• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Dambrauskasın yerində olsaydım, mən də penalti seriyasına hazırlaşmazdım” – Rəşad Sadıqov

Ölkə futbolu / Manşet

12-05-2026, 19:0

Sabah ölkə kubokunun final oyunu keçiriləcək.

“Football-plus.az” “Zirə”nin baş məşqçisi Rəşad Sadıqovun mətbuat konfransından hesabatı təqdim edir.

- Sabah bizi önəmli oyun gözləyir. Yaxşı hazırlaşa bilmişik. Təəssüf ki, 40 gün ərzində 9-cu oyuna çıxacağıq. Daha çox hazırlaşmağa vaxtımız olmadı. Təzyiqi üzərimizdən atıb, mövsümün ən yaxşı oyununu oynamaq istəyirik. Qarşımızda yaxşı məşqçi heyəti olan kollektiv var.

- Sizcə, üstünlük hansı tərəfdədi?
- Sabahkı oyunda nələr etməliyik ki qalib olaq - bu barədə düşünürük.

- Üçüncü dəfə finaldasız, yenə də çempiona qarşı…
- Hər üçündə favoritlə qarşılaşmışıq. Bu amil komandada psixoloji üstünlük yaradır. Məşqçilər də təcrübəlidi. Bizim üzərimizdə təzyiq daha çoxdu. İtirəcəyimiz daha çox şey var. Rəqib artıq çempion olub. İtiriləcəklərimizi döyüşkənliyə çevirmək istəyirik. Sabah qalib gəlməyə çalışacağıq.

- Sisteminiz necə olacaq?
- Oyunöncəsi mətbuat konfransında bəzi şeyləri açıqlamaq olmur (gülür). Amma sürpriz bir şey olmayacaq. Rəqib ilk dəqiqələrdə qol vurub, dominant olmağa çalışacaq. Sabah bizim də müəyyən planlarımız var. İstəyərəm ki, baxımlı oyun oynayaq. Əlimizdən gələni edəcəyik ki, qalib gələk.

- İmişlidəki oyun nə dərəcədə mənfi təsir etdi?
- Çox məyusedicidi. Təsəvvür edin, kubokla bağlı maraqlı hadisələr başımıza gəlir. Ən çox şikayət edən mən idim ki, kubokda oyun az olur. Neçə ildi 1/8 finaldan başlayırıq. 1/8 finalda "Neftçi" ilə qarşılaşdıq. Bu mövsüm final erkən oldu, sıx qrafikə düşdük. Finala istədiyimiz kimi hazırlaşa bilmirik. Son matçı Qubada oynadıq. Mayda palçıqda oynamaq, meydança su... Əlavə yorğunluq olur. Dəyişikliklərdən gördüz ki, oyuna çox güc qoya bilmədik. Meydançanın durumunu görürdüm, düşünürdüm ki, burda 90 dəqiqə oynayan hər an zədələnə bilər.

- Valdas Dambrauskasın rəhbərlik etdiyi "Omoniya"ya 6:0 uduzmuşduz. Bu mövsüm də ona iki dəfə məğlub olduz. Bu, sizdə qisas hissi yaradır?
- Bəli, cənab Dambrauskasla qarşılaşmışıq. Məndə xüsusi aqressivlik yoxdu, ona hörmətim var. Sevinirəm ki, çempionatımızda belə məşqçi var. Ümid edirəm ki, bir gün eyni şərtlərlə qarşılaşarıq. Onun və mənim edəcəyim həmlələr daha maraqlı olacaq.

- Sizdə və komandada əhval-ruhiyyə necədi?
- Əhvalım yüksəkdi. "Zirə" ilə üçüncü finalımızı oynayacağıq. Bayram əhval-ruhiyyəsindəyik. Futbolçularıma təşəkkür edirəm. Burda altıncı ilimdir. Beş ildə 2-ci, 3-cü olmuşuq. Altı dəfə medallar uğrunda mübarizə aparmışıq. Futbolçularımla həmişə qürur duymuşam. Bu mövsüm yay seleksiya dönəmində kimin iddialı, kimin titullar uğrunda mübarizə aparacağını öncədən görmək olurdu. Komandam sona qədər yarışın içində idi. "İmişli" ilə oyunda bəlkə də yarışdan qopduq. Çox güc qoya bilərdik. Amma başa düşürdük ki, bizi final gözləyir. Daha çox sabahkı oyuna güc verdik. Sabahkı nəticədən asılı olmayaraq, 6 ildəki əzmkarlığa, xüsusilə son 2 ildəki nəticələrə görə futbolçularıma təşəkkür edirəm.

- Penalti seriyasına hazırlaşmısız?
- Hazırlaşmışıq. Ola bilsin, Dambrauskasın yerində olsaydım, mən də penalti seriyasına hazırlaşmazdım. İlk hədəfim o olardı ki, 90 dəqiqədə lazım olan nəticəni qazanaq. Biz də istəyərdik ki, matç 90 dəqiqədə bitsin. Amma hər şey realdı.

- Komandada futbolçularla bağlı vəziyyət necədi?
- Hacıağa Hacılı son matçda 90 dəqiqə oynamışdı. Bu gün adi epizodda zədələndi. Bilirəm ki, bu, "İmişli" ilə matçdakı zədə ilə bağlıdı. Aprellə mayın yorğunluğu üzərimizdə var. Çox stressli oyunlar keçirdik. Rəqibimiz daha yüksək əhval-ruhiyyədədi, hazırlaşmağa daha çox vaxtları olub. Sabah hər şeyə sıfırdan başlayacağıq. Görünən odu ki, Hacıağa matçı buraxacaq. Oyunlarda az iştirak edə bilər. Amma "Neftçi", "Sabah", "Qarabağ" kimi rəqiblərlə görüşlərdə ona ehtiyacımız olub.

- Enrike Kustodionun olmaması komandaya nə dərəcədə təsir edəcək?
- Mənim üçün çox ciddi problem yaratdı. Məcbur olub artıq İssanı ardıcıl oyunlarda oynatdıq. "İmişli" ilə matçda iştirak etmədi. Enrikenin olmaması böyük itkidi. Ona sağlamlıq arzulayıram. Komandaya çox yaxşı uyğunlaşmışdı. Bu, futbolun bir hissəsidi.

- Bəzi klublar var ki, finalda "Sabah"a azarkeşlik edəcək. "Sabah" qalib gəlsə, "Neftçi" avrokubok şansını artıracaq, "Qarabağ" Avropa Liqasına gedəcək, “Turan Tovuz” isə Konfrans Liqasında 2-ci təsnifat mərhələsindən başlayacaq. Bu məqam sizə əlavə motivasiya verəcək?
- Bu barədə futbolçularla danışmışıq. Elə vəziyyət yaranıb ki, finalda məğlubiyyətimiz dörd kluba sərf edir. Futboldu, anlayışla qarşılayıram. Yəqin ki, onların yerində olsaydım, “Sabah”ın qalib gəlməsini istəyərdim. Hansısa neqativ və ya üstünlük yaratmır. Öz oyunumuza, hədəflərimizə köklənmişik. Başa düşürük ki, bu oyun klubun tarixində necə önəmlidi.

MÜZƏFFƏR QULUZADƏ

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu / Manşet

4-02-2026, 19:0

"Komandamın göstərdiyi oyundan çox razıyam" - Rəşad Sadıqov

Ölkə futbolu / Manşet

12-05-2026, 17:0

“Belə suallara nifrət edirəm” – Valdas Dambrauskas

Avrokuboklar / Manşet

20-01-2026, 14:0

“Bu dəfə qol vura bilməyəcək” – Qurban Qurbanov

Manşet / Konfrans Liqası

21-08-2024, 20:0

“Şanslarımızı Bakıya saxlamaq istəyirik” - Rəşad Sadıqov

Ölkə futbolu / Manşet

17-07-2024, 18:0

“Düşünürəm ki, bizi səfərdəkindən daha çətin oyun gözləyir” - Rəşad Sadıqov

Manşet / Avropa Liqası

14-02-2024, 23:0

"Hər bir halda səviyyə fərqi çoxdu"

Aktual
Bakıda keçiriləcək dünya çempionatı ətrafında qalmaqal - Avropa Parlamentinin üzvləri FİFA prezidentinə müraciət etdi
İlahi Ədalət budu – sövdələşən yığmalardan 5-i evə yollandı!
"Neftçi" Varqas düyününü çözə biləcəkmi? - "Makkabi" "ağ-qaralar"ı soymaq istəyir!
Elvin canını qurtardı, bəs, Abbasın aqibəti necə olacaq? - baş məşqçi açıqladı
"Nyu Seynts" azarkeşlərini Masazıra gətirməyəcək!
“Təəssüfləndiyim oyunçulardan biri Medinadı”
Son xəbərlər
  • Bu gün, 17:02
    Milli futbolçunu ağır cəza gözləyir – DÇ-nin EHTİMALI
  • Bu gün, 16:30
    "Sabahın Ulduzları" ilə bağlı tədbir keçirildi
  • Bu gün, 16:14
    "Kəpəz" "Qəbələ" ilə qarşılaşacaq
  • Bu gün, 15:37
    DÇ oyunundan sonra azı 4 nəfər yaralandı - DÇ-nin MƏYUSLUĞU
  • Bu gün, 15:04
    Niderland yığmasının üzvü ''Fənərbaxça''da!
  • Bu gün, 14:35
    "İmişli"də daha bir ayrılıq
  • Bu gün, 14:00
    Bakıda keçiriləcək dünya çempionatı ətrafında qalmaqal - Avropa Parlamentinin üzvləri FİFA prezidentinə müraciət etdi
  • Bu gün, 13:52
    Mançesterdən Madridə yollandı
  • Bu gün, 13:30
    "Xankəndi" baş məşqçisi ilə bağlı qərarını açıqladı
  • Bu gün, 13:15
    Tamaşaçı rekordu yeniləndi - DÇ-nin REKORDU
  • Bu gün, 12:17
    Məşqçi ölümlə hədələnir
  • Bu gün, 11:46
    İtaliya paytaxtını tərk etmədi
  • Bu gün, 11:28
    Argentina öldü, öldü, dirildi - DÇ səhəri
  • Bu gün, 11:15
    Uğursuzluğa görə istefa verdi - DÇ-nin ZƏRURƏTİ
  • Bu gün, 10:49
    "Sabah" “Qarabağ”ın uzun müddətdi davam edən hegemonluğuna son qoyub" - "Nyu Seynts"dən "bayquşlar"a "bəy tərifi"
  • Bu gün, 10:31
    Leverkuzenə qayıtmayacaq
  • Bu gün, 10:00
    BFK FİFA-ya etiraz etdi - DÇ-nin ŞİKAYƏTİ
  • Bu gün, 01:09
    İlahi Ədalət budu – sövdələşən yığmalardan 5-i evə yollandı!
  • Bu gün, 00:53
    Salah da 1/8 finalda! - DÇ gecəsi
  • Dünən, 23:52
    Almaniyadan İspaniyaya geri döndü
  • Dünən, 23:21
    Fransa klubunda məşqçi istefası
  • Dünən, 22:50
    Avrokuboklar ərəfəsində SOS: avropalılar bizi əzir!
  • Dünən, 22:29
    Növbəti oyunu buraxacaq
  • Dünən, 22:00
    Mareska “Etihad”a qayıtdı
  • Dünən, 21:31
    "Zirə"dən növbəti transfer
  • Dünən, 21:00
    "Neftçi" Varqas düyününü çözə biləcəkmi? - "Makkabi" "ağ-qaralar"ı soymaq istəyir!
  • Dünən, 20:24
    İtaliya klubuna gərək olmadı
  • Dünən, 19:57
    Gözlənilən keçid rəsmiləşdi
  • Dünən, 19:26
    İstefası qaçılmaz oldu
  • Dünən, 18:55
    “Qarabağ”ın oyununa bilet satışı müvəqqəti dayandırıldı
  • Dünən, 18:25
    "Qarabağ" - "Vestri" matçına bilet almayan qaldı?
  • Dünən, 17:54
    Elvin canını qurtardı, bəs, Abbasın aqibəti necə olacaq? - baş məşqçi açıqladı
  • Dünən, 17:41
    “Araz-Naxçıvan”da yeni məşqçi təyinatı
  • Dünən, 17:25
    “Qarabağ”dan növbəti transfer
  • Dünən, 16:15
    Yeni klubu Kevin Medinanı təqdim etdi
Daha çox
Oxunub: 317
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 239
Elvin canını qurtardı, bəs, Abbasın aqibəti necə olacaq? - baş məşqçi açıqladı
Oxunub: 238
Zaur Ramazanov bu dəfə “bu həftə” dedi…
Oxunub: 178
“Kəpəz”də təqdimat mərasimi keçiriləcək – yeni sədr axır ki, gün üzünə çıxır!
Oxunub: 162
“Kəpəz”də baş məşqçi karuseli - azarkeşlər Azər Məmmədovu istəmir, sədr isə...
Oxunub: 150
“Turan Tovuz” “Fənərbaxça” ilə nə vaxt qarşılaşacaq?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə