• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Azərbaycan kənarda qalacaq, seçim daha ədalətli olacaq - YAZI

Manşet / Yazarlar

18-03-2022, 17:0

Qəzetimizin şənbə sayında Fransanın “L’Equipe” nəşrinin dünya futbolunda ən nüfuzlu fərdi mükafat kimi qəbul olunan “Qızıl top”un təqdimatı ilə bağlı şərtlərə yenidən baxılacağıyla bağlı xəbərinə yer ayırmışdıq.

Dərhal kiçik bir izahat verək. Hər kəs bu mükafatı “France Football” jurnalının verdiyini bilir, ancaq bu nəşr də “L’Equipe” ilə eyni media qrupuna daxildi, bu üzdən islahatlarla bağlı mətnin hansı mənbədə yer aldığına təəccüblənməyə dəyməz. Bildiyiniz kimi, yeniliklər aşağıdakılardan ibarətdi:

1. “Qızıl top” indi olduğu kimi təqvim ilinin yox, mövsümün yekunlarına əsasən veriləcək. Yəni növbəti mükafat 2021/22 mövsümü başa çatandan sonra sahibini tapacaq. Noyabr-dekabrda keçiriləcək futbol üzrə dünya çempionatı isə artıq 2022/23 mövsümünün yekunlarına düşəcək, deməli, 2023-cü il üçün “Qızıl top”un verilməsində nəzərə alınacaq.

2. Yalnız yığmaları FİFA reytinqində ilk “100-lüy”ə düşən ölkələrdən olan jurnalistlər səsvermədə iştirak edə biləcək. Məsələn, yığması çətinliklə “100-lüy”ə düşən (indi 98-ci pillədədi) vyetnamlı jurnalistin səs hüququ olacaq. “France Football”un yeni meyarlarının məğzi odu ki, ölkənin FİFA reytinqindəki yeri həmin ölkədə adamların futbolu necə anladığını əks etdirir. Deməli, bu meyara uyğun olaraq, Azərbaycan, Qazaxıstan, Yeni Zelandiya (ötən səsvermədə “top-5”i düzgün müəyyənləşdirmişdi), Latviya, Estoniya, Liberiya, Moldova jurnalistləri müsabiqədən kənarda qalacaq.

3. Səsvermə zamanı rəhbər tutulacaq meyarların əhəmiyyəti də dəyişib. İndi öncə fərdi göstəricilər, ardından komanda uğurları gəlir. 3-cü məqam oyunçunun ümumi səviyyəsi və “feyr-pley” prinsiplərinə uyğunluğudu. Deməli, “karyera” bəndi sıradan çıxıb. “L’Equipe” yazır ki, təşkilatçılar bu yolla müsabiqəni daha açıq və rəqabətli etmək, “bir neçə futbolçunun qoruğu” imicindən çıxarmaq istəyirlər.

4. Mükafatın növbəti təqdimat tarixi kimi 2022-nin oktyabrı müəyyənləşdirilib.
Bəs bu islahatları necə qiymətləndirmək olar? İslahat dalğası daha erkən baş tutsaydı, bəlkə də ötənilki qalmaqaldan qaçmaq olardı. Xatırladaq ki, “Qızıl top”un ötən il Levandovskiyə yox, Messiyə verilməsi bütün dünyada böyük əks-səda doğurdu. Onda meyarlar hədsiz bulanıq idi və tövsiyə xarakteri daşıyırdı:

1. İl ərzində fərdi və komanda göstəriciləri.
2. Oyunçunun səviyyəsi (istedad və ədalətli oyun).
3. Oyunçunun karyerası.


