“Qarabağ” - “İmişli” matçının biletləri satışdadı

13.05.2026 15:53 94
Ölkə futbolu
Misli premyer-liqasının 32-ci turu çərçivəsində keçiriləcək “Qarabağ” - “İmişli” oyununun biletləri satışa çıxarılıb.

"Football-plus.az" xəbər verir ki, biletlər bu gün saat 15.00-dan etibarən iTicket.az platforması vasitəsilə onlayn satışdadı.

Qiymətlər sektorlara uyğun olaraq 5-20 manat aralığında dəyişir.

Oyun günü azarkeşlər biletləri həm stadionun kassalarından, həm də onlayn şəkildə əldə edə biləcəklər.

Mayın 16-da keçiriləcək qarşılaşma saat 17.00-da Tofiq Bəhrəmov adına Respublika Stadionunda start götürəcək.