• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Real” Ramosa əvəzedici tapıb

Dünya futbolu

20-05-2022, 19:0

Madridlilər “Çelsi”nin problemlərindən yararlanmaq istəyir.

“Çelsi”nin satışı prosesinin uzanması dərhal bir neçə transfer tarixçəsinin yaranmasına səbəb oldu. Düzdü, “zadəganlar”ın bəzi oyunçuları Roman Abramoviç Böyük Britaniya hökumətinin sanksiyalar siyahısına düşənə qədər də başqalarının diqqətini cəlb etmişdi. Komandadakı durumundan narazılığını gizlətməyən Romelo Lukakunun “İnter”ə sərhədsiz sevgisini dilə gətirməsi yadınızdadı? Tomas Tuxel də bugünlərdə maraqlı açıqlama verib:

“Biz özümüzü tamaşaçı kimi hiss edirik. Bu qəribə rol bizi razı salmır. Yay transfer büdcəsi? İndiki vəziyyəti nəzərə alanda onun necə olacağını deyə bilmərəm”.

Alman mütəxəssis onu da bildirdi ki, hələ Todd Boeli ilə görüşməyib. Baxmayaraq ki, Britaniya mediası “Çelsi”nin gələcək sahibinin alman mütəxəssisə tam dəstəklə bağlı vəd verdiyi, həmçinin direktorlar şurasının sədri Bryus Bak və direktor Marina Qranovskaya ilə gələcək əməkdaşlıqla bağlı danışıq apardığı haqda xəbərlər yayır. Mətbuata müdafiəçi Ris Ceyms və xavbek Meyson Mauntla müqavilə müddətinin uzadılmasıyla, həminin Eduar Mendinin maaşının artırılmasıyla bağlı xəbərlər də sızır. Ancaq Britaniya hökuməti və İngiltərə Premyer-Liqasının rəhbərliyi klubun satışını rəsmi şəkildə təsqidləyənə, yəni mayın sonuna qədər “Çelsi” daha bir neçə oyunçusunu itirə bilər. İlk növbədə müdafiə xəttində. Hazırda Ceymsdən başqa yalnız yanvarda müqavilə müddətini gələn ilin yayına qədər uzadan braziliyalı veteran Tyaqo Silva özünü rahat hiss edə bilər.
Andreas Kristensen, planlaşdırdığı kimi, “Barselona”ya gedir. Bundan başqa, kataloniyalılar Markos Alonso ilə Sesar Aspilikuetaya da göz dikib. Hərçənd sonuncu ilə bağlı o məqamı nəzərə almaq lazımdı ki, “Çelsi” ispaniyalı ilə müqavilə müddətini uzatmağın mümkünlüyü bəndini işə salacaq. Antonio Rüdigerlə bağlı vəziyyət daha sadədi. Yeni müqavilə mövzusunda danışıqlar “Çelsi”də indiki böhran baş qaldırana qədər dalana dirənmişdi. İndiki vəziyyətdə isə maaşın artırılmasından, futbolçunun agentlərinə yüksək məbləğdə xidməthaqqı ödənişindən söhbət gedə bilməz. Odu ki, “Real” vəziyyətdən yararlandı və səviyyəli müdafiəçini azad agent qismində rənglərinə bağladı. Rio Ferdinand hətta Rüdigeri “Mançester Siti”dən olan Ruben Diaşla birgə premyer-liqanın ən yaxşı müdafiəçisi adlandırır. Ancaq bu sövdələşmə ilə bağlı hər şey bu qədər rəvandı? Ona qalsa, Eden Azarın transferi zamanı hər kəs Madridə yeni kralın gəldiyini deyirdi. Axırı nə oldu?!

Paltardəyişmə otağının lideri

“Real”ın debütantının asan olmayan xarakterindən başlayaq. İngiltərədə iddia edirlər ki, Rüdiger Aspilikueta ilə daim münaqişədə olub, qolkiper Kepa Arrisabalaqa ilə də məşqdə dalaşıb. Bundan başqa, Almaniya yığmasının müdafiəçisi heç də həmişə məşqçilərlə ortaq dil tapmayıb. Antonio Konte oyunların birindən sonra taktikanı tənqid etdiyinə görə onu heyətdən çıxarmışdı. Rüdiger Mauritsio Sarrinin məşqlərini məktəb dərsləri ilə müqayisə etmişdi, yəni ki hər şey dəfələrlə təkrarlanır. Frenk Lempardın dönəmində daim heyətə düşmədiyinə görə “Çelsi”dən getmək istəmişdi. Amma Tuxelin gəlişi ilə hər şey dəyişdi. Bunu hətta prosesi kənardan izləyənlər də qeyd edirdilər. “Bavariya”nın baş məşqçisi Yulian Naqelsmanndan futbolçunu Münhenə dəvət etmək planları ilə bağlı soruşanda belə cavab vermişdi:

“Tomas onunla çox yaxşı işlədi. Ehtiyatda otururdu, ancaq indi “Çelsi”nin aparıcı müdafiəçilərindən biridi”. “Tomas mənə oynamaq imkanı yaratmaqla inamını göstərdi. Heyətin qapısını üzümə açmaqla özünəinamıma önəmli təsir göstərdi” – bu isə futbolçunun fikridi. Rüdigerlə gözlənilən ayrılığı göz önünə alan alman mütəxəssis də onun ünvanına kompliment yağdırır: “O, paltardəyişmə otağında futbolçulara özünəinam aşılayır. Antonio unikal şəxsiyyət, inadkar liderdi. Möhtəşəm səviyyə göstərir, məsuliyyəti sevir”.

Paltardəyişmə otağında özünü daha fəal aparmağı Rüdigerdən məhz Tuxel xahiş edib. Karlo Ançelottinin qarşısında duran vəzifə almanın bu keyfiyyətlərini Madriddə də qorumaqdı. Burda italiyalı mütəxəssisin yeniyetmələri ilə unikal dil tapmaq bacarığı işə yaramalıdı. Don Karlo bunu bacarsa, komandasında Serxio Ramosu çox xatırladan futbolçu peyda olacaq. Təkcə xarakterinə yox, oyun üslubuna görə də. Söhbət Rüdigerun yüksək təzyiq altında aqressiv oynamaq sevgisindən, həmçinin hücumlarda iştirakından gedir. İndiki “Real”da bu heç də həmişə çatışmır. Ona görə ki, Eder Militao mərkəz müdafiəçiləri tandemində “qul əməyi görür”, universal David Alabaya isə bu mövqe yaddı. Və bu məqamda yenə Tuxelin işini vurğulamalıyıq. “Çelsi”nin üç mərkəz müdafiəçili sxemində Rüdigerin heç vaxt “sığortalama” ilə bağlı problemi olmayıb, risk imkanı qazanıb. “Real” Zidanın dönəmində qısa zaman kəsiyində bu sxemlə oynayıb, ancaq onda da məcburiyyətdən. İndi artıq problem yoxdu, madridlilərin Kazemirosu da var. İdeal vəziyyətdə olan braziliyalı orta sahədəki oyundaşlarının əl-qolunu açmaqla yanaşı, rəqibin əks-hücumlarının qarşısını kəsməklə cinah və mərkəz müdafiəçilərinin hücuma qoşulmasını da “sığortalayır”. Ramosun dövründə də belə idi. Rüdiger xarizmatik kapitanın davamçısı olacaqmı – bu artıq onun özündən və Ançelottidən asılıdı.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

30-05-2022, 12:0

“Çelsi”nin satışı bu gün rəsmiləşəcək

Dünya futbolu

28-05-2022, 20:0

“Çelsi” satıldı

Dünya futbolu

10-03-2022, 23:0

Abramoviç inadından dönmür

Dünya futbolu

23-03-2022, 20:0

Abramoviç indi də "Göztəpə"ni alacaq?

Aktual
“Qarşıya qoyulan əsas məqsəd üç il ərzində elitaya yüksəlməkdi” - yeni baş məşqçi danışdı
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Elvin Yunuszadə bu klubda üç əcnəbidən biri oldu
“Sabah” cütün taleyinin Bakıda həll olunmasına çalışmalıdı” – Şahin Diniyev
Səfər matçlarında söz sahibləri “Qarabağ”ın tanışları olacaq!
“Orhus” bir çox halda hücuma 7-8 futbolçu ilə keçir” – Dambrauskas rəqibin zəif cəhətlərini də tapıb
Son xəbərlər
  • Bu gün, 21:25
    "Dinamo" hesabı açdı - YENİLƏNİB
  • Bu gün, 20:55
    Mahir Konfrans Liqası oyununun start heyətində
  • Bu gün, 20:43
    Slavik Alxasov "Səbail"də
  • Bu gün, 19:55
    "Dinamo" - "Qarabağ": START HEYƏTLƏRİ
  • Bu gün, 18:45
    İspaniya klubunu tərk etdi
  • Bu gün, 18:10
    Asim Xudiyevə UEFA-dan təyinat
  • Bu gün, 17:30
    Ötən ay karyerasını bitirən tanınmış ingiltərəli hakim Türkiyədə işləyəcək!
  • Bu gün, 16:58
    AFFA “Şamaxı” və “Qəbələ” üçün maarifləndirici təlimlər keçdi
  • Bu gün, 16:07
    Klubu ilə yenidən anlaşdı
  • Bu gün, 15:35
    Qapıçı ilə müqavilə yeniləndi
  • Bu gün, 15:00
    "Turan Tovuz" serbiyalı futbolçu transfer etdi
  • Bu gün, 14:40
    “Qarşıya qoyulan əsas məqsəd üç il ərzində elitaya yüksəlməkdi” - yeni baş məşqçi danışdı
  • Bu gün, 14:08
    "Araz Naxçıvan" Slavik Alxasovla vidalaşdı
  • Bu gün, 13:30
    AFFA nümayəndəsinə UEFA-dan təyinat
  • Bu gün, 13:09
    “Qarabağ”da yeni məşqçi təyinatları
  • Bu gün, 12:42
    "Gəncə" "Neftçi"nin oyunçusunu transfer etdi
  • Bu gün, 12:00
    “Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
  • Bu gün, 11:32
    ''Beşiktaş'' yeni ulduzuna hələ də lisenziya çıxara bilməyib
  • Bu gün, 11:00
    “Qarabağ” – “Dinamo” oyununun biletləri satışa çıxır
  • Bu gün, 10:31
    Türkiyəli hakim ''Ayaks''ın oyununa təyinat aldı
  • Bu gün, 10:00
    Elman Sultanov "Mingəçevir"in baş məşqçisi oldu
  • Bu gün, 00:40
    "Rəqibin bu qələbəyə tam layiq olduğunu düşünmürəm" - Valdas Dambrauskas
  • Dünən, 23:45
    Yığmamız İslandiyaya uduzdu
  • Dünən, 22:16
    "Qarabağ" heç də asan rəqib deyil" - "Dinamo"nun baş məşqçisi
  • Dünən, 21:59
    Elvin Yunuszadə bu klubda üç əcnəbidən biri oldu
  • Dünən, 21:28
    Azərbaycan dünya çempionatına ev sahibliyinə hazırlaşır
  • Dünən, 20:57
    "Sabah"ın matçı nə vaxt başlayacaq? - klubdan açıqlama
  • Dünən, 20:26
    “Sabah” cütün taleyinin Bakıda həll olunmasına çalışmalıdı” – Şahin Diniyev
  • Dünən, 19:56
    "Orhus" - "Sabah" oyununun vaxtı dəyişdirildi
  • Dünən, 19:40
    Səfər matçlarında söz sahibləri “Qarabağ”ın tanışları olacaq!
  • Dünən, 19:33
    "Orhus" - "Sabah": START HEYƏTLƏRİ
  • Dünən, 19:10
    “Orhus” bir çox halda hücuma 7-8 futbolçu ilə keçir” – Dambrauskas rəqibin zəif cəhətlərini də tapıb
  • Dünən, 18:58
    “Orhus” aşkar favoritdi! – “Sabah”ın uğuru mərc həvəskarlarını da sevindirəcək
  • Dünən, 18:40
    "Kəpəz" qapıçısı ilə yenidən anlaşdı
  • Dünən, 18:08
    "Cəbrayıl" və "Quba"nın adı dəyişdirildi
Daha çox
Oxunub: 179
Koxalski, sən nə etdin? – getmək istəyirsən, bəhanəsiz get!
Oxunub: 168
“Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
Oxunub: 124
“Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
Oxunub: 102
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 95
"Neftçi" seçim qarşısındadı: ağ, yoxsa qara?
Oxunub: 93
Bir gecədə üç sillə! – inkişaf nağılları bitdi
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə