Ötən mövsüm 1-ci liqada çempion olan, amma cari mövsümdə yenə autsayder statusu ilə kifayətlənən “Qəbələ”nin artıq 11-ci olacağı dəqiqləşib.
Bu qədər uğursuz nəticənin günahkarı kimdi? Niyə belə oldu? “Football-plus.az”ın sualına klubun idman direktoru Səbuhi Səfiyarlı cavab verdi:
“İki oyumuz var hələ. Düzdü, bu oyunlar nəticəyə təsir etməyəcək. Hələ pley-off oyunumuz da var. İndidən mövsümün yekunları haqda nəsə demək çətindi. Hələ onu udub çempionatda qalmaq lazımdı. 11-ci olmağımızın səbəbi çoxdu. Bəxtimizin gətirməməsi, yanlış transferlər, bəzi oyunlarda yanlış hakim qərarları... Kiçik açıqlama ilə bunlar haqda danışmaq çətindi. Obyektiv və subyektiv səbəblər oldu, 3-4 cümlə ilə izah edə bilmərəm, amma qısa icmal kimi belə demək olar”.
MÜZƏFFƏR QULUZADƏ