• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Gözəl futbol nümayiş etdirmək “Mingəçevir”in borcudu”

Ölkə futbolu

12-06-2022, 16:0

Növbəti mövsüm birinci divizionda çıxış edəcək "Mingəçevir"in düşərgəsindən yeni xəbər var.

Klub Ədliyyə Nazirliyində rəsmi qeydiyyata alınıb. Bundan başqa, qərb təmsilçisinin baş məşqçisi də müəyyənləşib. Komandanı Azər Həşimov çalışdıracaq. Gənc mütəxəssisin köməkçiləri də müəyyənləşib. Ona Samir Məmmədov kömək edəcək. Qapıçılarla işləyən məşqçi funksiyasını isə Elnar Kərimov yerinə yetirəcək.
Azər Həşimov “Energetik”də Zaur Qarayevin əsas köməkçisi idi. Onun “Mingəçevir”ə təyin olunması müsbət haldı. Hər halda, yeni komandaya 1-ci divizionda rəhbərlik etmək üçün potensialı var. Görəsən, Həşimov necə heyət formalaşdıracaq? Onun gələcəklə bağlı planları nədi? “Mingəçevir” növbəti mövsüm çempionluğa oynayacaq? Suallarımız çoxdu. Hamısına cavab tapmaq üçün gənc mütəxəssislə əlaqə saxladıq. Azər Həşimovla “Mingəçevir”ə təyinatı, qərb təmsilçisinin yeni liqada hədəfləri barədə söhbətləşdik.

- Öncə “Mingəçevir”ə baş məşqçi təyin olunmağınız münasibətilə təbrik edirik. Necə oldu ki, bu baş verdi?

- Təbrikə görə minnətdaram. Çox sağ olun. Mingəçevir futbolu sevən şəhərdi. Başda siz olmaqla, bütün jurnalistlərə təşəkkür edirəm ki, burda olanları işıqlandırdı. Birinci divizionda iştirak edəcəyimiz üçün çox xoşbəxtəm. AFFA-ya təşəkkür edirəm ki, bizə şərait yaratdılar. Təyinatımı isə gözləyirdim. Düşünürdüm ki, mənə təklif edəcəklər. Mənim üçün sevindirici oldu. Mingəçevirdə böyüyüb boya-başa çatmışam. Burda futbolun sirlərini öyrənmişəm. Bu komanda mənim üçün yad deyil. Ötən mövsüm Region Liqasında çıxış edəndə köməkçi məşqçi idim. Klub rəhbərliyinə təşəkkür edirəm ki, mənə güvəndi. Əlimdən gələni edəcəm ki, komandamız uğur qazansın.

- Rəhbərlik tərəfindən qarşınıza hansı hədəf qoyulub?

- Hədəf sadədi. Əzmkar komanda formalaşdırmaq əsas məqsədimizdi. Həm Mingəçevir, həm də Azərbaycan üçün yaxşı, istedadlı futbolçular üzə çıxartmaqdı.

- Heyətin yığılması və komandanın formalaşması ilə bağlı hansı planlarınız var? Yəqin ki, indidən kimlərisə gözaltı etmisiz.

- Bildiyiniz kimi, heyətdə yer alan 5 futbolçu 2002 təvəllüdlü olmalıdı. Ötən mövsüm “Energetik”də çıxış edən və limitə düşməyənlərdən bəzilərini saxlayacağıq. Başqa yerlərdən danışıq apardığımız futbolçular var. Çalışacağıq ki, həm təcrübəli, həm də cavan oyunçulardan ibarət gözəl kollektiv formalaşdıraq. Döyüşkən, meydanda mübarizə aparan komanda yaratmaq istəyirik.

- “Mingəçevir” 1-ci divizionda yeni mövsümün hazırlığına nə vaxt başlayacaq?

- İyulun birinci həftəsindən məşqlərə başlamaq istəyirik. Yəqin ki, təlim-məşq toplanışı keçəcəyik. Əvvəlcə seleksiya xarakterli məşqlər olacaq. Komanda formalaşandan sonra 10-14 günlük təlim-məşq toplanışına yığışacağıq. Əsas məqsədimiz 1-ci divizion başlayana kimi komandanı hazır vəziyyətə gətirmək olacaq.

- Təlim-məşq toplanışını harda keçirməyi planlaşdırırsız?

- Elə doğma şəhərimiz Mingəçevirdə. Bizim o qədər büdcəmiz yoxdu ki, harasa gedək. Amma şəraitimiz yaxşıdı. Bir neçə il öncə “Qəbələ” və hakimlər bura toplanışa gəlmişdilər. Çalışacağıq ki, doğma məkanda yaxşı hazırlıq keçək.

- Mingəçevir təmsilçisi həmişə Region Liqasında iddialı olub. Siz də “Energetik”də köməkçi məşqçi işləmisiz. Yeni mövsümdən isə fərqli, peşəkar çempionatda iştirak etməyə başlayacaqsız. “Mingəçəvir” 1-ci divizionda iddialılardan ola biləcək?

- Region Liqası tam fərqli dünya idi. Biz həftədə üç dəfə məşq keçirdik. Onda da komandanın üzvlərindən yarısı iştirak edirdi, yarısı yox. Birinci divizion isə peşəkar liqadı. Burda hər gün məşq keçməliyik. O vaxtı Elxan Məmmədov bizim şəhərə səfər etmişdi. Onda meydanın vəziyyəti ilə maraqlanırdıq. Ona da bildirdik ki, adımız həvəskar olsa da, işimizə peşəkar yanaşırıq. Uzun müddət “Qəbələ” akademiyasında çalışmışam. Orda müəyyən biliklər toplamışam. Çalışacam ki, əzmkar komanda formalaşdırım. Hər şey büdcədən asılıdı. Ona uyğun nə bacaracağıqsa, edəcəyik. Düşünürəm ki, gündən-günə inkişaf edəcəyik. Futbolçu olanda da iddialı olmuşam. İndi baş məşqçi kimi də bu xasiyyətdə qalacam. Bu mənim qanımda var. Çalışacam ki, futbolçulara da bunu aşılayım. Onların da iddialı olmasını istəyirəm. Oyunçuların bacardıqları qədər yaxşı nəticələr əldə etməsini istəyirəm.

- Komandanın adı və ya hədəfi fərqli olsa da, Mingəçeviri təmsil edir. Bu şəhərdə futbolu sevən insanlar var. “Zona45” daim yanınızdadı. Mingəçevir səfərinin rəqib komandalar üçün çox çətin olacağını düşünmürsən?

- Azarkeşlərimizi vurğuladığınız üçün təşəkkür edirəm. Sizin vasitənizlə fanatlarımıza minnətdarlığımı bildirirəm. Onlar Region Liqasında bizi tək buraxmadılar. Şəhər fərqi qoymadan bütün səfərlərdə yanımızda oldular. Sizə bir yaşanmış hadisəni danışmaq istəyirəm. Bakıdakı oyunların birini stadiondan izləyirdim. “Səbail” premyer-liqada kimləsə oynayırdı. Görüşü tribunadan cəmi 150 nəfər izləyirdi. Bizim matçlara isə azı 2 min adam gəlir. Həmin an öz-özümə fikirləşdim ki, görəsən, premyer-liqada çıxış etsək, necə olacaq? Azarkeşlərimizin komandaya həmişə möhtəşəm dəstəyi olub. Gözəl futbol nümayiş etdirmək “Mingəçevir”in borcudu. Özünüz də görəcəksiz ki, komandamız 1-ci diviziona əlavə rəng qatacaq. Əminəm ki, Region Liqasında olduğu kimi, bu çempionatda da möhtəşəm olacaqlar. “Zona45”in rəhbəri Elnur Qasımova təşəkkür edirəm. Onun ətrafında yığışanlara minnətdaram. Region Liqasındakı oyunlarda bizə çox dəstək olublar. Şəhərdə möhtəşəm ab-hava var. Mingəçevirdə azarkeş, futbolçu, rəhbərlik bir yerdə 1-ci divizionun sevincini yaşayır. Yeni çempionata birgə hazırlaşırıq. Bu azarkeşlər hər şeyin ən yaxşısına layiqdi. İnşallah, bir gün premyer-liqada çıxış edərik. Onlar da uğurlarımıza sevinərlər.

- Birinci divizionda limit dəyişmədi. Yenə “6+5” sistemindən istifadə olunacaq. Yəni heyətdə mütləq şəkildə 21 yaşadək futbolçu olmalıdı. Buna görə çətinlik çəkməyəcəksiz?

- Klub yeni yaranıb. Düşünürəm ki, limit məsələsi bizə çətinlik yaradacaq. Amma çalışacağıq ki, işimizin öhdəsindən gələk.

- Çempionatda premyer-liqa təmsilçilərinin 10 əvəzedici komandası çıxış edəcək. Bəzən əsas liqa klublarının baş məşqçiləri ikinci komandaya kömək üçün oyunçular göndərir. Bəzi məşqçilər buna etiraz edir. “Mingəçevir” bu vəziyyətə uyğun heyət formalaşdırır?

- Çox gözəl sual verdiz. “Energetik”in futbolçularının bəziləri 1-ci divizionda çıxış edənlər idi. Ötən mövsüm qış fasiləsində “Zaqatala” ilə yoxlama oyunu keçirdik. Həmin görüşdə hesab açılmadı. Amma çox əla mübarizə apardıq. Düşünürəm ki, komandamız belə problemin öhdəsindən gələ biləcək. Oyundan-oyuna güclənəcəyik. Kubok matçında meydana çıxacağıq. Orda premyer-liqa təmsilçiləri ilə qarşılaşa bilərik. Məşqçilər korpusunda yer alanlar futbolçulara özünəinam aşılayacağıq. Bizim klubun üzvləri istəkli olmalıdı. Hədəfə çatmaq arzusu hər şeyi üstələyir. Sənin keyfiyyətini artırır. Çalışacağıq ki, futbolçularımız bu fikirdə olsun. Dediyiniz məsələ məni zərrə qədər də düşündürmür, narahat etmir. Sağlıq olsun, çempionat başlasın. Özünüz də həm oyun, həm xarakter, həm də əzmkarlıq baxımından 1-ci diviziona rəng qatacaq komanda görəcəksiz.

İLKİN SULTANLI

Paylaş:
Digər xəbərlər

1-ci liqa

1-06-2022, 00:0

"Mingəçevir" təcrübəli məşqçi ilə razılaşmadı, gənc mütəxəssisə tapşırılır - ÖZƏL

1-ci liqa / Manşet / Günün xəbəri

20-05-2022, 13:0

“Energetik”in məşqçiləri “Mingəçevir”də də çalışacaq - AÇIQLAMA

Aktual / Manşet / Günün xəbəri

11-05-2022, 12:0

“Mingəçevir” “Energetik”in varisidi? - Klub rəsmisi açıqladı

Ölkə futbolu / Manşet

19-04-2022, 21:0

Azərbaycanın daha bir köklü klubu fəaliyyətini dayandırır - ÖZƏL

Ölkə futbolu / Manşet

24-05-2022, 15:0

Mingəçevir şəhər stadionuna 2 min oturacaq hədiyyə olunub - ÖZƏL AÇIQLAMA

Aktual
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Ayxan Abbassov Elvinə görə Qurban Qurbanova "savaş açdı"! - bəs, "Qarabağ" nə edəcək?
"Burda əsl ailə ab-havası hökm sürür" - Emil Balayev
DÇ-2026-ya yollanacaq futbolçu "Qarabağ"da!
“Yeni baş məşqçimiz yaxın günlərdə açıqlanacaq” - “Şəfa”dan cavab
Ramil Şeydayevin növbəti dayanacağı hara olacaq?
Son xəbərlər
  • Bu gün, 14:14
    “Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
  • Bu gün, 13:16
    Əziz Yıldırımın rəqibi ''bombaları partlatdı'' - Luis Suares, Merih Dəmirəl...
  • Bu gün, 12:45
    Premyer-liqanın tarixinə düşdü
  • Bu gün, 12:15
    Ayxan Abbassov Elvinə görə Qurban Qurbanova "savaş açdı"! - bəs, "Qarabağ" nə edəcək?
  • Bu gün, 11:54
    UEFA ona ağır cəza kəsdi
  • Bu gün, 11:23
    "Karvan-Yevlax"da növbəti ayrılıq
  • Bu gün, 10:52
    “Real”dan ayrılacağını bəyan etdi
  • Bu gün, 10:31
    Klubdakı 15 illik çıxışını başa vurur
  • Bu gün, 10:00
    Vlahoviç hara gedir?
  • Dünən, 23:58
    Minifutbol millimiz ikinci dəfə Avropa çempionu oldu!
  • Dünən, 23:30
    "Rəqibin harda boşluqlar verdiyini bilirik" - Siyasət Əsgərov
  • Dünən, 22:58
    Azarkeşlərin tənqidinə məruz qaldı
  • Dünən, 22:28
    "Burda əsl ailə ab-havası hökm sürür" - Emil Balayev
  • Dünən, 21:57
    Onun yolu Madridədi?
  • Dünən, 21:26
    "Hər iki görüşdə qələbə qazanmaq niyyətindəyik" - Ayxan Abbasov
  • Dünən, 20:55
    Milli komandada yeni təyinat
  • Dünən, 20:24
    Yeni kapitan oldu
  • Dünən, 19:53
    Romadan Milana üz tuta bilər
  • Dünən, 19:22
    “Ayın qolu” layihəsində qaliblər açıqlandı
  • Dünən, 18:47
    DÇ-2026-ya yollanacaq futbolçu "Qarabağ"da!
  • Dünən, 18:20
    Tellur daha iki il "Sabah"da
  • Dünən, 17:50
    "Karvan-Yevlax" Mateusla vidalaşdı
  • Dünən, 17:29
    Messi ilə birgə oynayacaq
  • Dünən, 16:58
    Mövsümün ən yaxşı futbolçusu seçildi
  • Dünən, 16:27
    "Qəbələ" Murad Musayevlə vidalaşdı
  • Dünən, 15:56
    “Şəfa” Avropa Futbol Klubları təşkilatına üzv oldu
  • Dünən, 15:26
    "Sabah" Amin Seydiyevlə yollarını ayırdı
  • Dünən, 14:55
    ''Beşiktaş'' italiyalı məşqçi ilə anlaşa bilər
  • Dünən, 14:24
    ''Trabzonspor'' Onananın daha bir il qalmasını istəyir
  • Dünən, 13:53
    Karrikin aqibəti müəyyənləşdi
  • Dünən, 13:22
    Sterlinq nəyə görə saxlanılıb?
  • Dünən, 12:51
    "Karvan-Yevlax"dan ayrıldı, İsrail klubuna keçdi
  • Dünən, 12:20
    Montella bu sistemin Türkiyə üçün ən optimal variant olduğunu düşünür - ''Bunun ən gözəl örnəyi PSJ-di''
  • Dünən, 11:59
    Belə bölgə futbolu kimə lazımdı?
  • Dünən, 11:41
    "Şamaxı" da növbəti ayrılıq - Enrike də getdi
Daha çox
Oxunub: 222
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 211
“Sxadadzenin müqaviləsinə xitam verilməsi gözlənilmir” – Səbuhi Səfiyarlı
Oxunub: 210
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 169
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Oxunub: 164
"Araz-Naxçıvan"ın yeni baş məşqçisi Cavid Hüseynovdu? - özü danışdı!
Oxunub: 143
“Cəza verilib də, bundan sonra daha nə istəyirlər?” - Ramin Musayev “Turan Tovuz”u haqlı görür
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə