Qolun müəllifi Freddi Varqasdı. Venesuelalı futbolçunu qoluna türk futbolunun əfsanələrindən Nihat Kahveçi da münasibət bildirib:
“Burda toxunuş normal edilə bilər. Dabanla topu qapıdan keçirmək inanılmaz özgüvən deməkdi. Bu keyfiyyət istəyir. Sən Harri Keyn, Levandovski, İbrahimoviç deyilsən. Benzema da deyilsən. Ağıldolu qoldu. Burda rahatlıq görürəm. O dabanla vursan, top qapıdan keçməsə, lap 30 qolun olsun, yanarsan. Belə vursan da, bizi də belə danışdırarsan”.
MÜZƏFFƏR QULUZADƏ






