AFFA İcraiyyə Komitəsinin qərarı ilə "Mingəçevir" növbəti mövsümdən 1-ci divizionda çıxış edəcək.
Böyük ehtimalla gələn həftə komandanın yeni rəhbərliyi ictimaiyyətə təqdim olunacaq. Klubu Müşahidə Şurası idarə edəcək. "Mingəçevir"lə bağlı redaksiyamıza maraqlı informasiya daxil olub. Əldə etdiyimiz məlumata görə, komandanı formalaşdırmaq Rövşən Babayevə tapşırılacaq. Klub rəhbərliyi yaxın günlərdə onunla bu haqda danışmaq niyyətindədi. Xəbəri dəqiqləşdirmək üçün Rövşən Babayevlə əlaqə saxladıq: