AFFA Region Liqasında 2025/26 mövsümünün final və 3-cü yer uğrunda oyununun yeri və başlanma saatı müəyyənləşib.
"Football-plus.az" xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb.
Yarışın həlledici matçları mayın 18-də Şamaxıda təşkil olunacaq.
İlk olaraq saat 11.00-da “Biləsuvar” və “Şəfəq” arasında 3-cü yer uğrunda qarşılaşma keçiriləcək. Final oyunu isə saat 16.00-da “Zəngəzur”la “Marafon” arasında olacaq. Hər iki qarşılaşma Şamaxı şəhər stadionunda reallaşacaq.