• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Dibala Turinlə vidalaşdı

Dünya futbolu

20-05-2022, 18:0

Argentinalı niyə “Yuve”də superulduz ola bilmədi?

Bazar ertəsi keçirilən “Latiso” ilə ev oyununda “Yuventus”un iki ilduzu – Corco Kyellini və Paolo Dibala fanatlarla vidalaşdı. Sadəcə, onlar fərqli şəkildə gedirlər. Veteran müdafiəçi ya təqaüdə çıxır, ya da “qoca sinyora”nın əfsanəsi statusunda MLS-ə yollanacaq. Argentinalı isə Turindən heç cür böyük futbolçu potensialını aça bilmədən ayrılır. 28 yaşlı Dibala hələ də çoxlarının gözündə mütləq əsl superulduza çevriləcək, ümidverici gənc kimi qalır. Bəlkə də ona hədsiz yüksək dəyər verilib. Ancaq bu qədər nüfuzlu futbol adamı dəyərləndirmədə səhvə yol verə bilməz ki! Məsələn, Alessandro Del Pyero Dibalanı özünün varisi adlandırırdı. Və ya Karlo Ançelotti bir neçə il əvvəl deyirdi ki, argentinalı unikal istedada malikdi, onu heç kimlə müqayisə etmək olmaz, Paolo və Neymar yeni Lionel Messi – Kriştiano Ronaldo tandemi ola bilər. 2017-nin aprelində “Yuventus” Çempionlar Liqasında “Barselona”nı məhv edəndə “Tuttosport” belə bir “qışqıran” manşetlə çıxmışdı:

“Axı Messi kimdi? Marsdan gələn adam Dibaladı”. Əlbəttə, azarkeşlərə vida mesajında 7 möcüzəvi ili, 12 titulu və 115 qolu ondan heç kimin ala bilməyəcəyini yazan Dibala haqlıdı. Ancaq bizə elə gəlir ki, o daha artığına qadir idi. Və “Yuventus” artıq şərtləri razılaşdırılan müqavilədən çəkiləndə problem təkcə maliyyə ilə bağlı deyildi. Əlbəttə, pulun da bu ayrılıqda rolu var. Amma “Fiorentina”dan Fderiko Kyezanın alınması, qışda Denis Zakariya ilə Duşan Vlahoviçin, bunlardan bir qədər əvvəl Manuel Lokatellinin transfer olunması klubun maliyyə durumunun heç də faciəvi olmadığını göstərir. Bu üzdən “ağ-qaralar”ın idman direktoru Pavel Nedvedin sözlərinə diqqət yetirməyə dəyər. Dibalanın əla futbolçu olduğunu deyən çex sözünün sonunda bunu da vurğulayır: “Futbolçuya hərtərəfli qiymət verdik, onun meydanda və meydandan kənarda bizə nə verdiyi öyrəndik, layihəmizə töhfəsinə baxdıq. Paolonun tələbləri böyükdü ki, bu da aydındı: qeyri-adi futbolçudu. Ancaq hiss etdik ki, onun tələblərini qarşılamağa hazır deyilik. Bu üzdən yollarımızın ayrılması təbiidi”.


“Palermo”dan transfer olunandan sonrakı ilk üç mövsüm Dibalanın Turin karyerasının ən yaxşı dönəmi idi. A seriyasında mübarizəyə 19 qolla başladı. 2017/18 mövsümündə şəxsi məhsuldarlıq rekordunu 22 qola qaldırdı. Ardından Kriştiano Ronaldonun transferi baş verdi. Dibalanın meydandan kənarda onunla münasibətləri ən yüksək səviyyədə olsa da, meydanda heç nə alınmadı. Argentinalı kimi, baş məşqçi Massimiliano Alleqri də bu vəziyyətin girovuna çevrildi. Ronaldo ulduzdu. Ancaq müdafiə əməliyyatlarında iştirak etməyən iki futbolçunun eyni vaxtda meydanda görünməsi “Yuve” kimi nəhəng üçün də çox böyük boşluq olardı. Dibalanın satışında israr edən mütəxəssis sonda özü getdi. Alleqri qayıdandan sonra futbolçuya meydanda yer tapmaqla bağlı ikinci axtarış da uğursuz bitdi. Argentinalının heç vaxt superulduzlarla münasibət baxımından bəxti gətirməyib. “Yuve”də Ronaldonun kölgəsində qalıbsa, yığmada da Messi ilə eyni problemi yaşayıb. Dibala hansısa məqamda Leo ilə birgə oynamağın onun üçün çətin olduğunu etitaf edib. Leo isə bu vəziyyəti tam sakit qarşılayaraq aydınlaşdırıb ki, “Yuve”nin forvardı meydanda məhz onun “Barselona”da və milli komandada çıxış etdiyi mövqelərə meyillənir. Hətta taktiki fantaziyaları dolub-daşan Argentina yığmasının sabiq baş məşqçisi Xorxe Sampaoli də dünya çempionatına vəsiqə uğrunda mübarizədə eksperimentlərə vaxt olmadığını bildirməklə bu labirintdən çıxış yolu tapmamışdı. Messinin yığmada ilk titulunu qazanmaqla bağlı arzusunu çin edən Lionel Skalonu bu məsələ ilə bağlı daha nikbin düşünür və belə hesab edirdi ki, iki ulduzun eyni vaxtda oynaması mümkündü. Məşqçi deyirdi ki, ona vaxt lazımdı, ancaq bir neçə il ərzində heç nə dəyişmədi. Və burda qeyd etməyə dəyər ki, Dibala həmişə öz imkanlarını dəqiq qiymətləndirib. O, Messi ilə birgə oynamağın çətinliyini etiraf etməklə yanaşı, onu da deyirdi ki, premyer-liqa oyun üslubuna uyğun deyil, bu üzdən İngiltərəyə mümkün keçid variantına isti yanaşmır. Deməli, Paolonu “Nyukasl”ın ən yüksək ödənişli futbolçusuna çevirə biləcək danışıqlar, “Mançester Yunayted” və “Arsenal” təmsilçiləri ilə təmaslar əvvəlcədən uğursuzluğa məhkum idi. Eyni fikirlər bundesliqaya və Dortmund “Borussiya”sına da aiddi. Dibalanın rahatlıq zonası İtaliyadı. Bu üzdən az qala yüzfaizlik əminliklə demək olar ki, gələn mövsüm forvardı “İnter” formasında görəcəyik. Turində olduğu kimi, orda da pullarını saymağa məcburdular. Ancaq İvan Perişiç, Arturo Vidal, Aleksis Sançes və ola bilsin, Samir Handanoviç ilə vidalaşandan sonra Dibalanın müqaviləsi üçün vəsait tapılacaq. Və belədə argentinalının iki yolu qalır: ya Milanda aparıcı fiqura çevriləcək, ya da inkişafında heç cür ən yüksək zirvəyə çata bilməyən istedadlı oyunçu kimi qalacaq.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

18-05-2022, 15:0

Mourinyo Dibalanı üçün rəhbərliyə də təzyiq göstərir

Dünya futbolu

31-03-2022, 14:0

"Atletiko": Biri gəlir, digəri gedir

Dünya futbolu

11-04-2022, 16:0

Alleqri Dibala ilə bağlı xəbəri təsdiqlədi

Dünya futbolu

4-05-2022, 15:0

Dibala yeni klubuna agent kimi keçəcək

Aktual
“Demək olar ki, bütün gün stadiondayıq” – sonra da Faiq Cabbarova yardım edəcəklər
“Qarşıya qoyulan əsas məqsəd üç il ərzində elitaya yüksəlməkdi” - yeni baş məşqçi danışdı
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Elvin Yunuszadə bu klubda üç əcnəbidən biri oldu
“Sabah” cütün taleyinin Bakıda həll olunmasına çalışmalıdı” – Şahin Diniyev
Səfər matçlarında söz sahibləri “Qarabağ”ın tanışları olacaq!
Son xəbərlər
  • Bu gün, 22:28
    “Demək olar ki, bütün gün stadiondayıq” – sonra da Faiq Cabbarova yardım edəcəklər
  • Bu gün, 22:08
    "Kəpəz" yeni stadionunda "Karvan-Yevlax"ı məğlub etdi
  • Bu gün, 21:25
    "Dinamo" hesabı açdı - YENİLƏNİB
  • Bu gün, 20:55
    Mahir Konfrans Liqası oyununun start heyətində
  • Bu gün, 20:43
    Slavik Alxasov "Səbail"də
  • Bu gün, 19:55
    "Dinamo" - "Qarabağ": START HEYƏTLƏRİ
  • Bu gün, 18:45
    İspaniya klubunu tərk etdi
  • Bu gün, 18:10
    Asim Xudiyevə UEFA-dan təyinat
  • Bu gün, 17:30
    Ötən ay karyerasını bitirən tanınmış ingiltərəli hakim Türkiyədə işləyəcək!
  • Bu gün, 16:58
    AFFA “Şamaxı” və “Qəbələ” üçün maarifləndirici təlimlər keçdi
  • Bu gün, 16:07
    Klubu ilə yenidən anlaşdı
  • Bu gün, 15:35
    Qapıçı ilə müqavilə yeniləndi
  • Bu gün, 15:00
    "Turan Tovuz" serbiyalı futbolçu transfer etdi
  • Bu gün, 14:40
    “Qarşıya qoyulan əsas məqsəd üç il ərzində elitaya yüksəlməkdi” - yeni baş məşqçi danışdı
  • Bu gün, 14:08
    "Araz Naxçıvan" Slavik Alxasovla vidalaşdı
  • Bu gün, 13:30
    AFFA nümayəndəsinə UEFA-dan təyinat
  • Bu gün, 13:09
    “Qarabağ”da yeni məşqçi təyinatları
  • Bu gün, 12:42
    "Gəncə" "Neftçi"nin oyunçusunu transfer etdi
  • Bu gün, 12:00
    “Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
  • Bu gün, 11:32
    ''Beşiktaş'' yeni ulduzuna hələ də lisenziya çıxara bilməyib
  • Bu gün, 11:00
    “Qarabağ” – “Dinamo” oyununun biletləri satışa çıxır
  • Bu gün, 10:31
    Türkiyəli hakim ''Ayaks''ın oyununa təyinat aldı
  • Bu gün, 10:00
    Elman Sultanov "Mingəçevir"in baş məşqçisi oldu
  • Bu gün, 00:40
    "Rəqibin bu qələbəyə tam layiq olduğunu düşünmürəm" - Valdas Dambrauskas
  • Dünən, 23:45
    Yığmamız İslandiyaya uduzdu
  • Dünən, 22:16
    "Qarabağ" heç də asan rəqib deyil" - "Dinamo"nun baş məşqçisi
  • Dünən, 21:59
    Elvin Yunuszadə bu klubda üç əcnəbidən biri oldu
  • Dünən, 21:28
    Azərbaycan dünya çempionatına ev sahibliyinə hazırlaşır
  • Dünən, 20:57
    "Sabah"ın matçı nə vaxt başlayacaq? - klubdan açıqlama
  • Dünən, 20:26
    “Sabah” cütün taleyinin Bakıda həll olunmasına çalışmalıdı” – Şahin Diniyev
  • Dünən, 19:56
    "Orhus" - "Sabah" oyununun vaxtı dəyişdirildi
  • Dünən, 19:40
    Səfər matçlarında söz sahibləri “Qarabağ”ın tanışları olacaq!
  • Dünən, 19:33
    "Orhus" - "Sabah": START HEYƏTLƏRİ
  • Dünən, 19:10
    “Orhus” bir çox halda hücuma 7-8 futbolçu ilə keçir” – Dambrauskas rəqibin zəif cəhətlərini də tapıb
  • Dünən, 18:58
    “Orhus” aşkar favoritdi! – “Sabah”ın uğuru mərc həvəskarlarını da sevindirəcək
Daha çox
Oxunub: 179
Koxalski, sən nə etdin? – getmək istəyirsən, bəhanəsiz get!
Oxunub: 168
“Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
Oxunub: 124
“Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
Oxunub: 103
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 95
"Neftçi" seçim qarşısındadı: ağ, yoxsa qara?
Oxunub: 93
Bir gecədə üç sillə! – inkişaf nağılları bitdi
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə