AFFA-nın baş katibi dəyişir

16.03.2022 18:10 780
Aktual / İdman
AFFA-nın baş katibi dəyişəcək.

Bu, qurumun İcraiyyə Komitəsinin martın 17-də təşkil olunacaq iclasında baş tutacaq.

AÇ-2020-nin başa çatması, həmçinin müvafiq hüquqi prosedurlar nəzərə alınaraq, baş katibin müavini Sərxan Hacıyevə AFFA-nın baş katibi vəzifəsi həvalə olunacaq.

Qeyd edək ki, hazırda bu vəzifədə AFFA-nın icraçı-vitse-prezidenti Elxan Məmmədov çalışır.