FİFA-nın “France Football” jurnalının təsis etdiyi “Qızıl top”la “boşanmadan” sonra - 2017-də yaratdığı “The Best” mükafatı bu mənada daha məntiqli görünür. Bu mükafatın dəqiq reqlamenti var ki, istənilən şəxs FİFA-nın saytına daxil olmaqla şərtləri oxuya bilər. Məsələn, səslərin necə sayıldığı aydın şəkildə göstərilib (FİFA-nın mükafatında qaliblər futbolçuların, baş məşqçilərin, jurnalistlərin və azarkeşlərin səsverməsi əsasında müəyyənləşir). FİFA-nın saytında həmçinin nominantların göstəricilərinin dəyərləndirilyidi zaman kəsiyi dəqiq şəkildə göstərilib. Məsələn, sonuncu dəfə 2020-ci il oktyabrın 8-dən 2021-ci il avqustun 8-nə qədər olan dövr nəzərə alınıb. Bu zaman kəsiyinə koronavirus üzündən əvvəlkilərlə müqayisədə bir qədər gec başlayan ötən klub mövsümü, həmçinin AÇ-2020, Amerika Kuboku və Tokioda keçirilən Olimpiada-2020 sığır. Ümumiyyətlə, təqvim ilindən mövsümə keçmək ehtiyacı çoxdan yaranmışdı. Ancaq “Qızıl top” yetərincə mühafizəkar mükafatdı. Məsələn, yalnız 1995-ci ildə qərar verdilər ki, mükafatı Avropada oynayan qeyri-avropalılara da vermək olar. Məhz bu üzdən Dieqo Maradona kimi dünya əfsanəsi mükafata həsrət qaldı. “Qızıl top” yalnız 2007-də qlobal mükafata çevrildi.

Bundan sonra fərdi göstəricilərin əsas meyara çevrilməsi, komanda uğurlarının arxa plana keçməsi də tam məntiqli qərardı. Bu dəyişikliyin məntiqi belədi: komanda ilə daha çox titul qazanan yox, konkret zaman kəsiyində daha yaxşı oynayan futbolçu ən yaxşı seçilir. Əski qaydanın əsasını hardan götürdüyü bəllidi. Onillər əvvəl TV-də yalnız Avropa və dünya çempionatları kimi böyük turnirlərə baxmaq olurdu, kim orda özünü göstərirdisə, seçilirdi. Amma 2022-də artıq belə dəlillərə söykənmək mümkünsüzdü.

Aydın məsələdi ki, son illərdə “Qızıl top”un təşkilatçılarına yönələn tənqid dalğası onları silkələnməyə məcbur edib. Bir qədər də belə davam etsəydi, mükafat tam gözdən düşəcəkdi. Yeri gəlmişkən, belə çıxır ki, 2022-nin “Qızıl top”u nə Messiyə çatacaq, nə də Ronaldoya. Axı mövsümün sonuna üç ay qalmış mənzərə belədi ki, heç biri mükafatlıq oyun göstərməyib. Komanda uğurlarından isə heç danışmağa dəyməz. PSJ də ÇL-də mübarizəni dayandırıb, MY də. Parislilərin çempionluq şansı böyükdüsə, mançesterlilərin qitənin ən nüfuzlu klub turnirinə vəsiqə qazanması belə sual altındadı.

Paylaş:
Digər xəbərlər

Aktual / Manşet

12-03-2022, 01:0

Azərbaycan “Qızıl top”la bağlı sorğuda səs verə bilməyəcək!

Aktual
“Sabah”ın Laçabı kimdi? – “Lill”in əvəzedici heyətindən Çempionlar Liqasına uzanan yol...
Mezzotero əsas yığmada? – Rəşad Eyyubovdan açıqlama
“Sabah” Eyden üçün çox pul ödəyib – “Kayzer Çifs”in idman direktoru keçidi şərh etdi
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
“Xəzər Lənkəran”ın bərpasıyla bağlı yeni xəbər – Zaur Ramazanov nəyi açıqladı?
Aslan Kərimov: “Zirə” indiki heyətlə Konfrans Liqasında 1-2 mərhələ adlaya bilər” - bəs, niyə başlamır?
Son xəbərlər
  • Bu gün, 01:11
    B qrupunda yenə heç-heçə - DÇ gecəsi
  • Dünən, 23:56
    Paytaxt klubunu tərk edəcək
  • Dünən, 23:06
    Millimiz dünya çempionu oldu
  • Dünən, 22:35
    Azər Bağırovun köməkçiləri müəyyənləşdi
  • Dünən, 22:03
    “İkinci çempionluğumuz ən yaddaqalan və çətindi” - Okan Burukun köməkçisi ayrılmağa yaxındı
  • Dünən, 21:29
    Bazanın yaxınlığında cəsəd tapıldı
  • Dünən, 20:59
    Doğma klubuna qayıtdı
  • Dünən, 20:28
    İngilislərin əşyaları necə yoxa çıxıb?
  • Dünən, 19:59
    Lebron Ceymsə məsləhət: “Leykers”i tərk et!
  • Dünən, 19:20
    İtaliya klubunda yeni təyinat
  • Dünən, 18:50
    Dünya idmanı işğalçıya qucaq açmağa başladı?
  • Dünən, 18:20
    Milli komandada ciddi itki
  • Dünən, 17:50
    “Sabah”ın Laçabı kimdi? – “Lill”in əvəzedici heyətindən Çempionlar Liqasına uzanan yol...
  • Dünən, 17:26
    6 oyunluq məğlubiyyət seriyasına son qoyuldu
  • Dünən, 16:57
    Messi ilə birgə oynayacaq
  • Dünən, 16:27
    “Nyukasl”dan ayrıldılar
  • Dünən, 15:56
    Avstraliyanın məşqçisi Türkiyə ilə oyun haqda nə dedi? - ''... bütün dünyaya göstərməyin zamanıdı''
  • Dünən, 15:25
    Premyer-liqa klublarının 2025/26 macərası nə ilə yadda qaldı?
  • Dünən, 15:11
    Mirra Andreyeva və Aleksandr Zverev!
  • Dünən, 14:45
    Mezzotero əsas yığmada? – Rəşad Eyyubovdan açıqlama
  • Dünən, 14:20
    DÇ matçının hakimi dəyişdi!
  • Dünən, 14:07
    Bizim çempionatı onlar da bəyənmirlər
  • Dünən, 13:49
    "Şəfa" kapitanla yeni müqavilə imzaladı
  • Dünən, 13:19
    “Sabah” Eyden üçün çox pul ödəyib – “Kayzer Çifs”in idman direktoru keçidi şərh etdi
  • Dünən, 12:55
    Okan Burukdan transfer və Osimhen açıqlaması
  • Dünən, 12:40
    Antonelli ardıcıl 5-ci mərhələni qazandı!
  • Dünən, 12:19
    İnfantino İtaliya ilə məzələndi
  • Dünən, 11:50
    Dünya çempionatında iştirak etməyəcək
  • Dünən, 11:33
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Dünən, 11:12
    Yeni mövsümə çempionşipdə başlayacaq
  • Dünən, 10:40
    "Sabah" Portuqaliya klubundan müdafiəçi aldı
  • Dünən, 10:27
    “...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
  • Dünən, 10:00
    Klubunda hamını arxada qoydu
  • Dünən, 09:41
    Amerika bizi qorxutdu – 4:1 nə idi... - DÇ səhəri
  • Dünən, 01:06
    Kanada ilə Bosniya və Hersoqovina “sülh”ə razılaşdı - DÇ gecəsi
Daha çox
Oxunub: 499
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
Oxunub: 243
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
Oxunub: 237
Elvin Cəfərquliyev yenidən parlaya bilər! - meneceri yeni klubu haqda nə dedi?
Oxunub: 213
“Xəzər Lənkəran”ın bərpasıyla bağlı yeni xəbər – Zaur Ramazanov nəyi açıqladı?
Oxunub: 208
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
Oxunub: 201
“Ehtiram bəy bildirdi ki, ispaniyalı vəkil tapıb, problemin həlli yolunda çalışır” - "Turan Tovuz"un ilk prezidenti
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə