• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Azərbaycan futbolunda dəyişiklik mütləqdi! - KÖŞƏ

Yazarlar

8-06-2022, 18:0

Mən bu sətİrləri yazarkən millimizin Belarusla qarşılaşmasının necə nəticələyini bilmirəm.

Amma bu nəticənin belə məsələnin mahiyyətinə heç bir dəxli yoxdu. Ötən ilin elə bu vədələrində, isti iyun günlərində millimiz səfərdə Belarusa 2:1 hesabıyla qalib gəlmişdi. Hamımızın yadındadı. Canni de Byazi yaşının bu vədəsində Vaqif Sadıqov sayağı qol götürüb, texniki zonada oynayır, qarşısına keçəni öpüb-qucaqlayırdı. Öz dərdimiz bir tərəfə qalmışdı, mən dağdan ağır De Byazinin ahıl yaşda düşdüyü duruma acıyırdım. Bizim onsuz da Vaqif Sadıqovumuz var. Yoxlama oyununda aşağı-yuxarı bizimlə eyni səviyyədə rəqibə qalib gələndən sonra texniki zonada çalıb-oynamağa məşqçi lazımdısa, elə Sadıqovun məharətindən də yararlana bilərik. Nəyimizə lazımdı sinyor Cannini başının dəstəsiylə İtaliyadan bura gətirib, özü demişkən, tanrı kimi yaşatmaq? Vaqif Sadıqov da Bakının dəniz mənzərəli lüks mənzillərində yaşamağa layiq biridi.

Sözümün canı odu ki, millimiz Belarusa qalib gəlsə də, məğlub olsa da, lap elə meydandan “sülh”lə ayrılsa da, mahiyyət bizim üçün dəyişməyəcək. Azərbaycan futbolu quyunun lap dibindəndi. Özü də üfunət iyi verən çox dərin bir quyunun. Bundan o tərəfə ola bilməz. Milli komanda ölkə futbolunun piramidasıdı. Bunu Şahin Diniyev çox gözəl deyib. Piramidamız hansı vəziyyətdədisə, bu görüntü futbolumuzun real qiymətidi. De Byazinin çalışdırdığı millinin son 10 oyundakı nəticələrini xatırlayaq. Qələbəyə həsrət qaldığımız məlum məsələdi. İki dəfə Lüksemburqa uduzmağa macal tapmışıq. Özü də Lüksemburq iki oyunda qapımıza 5 top vurub, onun da üçünü Bakı Olimpiya Stadionunda. Serbiya, Portuqaliya və İrlandiya da 90 dəqiqə ərzində bizimlə yaxşıca əylənib, qapımıza 3 dəfə yol tapıblar. Martdan bəri keçirdiyimiz üç qarşılaşma isə lap birabırçılıqdı. Özü də bu üç oyunda Avropa futbolunun autsayderləri ilə üz-üzə gəlmişik. Maltaya, Latviyaya və Qazaxıstana uduzmuşuq. Bu oyunların heç birində qol sevinci yaşayıb, özümüzə ucuz təsəlli verə bilməmişik.

Göründüyü kimi, vəziyyətimiz xeyli acınacaqlıdı. Çıxış yolu axtarmalı, bir an öncə özümüzü bu üfunətli quyudan xilas etməliyik. Artıq sosial şəbəkələrdə ermənilər bizi ələ salır, “azərbaycanlılar neft pullarını sağa-sola səpələsələr də, sevinə bilmirlər. Çünki pulları var, istedadları yox” tipli sözlərlə tüstümüzü təpəmizdən çıxarırlar. AFFA-nın başında oturanların, İcraiyyə Komitəsinin üzvlərinin də bundan xəbəri var. Məsuliyyət onların üzərindədi. Çünki bu ölkənin futbolunu onlar idarə edirlər. Berti Foqtsu, Robert Prosineçkini, Nikola Yurçeviçi, Cannı de Byazini başa keçirib, neft milyonlarını həzm-rabedən keçirənlər, uşaq futbolunu məhv edənlər onlardı. Azərbaycan futbolunun düşdüyü acınacaqlı vəziyyət, el-aləmə rəzil olmağımız da onların əməllərinin nəticəsidi. Bizə hesabat vermirlərsə, heç olmasa, öz vicdanları qarşısında hesabat versinlər. Bəlkə onda utanalar.

Onların arzuladığı odu ki, zamanı çatanda De Byazini yola salsınlar, onun yerinə başqa bir əcnəbini əyləşdirsinlər. Bununla da Riad Rəfiyev və onun üzvü olduğu şəbəkə öz pulunu qazanacaq, Azərbaycan futbolu üzərindəki hakimiyyətləri davam edəcək. Amma belə olmamalıdı. Hadisələrin belə axarına “dur” deməyi bacarmalı, Azərbaycan futbolunu islahat dalğası ilə ağ günə çıxarmalıyıq. Çünki irəlidə bizi yaxşı heç nə gözləmir. Millinin kapitanı Maksim Medvedev yorulduğunu, iki “cəbhə”də mübarizə aparmağa çatdırmadığını etiraf edir. Başqaları da onun kimi. Az-çox Avropada üzümüzü ağardan Mahir Emreli millidəki yoldaşlarına qaynayıb-qarışa bilmir, klubdakı performansını göstərməyi bacarmır. Emin Mahmudovun təkbaşına cəhdləri fayda vermir, onun da faydalı iş əmsalı aşağı düşür. Azər Salahlı 90 dəqiqə meydanda can qoyub, nəsə etməyə çalışsa da, gözlənilməyən bir səhv onun da bütün zəhmətini heçə endirir. Sonra da De Byazi həmin səhvdən bəhanə kimi yararlanır, “təcrübəli futbolçular belə səhvlər etməli deyillər” deyir. Bütün bunlar ayrı-ayrı detallardı və bir yerə cəmləşəndə millinin məğlubiyyətini şərtləndirən amilə çevrilir. Onların hamısını kökündən həll etməli, təsadüfi nəticələrlə başımızı aldatmamalıyıq. Başlayaq, cənablar, başlayaq. Azərbaycan futbolunu dəyişməyə, onu məğlub imicindən xilas etməyə. Elə bu gündən!

AMAL

Paylaş:
Digər xəbərlər

Aktual / Manşet / Günün xəbəri

7-04-2022, 12:0

Vaqif Sadıqov: “Canni de Byazi cavab verəcək!” - ÖZƏL AÇIQLAMA

Ölkə futbolu

14-04-2022, 11:0

Vaqif Cavadov Qazaxıstan klubundan ayrıldı

Aktual
"Qara xəbər" Tovuzda işləri dayandırıb? – klubdan açıqlama
“Karvan-Yevlax” bütün legionerləri yola saldı – icraçı direktordan klubun taleyi ilə bağlı açıqlama
“Bu gün klubdaxili iclas olacaq” – “Baku Sportinq” yenə Samir Ələkbərova tapşırılır
UEFA Əliyar Ağayevi unutmadı… - o, yenidən zirvəyə yüksələ biləcəkmi?
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
“Orda önəmli qərarlar veriləcək” – Adil Şükürov da iclası gözləyir
Son xəbərlər
  • Dünən, 23:53
    Luqanodan Muslera etirafı - ''Fənər''lilər hələ də məndən acıqlıdı''
  • Dünən, 23:22
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Dünən, 22:52
    "Şəfa"da daha üç ayrılıq
  • Dünən, 22:21
    FİFA daha bir qadağaya əl atıb, digərini yumşaltdı
  • Dünən, 21:50
    "Qara xəbər" Tovuzda işləri dayandırıb? – klubdan açıqlama
  • Dünən, 21:09
    Premyer-liqada dəyərini ən çox artıran və ən çox itirən futbolçular kimlərdi?
  • Dünən, 20:36
    Kukurelya hara üz tutacaq?
  • Dünən, 20:15
    ''Beşiktaş''da həllini gözləyən əsas məsələ - Ərsin Destanoğlu hansı qərarı verəcək?
  • Dünən, 19:44
    Rotterdamda gözlənilməz qərar
  • Dünən, 19:16
    Anomal istilik, güclü yağışlar, tornado, meşə yanğınları... - təbii fəlakətlər dünya çempionatına təhlükə yaradacaqmı?
  • Dünən, 18:40
    39 yaşında da klubuna gərək oldu
  • Dünən, 18:05
    ''Fənərbaxça''nın ilk toplanış tarixi və rəqibləri bəlli oldu
  • Dünən, 17:32
    “Karvan-Yevlax” bütün legionerləri yola saldı – icraçı direktordan klubun taleyi ilə bağlı açıqlama
  • Dünən, 17:03
    DÇ-də neçə qardaş cütü var?
  • Dünən, 16:50
    “Bu gün klubdaxili iclas olacaq” – “Baku Sportinq” yenə Samir Ələkbərova tapşırılır
  • Dünən, 16:32
    31 yaşında yaşıl meydanı tərk etdi
  • Dünən, 16:01
    Tanınmış forvard Toral Bayramovla komanda yoldaşı ola bilər
  • Dünən, 15:40
    Konate ilə Dyumfrisin yolu Madriddə kəsişəcək
  • Dünən, 15:20
    Millimizin dünya çempionatı üçün səbəti müəyyənləşdi
  • Dünən, 15:02
    Bundestmdə böyük və qəfil itki - Karl da mundialı buraxacaq
  • Dünən, 14:40
    Sumqayıtda cüdo üzrə region birinciliyi keçiriləcək
  • Dünən, 14:35
    “Turan Tovuz” Millerə görə hər gün 5 min dollar qazanacaq
  • Dünən, 14:29
    "Karvan-Yevlax" daha bir legionerlə vidalaşdı
  • Dünən, 14:20
    UEFA Əliyar Ağayevi unutmadı… - o, yenidən zirvəyə yüksələ biləcəkmi?
  • Dünən, 14:07
    “Boka Xuniors” 1/8 finala çıxa bilmədi
  • Dünən, 13:42
    Baş məşqçi kimi debüt edəcək
  • Dünən, 13:07
    Arsen Ağcabəyov "Şəfa"da
  • Dünən, 12:36
    "Qəbələ" legioneri ilə yolları ayırdı
  • Dünən, 12:15
    Rusiya avrokuboklardan yenə kənarda qaldı
  • Dünən, 11:44
    "Qızlar həqiqətən möhtəşəm işlər görürlər" - Siyasət Əsgərov
  • Dünən, 11:23
    AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
  • Dünən, 10:52
    A seriyasında yeni təyinat
  • Dünən, 10:31
    “Sabah”ın yeni üzvü: Eyden Makkarti!
  • Dünən, 10:00
    İran yenə ABŞ-dən şikayətlənir
  • Dünən, 00:47
    "Bu qədər qol şansını qaçırmağımız bizi narahat edir" - Ayxan Abbasov
Daha çox
Oxunub: 727
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 398
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
Oxunub: 260
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 254
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 195
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
Oxunub: 187
“Ehtiram bəy bildirdi ki, ispaniyalı vəkil tapıb, problemin həlli yolunda çalışır” - "Turan Tovuz"un ilk prezidenti
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə