Son bir həftədə məşqləri boykot edən “Mingəçevir”in düşərgəsində vəziyyət nisbətən sabitləşib. Belə ki, komanda bu gün saat 16.30-da məşqə çıxıb.
Futbolçuların maliyyə tələblərinin necə ödənilməsiylə bağlı məlumat əldə edə bilmədik. Ümumi ab-hava barədə baş məşqçi Ramiz Məmmədovla danışmağa çalışsaq da, təəssüf ki, zənglərə cavab vermədi.
Qeyd edək ki, “nur şəhəri”nin təmsilçisi hazırda 45 xalla 3-cü pillədədi. “Mingəçevir” sona iki tur qalmış pley-offa vəsiqə qazandıran 2-ci yerin sahibi “Səbail”dən 4 xal geridədi.
MÜZƏFFƏR QULUZADƏ