Millimiz Bakıda yoxlama oyunu keçirəcək - ÖZƏL

10.05.2022 16:29 724
Ölkə futbolu / Manşet
Çimərlik futbolu millimiz Bakıda təlim-məşq toplanışında olan Küveyt yığması ilə yoldaşlıq görüşləri keçirir.

Komandalar sabah son dəfə münasibətləri aydınlaşdıracaq. Təmsilçimiz əvvəlki 3 oyunun 2-də inamlı qələbə qazanıbsa, birində uduzub.

Baş tutan görüşlər və planlarla maraqlanmaq üçün millinin meneceri Rüfət Həsənovla əlaqə saxladıq. Onun “Football-plus.az” saytına açıqlaması belə oldu:

“Standart şəkildə təlim-məşq toplanışı keçirik. Komandaya 8 yeni futbolçu cəlb olunub. Onların bacarığını görmək üçün yalnız məşq kifayət etmir. Bu üzdən də Bakıda hazırlıq keçən Küveyt millisiylə yoldaşlıq görüşləri keçirdik. Son oyunumuz sabah olacaq. Mayın 16-dan 20-nə kimi Litva yığması da Bakıya təlim-məşq toplanışına gələcək. Bu komandanın baş məşqçisi millimizin sabiq üzvü Sahib Məmmədovdu. Onlarla 2 və ya 3 yoldaşlıq oyunu keçirməyi planlaşdırırıq”.


ŞAİR ABDULLA