“Araz-Naxçıvan”ın yarımmüdafiəçisi Felipe Santos Benin milli komandasına dəvət olunub.
"Football-plus.az" xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi mayın 25-dən iyunun 9-dək Benində və Mərakeşdə təşkil olunacaq təlim-məşq toplanışı üçün açıqlanmış heyətə daxil edilib.
Futbolçu Naxçıvan təmsilçisinə iyunun 1-də qoşulacaq.
Felipe 2024-cü ilin yayından "Araz-Naxçıvan"ın formasını geyir. O, cari mövsüm 29 oyunda 8 qol vurub və 7 qolun ötürməsini verib.