Birvaxtlar "Bakı"nın heyətində premyer-liqanın bombardiri olan, son olaraq Nepal çempionatında çıxış edən Nurlan Novruzovdan çoxdandı xəbər yoxdu.
Boşluğu aradan qaldırmaq üçün dünən təcrübəli futbolçu ilə əlaqə saxladıq:
"Maçhindira" ilə müqaviləmin müddəti bitdiyindən azad agent statusu ilə vətənə qayıtmışam. Bir qədər istirahətdən sonra fərdi məşqlərə başladım. Qısa müddət çimərlik futbolu millimizlə də məşq etdim. Hazırda yenə fərdi məşqlərlə kifayətlənirəm. Formamı qorumaq üçün, ola bilər ki, Bakıda təlim-məşq toplanışı keçən hansısa klubumuza qoşulum. Karyeramı ölkə xaricində davam etdirməkdə qərarlıyam. Menecerimdən xəbər gözləyirəm. Böyük ehtimalla Asiya ölkələrinin birində çıxış edəcəm. Ən geci 2 həftəyə yeni klubum bəlli olacaq".
ABDULLA İSMAYILOĞLU