Zidan nə demək istəyir?

25.06.2022 21:35 535
Dünya futbolu
Zinəddin Zidanın bu yay PSJ-nin başına keçmək istəmədiyi artıq hamıya bəllidi.

O, nə vaxtsa bu komandanın baş məşqçisi olacağı haqda iddialara münasibətini bildirib. 50 yaşlı mütəxəssis bununla bağlı belə deyib:

“Heç vaxt “heç vaxt” demə. Baş məşqçi kimi 50 komandada işləyə bilmərəm. Sənin cəmi 2-3 klub arasında seçim imkanın olur”.

Xatırladaq ki, Zidan 2021-ci ilin yayında “Real”ı tərk etdikdən sonra klubsuzdu.