O başqa məsələ ki, hazırda həm "Qarabağ", həm "Neftçi", həm də "Turan Tovuz" azarkeşləri Masazır təmsilçisinin qalib gəlməsini arzulayır. Ona görə ki, belədə "köhlən atlar" Avropa Liqasında, "ağ-qaralar" böyük ehtimalla Konfrans Liqasında çıxış edəcək. Bu yarışa vəsiqə qazanan "bozqurd" isə mübarizəyə 2-ci təsnifat mərhələsindən başlayacaq.
Qeyd olunan bilgilər öz yerində. Bəs, komandaların heyətlə bağlı problemləri nə yerdədi? Cəzalı, zədəli futbolçular varmı?
Hər iki komandanın mətbuat xidmətinin rəhbəri bu barədə "Football-plus.az"a açıqlama verdi.
Elnur Həmidov (Sabah):
"Cəzalı yoxdu. Zədəli yalnız Pavol Şafrankodu".
Elmar Abdullazadə (Zirə):
"Cəzalı yoxdu. Zədəlilər Enrike Kustodio ilə Rüfət Abdullazadədi".
Xatırladaq ki, "Palms Sports Arena"da keçiriləcək qarşılaşma saat 20.00-da başlayacaq.
KƏNAN BAHADIR





