Azərbaycanlı futbolçu Avstriya klubundan ayrıldı - AÇIQLAMA

1.07.2022 12:37 1 298
Ölkə futbolu / Manşet
Azsaylı legionerlərimizdən olan Amit Quluzadə Avstriyanın "Ştadl Paura" klubundan ayrılıb və hazırda azad agent statusundadı.

Futbolçunun gələcək karyerası ilə bağlı özü ilə danışdıq:

"Hazırda Bakıda istirahətdəyəm. Həm ölkə xaricindən, həm də yerli klublardan təkliflər var, onları dəyərləndirirəm. Yenidən legioner həyatı yaşamaq istəyirəm. Düşünürəm ki, ən geci 10 günə karyeramla bağlı suallara aydınlıq gələcək".


ABDULLA İSMAYILOĞLU