• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

De Byazi oteldə özünü niyə söyüb? - KÖŞƏ

Ölkə futbolu / Yazarlar

29-03-2022, 13:0

Azərbaycan – Malta oyununu dərin məyusluq və ürəkağrısı ilə əvvəldən axıra qədər izlədim.

Təbii ki, oyunun belə axarından həzz alası dərəcədə sadomazoxist deyiləm. Sadəcə, “bax indi oyunun axarı dəyişəcək”, “bax bu futbolçu yığmanın oyununu canlandıracaq” düşüncəsinə əsir düşmüşdüm. Amma heç nə olmadı, “qapazaltı uşaq” təsiri bağışlayan komandamız sona qədər həyatda olduğuna dair heç bir mesaj vermədi. Mətbuat konfransında isə gözlədiyim oldu; De Byazi məğlubiyyətin günahını birmənalı şəkildə futbolçuların üzərinə yıxdı. Nə gizlədim, mən də baş məşqçi olsaydım, eyni addımı atardım. Meydana çıxan futbolçular daş karxasında çalışıb yorulan adamları xatırladırsa, heç biri öz səviyyəsində oyun göstərmirsə, hansısa taktikadan, baş məşqçinin gedişlərindən danışmağa dəyməz. Yüzdəyüz əminəm ki, De Byazi həmin gecə otel otağında yuxuya getməyə çalışarkən yığma ilə müqavilə müddətini uzatmağa qərar verdiyinə görə dəfələrlə özünü danlayıb, hətta bəlkə söyüb də!

Yığmanın baş məşqçisi ilə kapitanının dünənki mətbuat konfransında dediklərini oxuyan hər kəs artıq komandada işə, futbola yanaşma ilə bağlı dərin çatların yarandığını görə bilər. Maksim Medvedevin dediklərindən belə görünür ki, o və komanda yoldaşları De Byazinin təklif etdiyi fərqli oyun sisteminə alışa bilməyib, ümumiyyətlə, kapitan Malta kimi rəqibə qarşı “iki nömrə” kimi oynamaqdan kəskin narazıdı və məğlubiyyəti əsasən bununla bağlayır. Maksim üçün məğlubiyyətin üç səbəbi var: fərqli oyun sistemi, “iki nömrə” kimi oynamaq və medianın tənqidi. Sonuncu bənd heç bir tənqidə dözümlü deyil. Belə çıxır ki, yığma üzvləri öz oyun keyfiyyətlərini yaxşılaşdırmaq əvəzinə bütün gün sosial şəbəkədə yazılanları izləyirlər. Təzad yaranmırmı: yığma üzvlərinin boş vaxtı çoxdusa, De Byazinin təklif etdiyi sistemi daha yaxşı mənimsəmək üzərində düşünsünlər də, daha sosial şəbəkədə nə gəzirlər? Heç Maks komanda üzvlərinin sosial şəbəkələrdə haqlarında yazılanları oxumaq üçün yox, başqa zərərli vərdişlərin eşqi ilə “oturmadıqlarına” da təminat verə bilməz.

Bir qədər əvvəl komandadaxili çatdan boşuna danışmadım. Baş məşqçi oyunsonrası mətbuat konfransında olduğu kimi, dünən də futbolçulardan narazılığını gizlətmədi. “Üç ötürmə verə bilmiriksə, hücum futbolundan söhbət gedə bilməz, sabah əvvəlki sistemə qayıdırıq, bu üzdən matçdan sonra bəhanə olmayacaq” kimi fikirlər futbolu və həyatı dərk edən istənilən yetkin futbolçu üçün ölüm hökmüdü. Məni maraqlandıran başqa məqam da var: taktika, oyun sxemi ilə bağlı söhbətlər komandadaxili iclaslarda getməməlidimi? Belə çıxır ki, Azərbaycan yığmasının daxilində, ətrafında, baş məşqçi ilə futbolçular və yardımçıları arasında heç bir normal müzakirə mühiti olmadığından ağrılı nöqtələr media önündə - özü də vətəndən kənarda – dartışılır.
Yığmanın son oyunu ilə bağlı müəmmalı məqamların üzərində çox dayanmaq, oxucuları və özümü cavabsız suallarla yormaq istəmirəm. Gördüyüm, bildiyim odu ki, belə oyunla Millətlər Liqasının növbəti mövsümündə qrup liderliyinə bel bağlamaq, ümid etmək cəfəngiyyatdan, özünü aldatmaqdan başqa bir şey deyil.

İllər, nəsillər, məşqçilər dəyişir, Azərbaycan yığmasının miskin obrazı heç cür dəyişmir ki dəyişmir. Hətta Qarabağ probleminin həlli yolunda da böyük addım atdıq, bu gün əsgər-zabitimiz erməniyə də yox, rusa coğrafiya, tarix dərsi keçir. Amma futbola gələndə... Nəticələr baxımından durum 30, 25, 20 il əvvəl necə acınacaqlıydısa, indi də elədi. Halbuki “peraşki”ni pitsa, fəhlə yataqxanasını beşulduzlu otel, DYP-nin stadionunu BOS əvəz edib. Təəssüf ki, bu yarğanın dibi də görünmür. Tərifləməyə nəsə tapmırıq, tənqid edəndə də Maksim ordan çıxıb deyir ki, məğlubiyyətin günahkarı sizsiz. Adam heç bilmir başına haranın daşını salsın...

HUŞƏNG

Paylaş:
Digər xəbərlər

Yığma

14-04-2022, 12:0

De Byazi hardadı? - AÇIQLAMA

Yığma / Günün xəbəri

25-03-2022, 21:0

De Byazi Ağabala Ramazanovdan imtina etdi

İdman

26-04-2022, 17:0

De Byazidən xəbər var - ÖZƏL AÇIQLAMA

Aktual
“Sabah”ın Laçabı kimdi? – “Lill”in əvəzedici heyətindən Çempionlar Liqasına uzanan yol...
Mezzotero əsas yığmada? – Rəşad Eyyubovdan açıqlama
“Sabah” Eyden üçün çox pul ödəyib – “Kayzer Çifs”in idman direktoru keçidi şərh etdi
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
“Xəzər Lənkəran”ın bərpasıyla bağlı yeni xəbər – Zaur Ramazanov nəyi açıqladı?
Aslan Kərimov: “Zirə” indiki heyətlə Konfrans Liqasında 1-2 mərhələ adlaya bilər” - bəs, niyə başlamır?
Son xəbərlər
  • Dünən, 23:56
    Paytaxt klubunu tərk edəcək
  • Dünən, 23:06
    Millimiz dünya çempionu oldu
  • Dünən, 22:35
    Azər Bağırovun köməkçiləri müəyyənləşdi
  • Dünən, 22:03
    “İkinci çempionluğumuz ən yaddaqalan və çətindi” - Okan Burukun köməkçisi ayrılmağa yaxındı
  • Dünən, 21:29
    Bazanın yaxınlığında cəsəd tapıldı
  • Dünən, 20:59
    Doğma klubuna qayıtdı
  • Dünən, 20:28
    İngilislərin əşyaları necə yoxa çıxıb?
  • Dünən, 19:59
    Lebron Ceymsə məsləhət: “Leykers”i tərk et!
  • Dünən, 19:20
    İtaliya klubunda yeni təyinat
  • Dünən, 18:50
    Dünya idmanı işğalçıya qucaq açmağa başladı?
  • Dünən, 18:20
    Milli komandada ciddi itki
  • Dünən, 17:50
    “Sabah”ın Laçabı kimdi? – “Lill”in əvəzedici heyətindən Çempionlar Liqasına uzanan yol...
  • Dünən, 17:26
    6 oyunluq məğlubiyyət seriyasına son qoyuldu
  • Dünən, 16:57
    Messi ilə birgə oynayacaq
  • Dünən, 16:27
    “Nyukasl”dan ayrıldılar
  • Dünən, 15:56
    Avstraliyanın məşqçisi Türkiyə ilə oyun haqda nə dedi? - ''... bütün dünyaya göstərməyin zamanıdı''
  • Dünən, 15:25
    Premyer-liqa klublarının 2025/26 macərası nə ilə yadda qaldı?
  • Dünən, 15:11
    Mirra Andreyeva və Aleksandr Zverev!
  • Dünən, 14:45
    Mezzotero əsas yığmada? – Rəşad Eyyubovdan açıqlama
  • Dünən, 14:20
    DÇ matçının hakimi dəyişdi!
  • Dünən, 14:07
    Bizim çempionatı onlar da bəyənmirlər
  • Dünən, 13:49
    "Şəfa" kapitanla yeni müqavilə imzaladı
  • Dünən, 13:19
    “Sabah” Eyden üçün çox pul ödəyib – “Kayzer Çifs”in idman direktoru keçidi şərh etdi
  • Dünən, 12:55
    Okan Burukdan transfer və Osimhen açıqlaması
  • Dünən, 12:40
    Antonelli ardıcıl 5-ci mərhələni qazandı!
  • Dünən, 12:19
    İnfantino İtaliya ilə məzələndi
  • Dünən, 11:50
    Dünya çempionatında iştirak etməyəcək
  • Dünən, 11:33
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Dünən, 11:12
    Yeni mövsümə çempionşipdə başlayacaq
  • Dünən, 10:40
    "Sabah" Portuqaliya klubundan müdafiəçi aldı
  • Dünən, 10:27
    “...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
  • Dünən, 10:00
    Klubunda hamını arxada qoydu
  • Dünən, 09:41
    Amerika bizi qorxutdu – 4:1 nə idi... - DÇ səhəri
  • Dünən, 01:06
    Kanada ilə Bosniya və Hersoqovina “sülh”ə razılaşdı - DÇ gecəsi
  • 12-06-2026, 23:0
    Yenə B seriyasında işləyəcək
Daha çox
Oxunub: 499
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
Oxunub: 238
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
Oxunub: 232
Elvin Cəfərquliyev yenidən parlaya bilər! - meneceri yeni klubu haqda nə dedi?
Oxunub: 210
“Xəzər Lənkəran”ın bərpasıyla bağlı yeni xəbər – Zaur Ramazanov nəyi açıqladı?
Oxunub: 208
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
Oxunub: 201
“Ehtiram bəy bildirdi ki, ispaniyalı vəkil tapıb, problemin həlli yolunda çalışır” - "Turan Tovuz"un ilk prezidenti
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə