaq üçün klub işinə qayıdaram. Bu səbəbdən hansı komandaya olur olsun yollana bilmərəm, çünki hədəflərim var.

“Mançester Yunayted” persperktivi

İngiliscə danışıram, ancaq ideal səviyyə deyil. Bilirəm ki, bəzi mütəxəssislər dili bilmədən hansısa ölkəyə yollanırlar, amma mənim iş metodlarım fərqlidi. Qalib gəlmək üçün məşqlərdə çoxlu elementləri başa salmaq lazımdı. Bunu yaxşı anlayıram.

Gələcəyi

Məşqçi işini davam etdirmək istəyirəm. Sonra isə niyə də hansısa layihəyə başçılıq etməyim?

Fransa millisi

Əlbəttə, yığmanı çalışdırmağı çox istəyirəm. Bunun bir gün baş verəcəyinə ümid edirəm. Nə vaxt? Burda hər şey təkcə məndən asılı deyil. Tsikli tamamlamaq fikrindəyəm, millidəki işlərim hələ bitməyib. Mənim üçün bu, möhtəşəm fürsət olardı.

ÇL-də ardıcıl 3 qələbə

Belə bir turnirdə heç vaxt təkcə bəxtin sayəsində qalib ola bilməzsiz. Xüsusən də dalbadal 3 dəfə uğur qazanırsansa, bu, gərgin səyin nəticəsidi. Həmin vaxt dəli kimi işləyirdim. Futbolçularım mənə inanırdılar, mən isə onlara güvənirdim. Ardıcıl qələbələrimizə təccüblənmədim, çünki bunun üçün var gücümü ortaya qoydum.

Ən yaxşı final

Oyun planında baxsaq, “Yuventus” ilə matçı qeyd edərdim. Üstəlik, həmin klubla ÇL-in qalibi ola bilmədiyimi də nəzərə alsaq.

Finalların fasiləsində paltardəyişmə otağında söhbətlər

İlk hissə bitəndən sonra futbolçuları bir müddət tək qoymaq lazımdı. Onların bərpa olunmağa ehtiyacı var. 15 dəqiqə danışmaq mənasızdı, çünki bu yolla demək istədiyinizi keyfiyyətli şəkildə oyunçulara çatdıra bilməzsiz.

2017-ci ildəki “qızıl dubl”

Həmin mövsüm ÇL-in qalibi olmaq inanılmaz idi, ancaq La Liqada çempionluq yaşamaq daha çətin və gözəl idi. Doğrudu, ÇL nüfuzlu turnirdi, hər kəs orada qələbə qazanmaq istəyir, amma İspaniya çempionatının çətinliyi... Primeradakı uğur hər gün, hər oyunda və hər məşqdə gördüyünüz işin mükafatıdı. Bir mövsümdə iki kubok qazanmaq möhtəşəm idi.

Ulduzlarla işi

Onların yaşadığı hisləri illər əvvəl keçirməyim mənə kömək etdi. Hər şeydən əvvəl onlardan üstün görünməyə çalışmaq, onları əsəbiləşdirmək lazım deyil. Belə bir eqom yoxdu. Hərçənd özünü başqalarından üstün tutan futbolçuları və məşqçiləri çox görmüşəm.

Benzema

Kərim mənim üçün kiçik qardaşım kimidi. Onunla yazışırıq. Uğurları məni təəccübləndirmir, onun bacarığına həmişə bələd olmuşam. Benzema “Real”da hər zaman yaxşı çıxış edib. Bu il “Qızıl top”un qalibi olacaqmı? Təkcə mən deyil, bütün dünya onun namizədliyi dəstəkləyir.

“Qızıl top”

Bu mükafata sahib olanda 26 yaşım var idi. Mundialda yenicə qalib gəlmişdik, mən isə dünyanın ən yaxşısı sayılırdım. Gözəl vaxtlar idi. Ancaq DÇ-dən sonra faciəli hala düşdüm, hətta dostlarım deyirdilər ki, “Yuve”yə qayıdan mən deyil, əmim oğludu. Mundialın qalibi olandan sonra rahatlaşırsan, bu, mənim də başıma gəlmişdi. Əvvəlki formanı qaytarmaq çətin olur. Ümumi götürəndə, fikrimcə, Fransa millisinin ən güclü mövsümü 1999/2000 “futbol ili” idi.

“Real”a transferi

29 yaşım yenicə olmuşdu, belə bir kluba keçməyə ehtiyacım duyurdum. Karyerama impuls vermək üçün yeni çağırış zəruri idi. Həm mən belə düşünürdüm, həm də Florentino bu fikirdə idi.

Salfet

Monakoda təşkil olunan qala-axşamda uzun masa arxasında əyləşmişdik. Peres bir neçə adamın vasitəsilə üzərində “Real”da oynamaq istəyirsən?” sözləri yazılan salfeti mənə çatdırdı. Elə ordaca “Yes” yazıb ona göndərdim. Hələ də məndən niyə ingilis dilində cavab verdiyimi soruşur.

5 nömrəli futbolka

Florentino həmin vaxt yalnız bu nömrənin boş olduğunu bildirdi, mən isə “problem yoxdu” söylədim. “5” rəqəmi mənim üçün böyük məna kəsb edir. Həm “Yuventus”da, həm də “Real”da 5 il oynadım. “Kral klubu”nun qalib olduğu ÇL-in 5 mövsümündə iştirak etdim. Otelin 5-ci mərtəbəsində qalıramsa, biz qələbə qazanırıq.

“Bayer-04” ilə matçda qolu

ÇL-in ən gözəl topu olduğunu deyə bilmərəm, ancaq ən vacib qollarından biri idi. Karyeramda ilk dəfə ən nüfuzlu klub turnirinin qalibi və finalın ən yaxşı oyunçusu olmaq istəyirdim. Əslində Solarinin Roberto Karlosa ötürməsi elə də yaxşı alınmadı, ancaq sonluq inanılmaz oldu. Zərbəmə gəlincə, belə şeylər həyatda bir dəfə baş verir. Reklam üçün dəfələrlə təkrarlamağa cəhd etdim, amma heç birində elə gözəl alınmadı.

DÇ-06-dan sonra karyerasını bitirməsi

İspaniya ilə oyunda qol vurarkən zədələndim. Bud nahiyəm şişmişdi, bunu az adam bilirdi. Tibbi müayinədən keçəndən sonra həkimlər mənə Braziliya ilə matçda oynaya bilməyəcəyimi dedilər. Onlara cavab verdim ki, bu heç müzakirə də olunmur. Həkimlər əlindən gələni etdilər və mən meydana çıxdım. Hər növbəti oyun sonuncu ola bilərdi, hər saniyədən həzz almağa çalışırdım.

Materatsi ilə epizodu

Komanda ən yaxşı oyununu sərgiləyə bilmədi, ilk növbədə mən özümə bənzəmirdim. Həmin gün anam özünü yaxşı hiss etmirdi. Bacımla bir neçə dəfə danışdım, ola bilsin, ciddi heç nə yox idi, ancaq yenə də həyəcanlı idim. Sonradan Marko anam haqda heç nə demədiyini söylədi və bu həqiqət idi. O, anamın yanında olan bacımı təhqir etmişdi. Meydanda tez-tez söyüşlər eşidilir və reaksiya gəlmir, amma həmin vaxt ən zəif yerimdən vurdu. Özümü saxlamalı idim, etdiyim hərəkətlə qürur duymuram, ancaq bu, səyahətimin, karyeramın və həyat hekayəmin bir hissəsidi. Buna görə də millidə yolumun sonuna gəlmədiyimi deyirəm. Belə bitirmək istəməzdim.

50 yaş

Həyat davam edir. Özümü böyümüş uşaq sayıram. Sevdiyim hər şeydən zövq almağa çalışıram. İstədiyi vaxt istədiyi şeyi edən adamlardanam. Başqalarına həddən artıq çox qulaq asırsansa, ciddi səhvə yol verə bilərsən. Mən isə ürəyimin səsinə qulaq asıram, buna görə uğur qazanıram. Gəzməyi xoşlayıram, müntəzəm olaraq tennis oynayıram. Bu, həyatımın bir hissəsidi. Həyat yoldaşım da mənə oxşayır, həyata baxışımız eynidi.

Maraqlıdı...

“L’Equipe” nəşri iyunun 23-də çıxan nömrəsinin üz qabığında adət etdiyimi kimi adını deyil, “ZINEDINE” sözünü yerləşdirdi. Sonuncu dəfə belə hal Rusiyada keçirilən DÇ-2018-dən əvvəl yaşanmışdı. Həmin vaxt fransalı həmkarlarımız üz qabığında əfsanəvi Lev Yaşinin fotosunu yerləşdirmiş, üzərində isə kiril qrafikası ilə “Спорт&Стиль” başlığını yazmışdı.

RƏŞAD YUSİFOV

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

25-06-2022, 21:0

Zidan nə demək istəyir?

Dünya futbolu

20-06-2022, 22:0

Zidan karyerasını bitirməyi düşünmür

Aktual / Manşet

12-03-2022, 01:0

Azərbaycan “Qızıl top”la bağlı sorğuda səs verə bilməyəcək!

Aktual
Elçin Məsiyevin idarə etdiyi oyunlarda nə “Sabah” uduzub, nə də “Zirə”!
“11-ci olmağımızın səbəbi çoxdu” - Səbuhi Səfiyarlı
“Nəticə rəhbərliyə dərs olsun” - “Qəbələ” azarkeşləri günahı kimdə görür?
"Zirə" finala ciddi itkilərlə çıxacaq - "Qarabağ", "Neftçi" və "Turan Tovuz" "Sabah"ın qələbəsini arzulayır
“Turan Tovuz” avrokuboklardakı rəqiblərini evdə qəbul edə biləcək?
“Mingəçevir”də boykot bitdi? – 16.30-da məşqə çıxıblar
Son xəbərlər
  • Bu gün, 00:00
    Elçin Məsiyevin idarə etdiyi oyunlarda nə “Sabah” uduzub, nə də “Zirə”!
  • Dünən, 23:39
    Flikin məsələsinə aydınlıq gəldi
  • Dünən, 23:18
    PSJ 8 il əvvəlki uğuruna yaxındı
  • Dünən, 22:47
    Mbappe boykota əl atıb?
  • Dünən, 22:16
    La Liqanı tərk etdilər
  • Dünən, 21:45
    “11-ci olmağımızın səbəbi çoxdu” - Səbuhi Səfiyarlı
  • Dünən, 21:26
    Mövsümü erkən başa vurdu
  • Dünən, 21:01
    Rəhim Həsənov hakimlərin qərarlarını təsdiqlədi - VİDEO
  • Dünən, 20:44
    Avrokubokların finallarının hakimləri açıqlandı
  • Dünən, 20:17
    Hakimlər üçün danışılmış oyunlara qarşı sessiya keçirildi
  • Dünən, 19:16
    “Damrabuskasın yerində olsaydım, mən də penalti seriyasına hazırlaşmazdım” – Rəşad Sadıqov
  • Dünən, 18:45
    “Nəticə rəhbərliyə dərs olsun” - “Qəbələ” azarkeşləri günahı kimdə görür?
  • Dünən, 18:14
    "Zirə" finala ciddi itkilərlə çıxacaq - "Qarabağ", "Neftçi" və "Turan Tovuz" "Sabah"ın qələbəsini arzulayır
  • Dünən, 17:43
    “Turan Tovuz” avrokuboklardakı rəqiblərini evdə qəbul edə biləcək?
  • Dünən, 17:06
    “Belə suallara nifrət edirəm” – Valdas Dambrauskas
  • Dünən, 16:59
    “Mingəçevir”də boykot bitdi? – 16.30-da məşqə çıxıblar
  • Dünən, 16:39
    "Araz-Naxçıvan" Melo ilə yollarını ayırdı - RƏSMİ
  • Dünən, 16:34
    "Qarabağ" regionda ilk Dayanıqlılıq Hesabatını təqdim etdi
  • Dünən, 16:20
    "Futbol+"in proqnozu düz çıxdı - finalı Elçin Məsiyev idarə edəcək!
  • Dünən, 15:53
    ''Qalatasaray'' çempionluq kubokunu mövsüm bitməmiş alacaq!
  • Dünən, 14:54
    Kroos: ''Arda Gülər rəqib qapısına mümkün qədər yaxın olmalıdı''
  • Dünən, 14:33
    ''Hall Siti'' pley-offun finalına yüksəldi
  • Dünən, 14:11
    Çempionat matçı niyə dayandırıldı?
  • Dünən, 13:44
    Çempionu müəyyənləşdirəcək oyunun vaxtı dəyişdi!
  • Dünən, 12:57
    Avrokuboklarda debüt edəcəklər
  • Dünən, 12:26
    “Arsenal” öz rekordunu yenilədi
  • Dünən, 11:55
    “Milan” onu transferə çıxardı
  • Dünən, 11:34
    Millimiz AÇ-də bürünc medal qazandı
  • Dünən, 11:13
    Finalda ədaləti kim qoruyacaq? - məntiq Elçin Məsiyev deyir, bəs Rəhim Həsənov?
  • Dünən, 10:52
    ''Qalatasaray'' çempionluqları, ''Fənərbaxça'' isə ikincilikləri sıralayır
  • Dünən, 10:31
    İngiltərədə qalmaq şansı var
  • Dünən, 10:00
    “Karvan-Yevlax”dan ayrıldığım gün də səmimi şəkildə demişdim ki…” - Azər Həşimov komandanı elitada saxlayacaqdı?
  • Dünən, 09:48
    Lebron Ceyms bu il də çempion ola bilmədi!
  • 11-05-2026, 23:0
    Əziz Yıldırımın sabiq sağ əli onun rəqibinə dəstək verdi
  • 11-05-2026, 23:0
    ''Barsa'' üçün ''El Klasiko'' qızılı rəngə büründü
Daha çox
Oxunub: 247
Elvinlə Abbasdan yeni xəbər - Maksim Medvedev onlardan şikayətçi oldu?
Oxunub: 222
“Trabzonspor” Azərbaycana gəlir?
Oxunub: 191
“Zirə” avrokuboklara düşməsə, Rəşad Sadıqov istefaya göndəriləcək!
Oxunub: 190
“İstəmirəm ki, “Səbail” də mənim günümə düşsün” - Güləli Bağırov otel müdiri ilə əlbəyaxa dalaşıb!
Oxunub: 181
“İmişli”dən şad xəbər gəldi – İmişlidə stadion tikiləcək!
Oxunub: 170
Ehtiram Quliyev üçün daha bir böyük missiya! – bu konserti bitirmək lazımdı...
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə