• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Bu qədər əcnəbiyə şans verib, perspektivli gənclərimizi ofsaydda saxlayanda, təbii ki, qapıçı yetişməyəcək”

Ölkə futbolu / Manşet

22-05-2022, 18:0

Vaxtilə etibarlı oyunu ilə diqqəti çəkən, amma ulduzu parlamadan sönən qapıçılardan bir də Elnar Kərimov idi.

Əlcəklərini mismardan asan qolkiperlə Azərbaycandakı karyerasının dalana dirənməsi, Türkiyədə legioner həyatı yaşaması, futbolumuzda səviyyəli qapıçı qıtlığı, “Mingəçevir”in 1-ci diviziona qayıtması və başqa mövzular ətrafında söhbətləşdik.

- Hazırda nə işlə məşğulsuz?

- Bir müddət idi futboldan uzaqlaşmışdım. Hazırda AFFA-nın Mingəçevirdə təşkil etdiyi “Elit məşq” layihəsi çərçivəsində gənc qapıçıları yetişdirən məşqçi kimi çalışıram.

- Futbola doğma şəhərinizin “Energetik” klubunda başladız, diqqət mərkəzinə düşdüz. Sonra cəmi üç klubda oynadız. Niyə belə alındı?

- Bəli, karyerama 15 yaşımda Mingəçevir “Energetik”ində başladım. Sonra “Ədliyyə” və “Xəzər Lənkəran”da bir mövsüm keçirsəm də, uğur qazanmadım. Azərbaycanda uğurlu karyeram “Qəbələ”də oldu. 2006-13-cü illərdə bölgə təmsilçisinin həm əsas, həm də əvəzedici komandasında oynadım. “Qəbələ”dən ayrılandan sonra yerli klublardan təklif almadım və Türkiyənin BAL liqasına üz tutdum. Həmin çempionatda 5 il oynadım.

- Azərbaycan premyer-liqasından Türkiyənin 4-cü liqasına keçmək geriyə addım olmadı?

- 28 yaşım var idi, yerli klublardan maraqlanan olmadı. Nə etməliydim?! Həmçinin deməzdim ki, BAL liqası zəif çempionatdı. Orda komandaların sayı çoxdu, güclü rəqabət var. Hardasa bizim güclülər dəstəsinin səviyyəsinə yaxındı. Türkiyənin top-klubları daim BAL liqasında istedadlı futbolçu axtarışına çıxır. BAL liqasında “Serhat Ardahan”, “Bartinspor”, “Patnos 04 Spor”, “Sinopspor”, “Bağlum Spor”, “Görelespor” klublarında oynadım. Onların hər biri ilə çempion oldum. BAL liqasında ardıcıl çempionluq qazan futbolçu kimi tarixə düşdüm. Ümumilikdə həmin liqada oynadığım 5 ili karyeramın ən uğurlu dövrü adlandırardım.

- 2019-cu ilin yayında yenidən vətənə qayıtdız. Niyə yerli klublardan sizi heyətinə qatan olmadı?

- Bunu klubların rəhbərliyindən və həmin illərdə baş məşqçi postunu tutan şəxslərdən soruşsaz, yaxşı olar.

- Birinci divizion və Regional Liqası klubları da xidmətinizdə maraqlı olmadı?

- Açığı, premyer-liqa klublarından özümə qarşı diqqətsizlikdən sonra futboldan çox soyudum. Düzdü, 1-ci divizion və Region Liqası klublarında oynaya bilərdim. Amma həm futboldan küsdüyümə, həm də o çempionatların səviyyəsinin çox aşağı olmasına görə karyeramı bitirdim.

- 32 yaşınızda karyeranızı bitirdiz. Bu yaşda qapıçının əlçəklərini mismardan asması erkən sayılır. Misirin qapıçısı Əssam əl-Hadari 2018-ci ildə Rusiyada keçirilən dünya çempionatında çıxış edəndə 45 yaşı vardı. Ümumilikdə qolkiper 49 yaşına kimi oynadı. Canluici Buffonun hazırda 44 yaşı olmasına rəğmən, “Parma”da oynayıb yenidən İtaliya millisinə çağrılmasını gözləyir. Sizdən Hadari, Buffon olmağı gözləyən yox idi. Heç olmasa, 35-36 yaşınıza kimi oynamaq, ən azı doğma şəhərinizin təmsilçisi “Energetik”in təcrübəli qapıçısı kimi davam etmək olmazdı?

- Hadari, Buffon kimi qapıçıların o yaşa qədər oynamasının əsas səbəbi onlara inanaraq şans verən klub rəhbərləri, məşqçilərin olmasıdı. Mən “Qəbələ”dən ayrılanda 28 yaşım vardı. Klublarımızın heyətində 35-36 yaşında əcnəbi qapıçılara şans veriləndə mən və bir çox yerli qapıçılar kənarda qaldı. Belə hal baş verirsə, oyunçu futboldan küsməli, yoxsa davam etməlidi? Bu hansı reallıqdır? Bizə qarşı laqeydlik, dəyər verilməməsi, başdan aşıb-daşan şəxsi problemlərimizi Buffon yaşasaydı, inanın ki, çoxdan futboldan küsüb gedərdi. Bu gün Buffonun yerində olmaq yox, Azərbaycan üçün gələcəyin buffonlarını yetişdirmək istəyirəm. Sağlıq olsun, ömrüm, gücüm yetdiyi qədər Mingəçevirin futbol məktəbində istedadlı uşaqların parlaması üçün tər tökəcəm.

- Son illər Azərbaycanda yerli səviyyəli qapıçılar yetişmir. Səbəb nədi?

- Gəlin, çempionatımızdakı 8 komandanın heyətinə baxaq. “Qarabağ”da əsas qapıçı “milliləşdirilən” dağıstanlı Məhəmmədəliyev, ehtiyatda gürcü Quqeşaşvili. “Neftçi”nin qapı xəttində xorvatyalı Brkiç, “Şamaxı”da moldovalı Namaşko, “Sumqayıtd”da ukraynalı Popoviç, “Zirə”də dağıstanlı Cənnətov. Bu qədər əcnəbiyə şans verib, perspektivli gənclərimizi ofsaydda saxlayanda, təbii ki, qapıçı yetişməyəcək. Məgər Emil Balayev, Səlahət Ağayev kimi təcrübəli, Aydın Bayramov, Hüseynəli Quliyev, Yusif İmanov kimi perspektivli gənc qapıçılar legionerlərdən zəifdi? Uzun illər millimizin “1 nömrə”si olan Kamran Ağayevə heç bir klubumuz ehtiyac duymadığı halda, ondan səviyyəcə qat-qat aşağı əcnəbilərin ayağını altına xalça saldılar. Legioner qapıçılarla düşmənliyim yoxdu. Amma yerlilərin qarşısında “qırmızı işıq yandırmaq” da düz deyil. Bu gün 18-20 yaşlı gənclərimizə oynamaq şansı tanınmayacağıqsa, onların çoxu heç 25 yaşına kimi futbolda qalmayıb gedəcək. Biratımlıq barıtı olan legionerlərə Azərbaycan pasportu paylanıldı. Hanı indi o “milliləşdirilən” futbolçular? Legionerləri yığmaya dolduranlar anlamalıdı ki, onlar gəldi-gedərdi, sabah yenə meydana çıxaraq sona qədər can qoyan öz futbolçularımız olacaq. Futbol camiəmizin başında duranlardan, məşqçilərimizdən təvəqqe edirəm ki, yerli futbolçulara, gənclərimizə şans versinlər, onlara inansınlar.

- Doğma şəhəriniz yenidən 1-ci divizion matçlarına şahidlik edəcək. Amma yetirməsi olduğunuz “Energetik” tarixə qovuşdu, yerinə “Mingəçevir” gəldi. Buna münasibətiniz?

- “Azərenerji” kluba sponsurluğu dayandırdı. Nəticədə komanda adını dəyişdi. İstənilən halda, şəhərimizin 1-ci divizionda çıxışı edən komandasının olmasına sevinirik. Başda özüm olmaqla, şəhərimizin bütün futbol azarkeşlərinin arzusudu ki, “Mingəçevir” tezliklə elitada oynasın.

- Nə vaxtsa Elnar Kərimovu “Mingəçevir”də baş məşqçi və ya qapıçılarla işləyən məşqçi kimi görə bilərik?

- Hazırda Mingəçevirdə “Elit məşq” layihəsi çərçivəsində gənc qapıçılarla işimə köklənmişəm. Məqsədim gələcəyin qolkiperlərini üzə çıxarmaqdı. Bu sahədə çalışmağımda əməyi keçən Cahangir Həsənzadəyə minnətdarlığımı bildirirəm. Nə vaxtsa “Mingəçevir” mənə ehtiyac duysa, can-başla orda işləməyə hazıram.

- Sonda gənc qapıçılara nə demək istəyərdiz?

- Özlərinə inansınlar və dayanmadan çalışsınlar.

ABDULLA İSMAYILOĞLU

Paylaş:
Digər xəbərlər

Aktual / Manşet / Günün xəbəri

11-05-2022, 12:0

“Mingəçevir” “Energetik”in varisidi? - Klub rəsmisi açıqladı

Ölkə futbolu / Manşet

19-04-2022, 21:0

Azərbaycanın daha bir köklü klubu fəaliyyətini dayandırır - ÖZƏL

Ölkə futbolu / 1-ci liqa / Manşet / Günün xəbəri

2-05-2022, 15:0

AFFA-nın diviziona gətirdiyi komandanı tanınmış mütəxəssis çalışdıracaq? - ÖZƏL AÇIQLAMA

Ölkə futbolu

12-06-2022, 16:0

“Gözəl futbol nümayiş etdirmək “Mingəçevir”in borcudu”

Aktual
“Kəpəz”də təqdimat mərasimi keçiriləcək – yeni sədr axır ki, gün üzünə çıxır!
Azərbaycana 17 legioner gəlib - neçəsi yığmada çıxış edir?
Dünya çempionatı hansı stadionlarımızda keçiriləcək?
“Qarabağ” 10,8 milyon avroluq rəqiblə qarşılaşır
Ramil Şeydayev “Dinamo”da! – gəldiyi yerə dönür
Mehdi Cənnətovdan geriyə addım! – 34 yaşında elitadan getdi
Son xəbərlər
  • Bu gün, 12:40
    İtaliya paytaxtını tərk etmədi
  • Bu gün, 12:07
    "Şamaxı" "Qəbələ" ilə qarşılaşacaq
  • Bu gün, 11:36
    İngiltərədə klubunu dəyişdi
  • Bu gün, 11:05
    “Kəpəz”də təqdimat mərasimi keçiriləcək – yeni sədr axır ki, gün üzünə çıxır!
  • Bu gün, 10:49
    Messi yenə qol vurdu, İran qrupda qaldı - DÇ səhəri
  • Bu gün, 10:31
    "Bu istəklə və templə davam edəcəyik" - Qurban Qurbanov
  • Bu gün, 10:00
    "Fənərbaxça" Tovuza gəlir!
  • Dünən, 23:54
    Azərbaycana 17 legioner gəlib - neçəsi yığmada çıxış edir?
  • Dünən, 23:42
    "Neftçi" "əfsanə zolaqlı" formanı qaytarır - VİDEO
  • Dünən, 23:15
    4 təmsilçimizdən 3-ü qalib gəldi! - Fiziyevdən möhtəşəm nakaut
  • Dünən, 22:30
    "Avrokuboklara şans qazanmaq üçün əlimizdən gələnin ən yaxşısını edəcəyik"
  • Dünən, 22:08
    İranın forvardı FİFA-nı yıxıb-sürüdü - ''Bizim evə qayıtmağımızı istəyirlər''
  • Dünən, 21:51
    "Zirə" özbəklərə uduzdu
  • Dünən, 21:22
    Savo het-trik etdi, "Qarabağ" qalib gəldi
  • Dünən, 20:30
    Azərbaycanlılar qələbə ilə başladı! -UFC Bakı
  • Dünən, 19:23
    "Şəfa"da köməkçi məşqçilər bəlli oldu
  • Dünən, 18:52
    “Səbail”dən yeni transfer
  • Dünən, 18:31
    "Qarabağ"ın heyəti açıqlandı - Elvin start heyətində yoxdu!
  • Dünən, 18:00
    Dünya çempionatı hansı stadionlarımızda keçiriləcək?
  • Dünən, 17:31
    "Polessye" Andrade ilə uzunmüddətli müqavilə imzaladı
  • Dünən, 17:00
    “Qarabağ” artıq 3 milyon avro xərcləyib – “Sabah”dan bir addım öndə
  • Dünən, 16:40
    Florensiyanı tərk etdi
  • Dünən, 16:08
    Torreyra yumruq olayı haqda ilk dəfə danışdı - ''Şəkil çəkdirmək istədiyini düşündüm''
  • Dünən, 15:47
    Maykl Bispinq və Brüs Baffer "UFC Fight Night Baku"da!
  • Dünən, 15:26
    Tahir Abdullayev ilk, Rafael Fiziyev son döyüşə çıxacaq
  • Dünən, 15:08
    “Qarabağ” 10,8 milyon avroluq rəqiblə qarşılaşır
  • Dünən, 14:42
    Ramil Şeydayev “Dinamo”da! – gəldiyi yerə dönür
  • Dünən, 13:53
    Mehdi Cənnətovdan geriyə addım! – 34 yaşında elitadan getdi
  • Dünən, 13:37
    DÇ-də vəziyyət necədi? – bu an üçün ən vacib bilgi
  • Dünən, 13:07
    Andrade "Qarabağ"dan Ukrayna klubuna getdi - RƏSMİ
  • Dünən, 12:36
    Bülənt Korkmaz bu klubu superliqaya qaytarmağa çalışacaq
  • Dünən, 12:15
    "Qarabağ" "Tirol"a qarşı
  • Dünən, 11:54
    Muslera Uruqvayı məhv etdi - Byelsa özünü yıxıb-sürüdü!
  • Dünən, 11:23
    Milandan Turinə yollana bilər
  • Dünən, 10:52
    Arif Əsədov “Kəpəz”də çalışmaqdan niyə imtina etdi? – detallar üzə çıxdı
Daha çox
Oxunub: 433
Çempion komandanı atdı, “Zirə”yə gəldi – nə qəribə!
Oxunub: 314
UEFA-nın qərarı Tovuzda görülən işlərə təsir etdi – “artıq gələn mövsümə...”
Oxunub: 284
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 271
“Neftçi”dən sürpriz gediş: Eminlə Emilə rəqib gəldi!
Oxunub: 267
“Sən özün nə qədər evlər yıxmısan, Xaqani...”
Oxunub: 218
Koxalski də "Qarabağ"dan gedib - onu "gördüm" deyən yoxdu!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə