• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

1:6-dan qaçmaq olardı! - rəhbərliyin strateji, baş məşqçinin taktiki səhvləri faciə gətirdi

Yazarlar / Manşet

20-02-2026, 10:0

Ağlamağa dəyməz, 1:6 dünyanın sonu deyil. Özü də müstəqillik tarixində avrokuboklarda bundan da böyükhesablı məğlubiyyətlər görən, illərlə acı yaşayan azərbaycanlı azarkeşlər üçün. Bu yollardan keçmişik, digər tərəfdən, “Qarabağ” cari mövsümdə pley-offa adlamaqla onsuz da böyük qəhrəmanlıq edib deyə, adam bir qədər toxtayır, təsəlli tapır, yeni, daha parlaq qələbələrin ümidi ilə sabaha boylanmaq istəyir. Amma 1:6-nın ardından ictimaiyyət arasında səslənən fikirlər, özəlliklə belə acı darmadağının istisnasız komandalar arasındakı səviyyə fərqi ilə bağlı olduğu haqda deyilənlər məni hövsələdən çıxardı, bir qədər daha uzaqlara boylanmağa məcbur etdi.

Mənə elə gəlir ki, sragagünkü faciənin əsası yanvarın 21-də ...“Ayntraxt”la qələbədən sonra qoyulmuşdu. Pley-offa vəsiqəni 97 faiz təmin edən həmin parlaq qələbə klub rəhbərliyini hərəkətə gətirməli, ən azı iki səviyyəli oyunçu alınmalıydı. Səviyyəli oyunçu almaq üçün nə lazımdı – skaut sistemi və pul! “Qarabağ”da ikisi də var. Bildiyim qədəri ilə klub prezidenti Tahit Gözəl də dəfələrlə Qurban Qurbanovun barmağını tuşlayacağı istənilən futbolçunu almağa hazır olduğunu deyib. Yaxşı, niyə alınmadı? Lap tutaq ki, mümkün transferlər belə “Nyukasl”la oyunda daha yaxşı nəticəyə nail olmağa imkan verməyəcəkdi. Amma start heyətində yer almaq uğrunda mübarizə kəskinləşəcək, komanda daxili arenada “Sabah”la daha əzmlə mübarizə aparacaqdı. Bəli, anladız, mən ilk strateji səhvi məhz bunda – pul ola-ola, heyəti gücləndirməməkdə görürəm. Tahir Gözəl günahkardı, yoxsa Qurban Qurbanov – şəxsən mənim üçün indi bu məqamın elə bir əhəmiyyəti yoxdu.

İkinci strateji səhv ölkəxarici və ölkədaxili turnirlər arasında prioritet baxımından düzgün seçim edə bilməmək, haça-paça qalmaqdı. ÇL-də pley-offa qalan, çempionatda “Sabah”la titul uğrunda mübarizə aparan komanda “Şamaxı” ilə ilk kubok oyununu asanlıqla qurban verə bilərdi. Qurbanovun yerinə olsaydım, həmin oyunda heç bir əsas oyunçunu meydana buraxmazdım. Nə dəyişdi ki? Cavab görüşü hələ martda – “Nyukasl”la duelin taleyi məlum olandan sonra keçiriləcək. Kubok sizin üçün belə əzizdisə, ev oyununda əsas oyunçuları meydana buraxıb, “Şamaxı”nı darmadağın etmək olar.

Üçüncü strateji səhv “Neftçi” ilə oyunun təxirə salınmasına nail olmaqdı. “Qarabağ” məhz buna cəhd etməklə və hədəfinə çatmaqla adı ətrafındakı arzuolunmaz söz-söhbəti artırdı. Söhbət təkcə “Neftçi”sevərlərin məlum “bizdən qorxdular, meydana çıxmadılar” qınağından getmir. Bu təxirəsalma ölkə futbolunda gərginliyi artırdı, məsələn, “Sabah” düşərgəsi düşünməyə başladı ki, “Qarabağ” istənilən məsələdə güzəştə nail ola bilər. Açığı, mən Qurban bəydən “Şamaxı” və “İmişli” ilə ağır səfər oyunlarının yox, məhz “Neftçi” ilə qarşılaşmanın təxirə salınmasının zəruriliyi ilə bağlı bir tutarlı izah da eşitməmişəm. Bir tərəfdən aydındı: baş məşqçi komandasını “Nyukasl”la səfər oyununa həftəlik tsikl üzrə hazırlaşdırmaq istəyirdi. Bəs onda bunca təcrübəli məşqçi futbolçularının qarda və palçıqda keçirilən iki ağır oyundan sonra hansı durumda olacağını niyə düzgün hesablamamışdı? Həmin oyunlardan birinin təxirə salınması daha doğru olmazdımı? “Nyukasl”la cavab görüşünə yox, ilk oyuna həftəlik tsikl üzrə hazırlaşmaq məntiqli variant deyildimi?

Bütün bunlar strateji səhvlər idi. İndi isə konkret son oyundakı taktiki səhvlərə toxunaq. Oyunu izlədiyim 12-ci sektorun 18-ci sırasından belə aydın görünürdü ki, “Qarabağ”ın Mateus Silva ilə Leandro Andradenin yer aldığı sağ cinahı meyit günündədi, hər hücum ya qola, ya da qapı önündə gərginliyə səbəb olur. Amma Qurban bəy 0:2-dən sonra da gözlədi, 0:3-dən sonra da gözlədi, nəhayət, fasilədə anladı ki, son vaxtlar qətiyyən özünə bənzəməyən (çox güman, onun da gözü yoldadı...) Leandronu meydanda saxlamağın yeri yoxdu. Bədavini meydana buraxmaqla 5-li müdafiəyə keçid doğru, lakin gecikmiş addım idi. Qurban bəyin əlinin altında olan iki-üç qeyri-standart futbolçudan birinə - Addaiyə yalnız 85-ci dəqiqədə şans verməsinin səbəbini də anlaya bilmədim. 54-cü dəqiqədə qol vurmusan, hücum əməliyyatlarını gücləndirmək, fərqi bir qədər də azaltmaq imkanın var, amma inadla nəyisə gözləyirsən. Nəyi – rəqibin 6-cı qolu vurmasını?

Ümumiyyətlə, Qurban bəydə daim müşahidə olunan və son vaxtlar adamı daha çox incidən bir keyfiyyətə toxunmaq istəyirəm. Adam bəzən yersiz inadkarlıq göstərir, israrla ictimai rəyin əleyhinə getməyə, sanki hamıya və hər kəsə “mən sizdən daha yaxşı bilirəm” deməyə çalışır. Şahruddin Məhəmmədəliyevdən Avropa səviyyəli qapıçı düzəltmək istədi, alınmadı, Nəriman Axundzadəni cilalamağın mümkün olmadığını özü etiraf etdi. İndi də qəribə yol tutub: rəqib kim olur-olsun, “Qarabağ” öz oyun üslubunu yeritməlidi! Qardaşım, canım-gözüm, hörmətli hoca, axı bu bəzən alınmır! Axı “Liverpul” və “Nyukasl”, axı “Napoli” və “Atletik” bizdən güclüdü. Bəlkə bir qədər də rəqibin oyun üslubuna uyğunlaşaq. Məgər belədə üzüyümüzün qaşı düşəcək? Prinsiplərdən müvəqqəti geri çəkilmək məgər məğlub olmaq deməkdi? Güclənək, bu komandaların səviyyəsinə çataq, sonra lap atalarını da yandırarıq!

...Bəli, iyulun 23-də - “Şelburn” üzərində səfər qələbəsi ilə başlayan ÇL nağılı təxminən 7 ay sonra “Qarabağ” və bizim üçün bitdi. Gözəl, maraqlı, əyləncəli idi! Buna görə təşəkkür olunası birinci şəxs, heç şübhəsiz, Qurban Qurbanovdu! Amma avrokubokların növbəti mövsümündə daha parlaq qələbə, daha müdrik məşqçi qərarları görməyə də tam haqqımız çatır. Keçmiş olsun!

ORXAN

Paylaş:
Digər xəbərlər

İdman

15-03-2023, 19:0

“Boston” pley-offa vəsiqəni təmin etdi

Dünya futbolu

23-01-2026, 18:0

AL-də 1/8 finalın ilk iki iştirakçısı məlum oldu

İdman

27-04-2022, 15:0

Lebron böyük danışdı: “Daha komandalarım pley-offu buraxmayacaq”

İdman

13-04-2022, 12:0

“Kolorado” klub rekordunu təkrarladı

İdman

13-04-2022, 20:0

“Leykers”də baş məşqçi ilə Uestbruk yola getmirmiş

Avrokuboklar / Manşet

31-01-2026, 10:0

“Qarabağ” artıq 36 milyon avro qazanıb! - 11 milyon qazanmaq imkanı da var

Aktual
“Əsas mərhələdə nəinki iki, üç komanda ilə təmsil oluna bilərik” – Elmar Baxşıyev
“Sabah”ın ÇL matçını stadiondan izləmək üçün 101 manatınız var?
Yaşar Seyidov “Karvan-Yevlax”dan və elita klublarından FİFA-ya şikayət edə bilər – özü dedi
“Sabah”ın rəqibindən böyükhesablı qələbə
UEFA-nın qərarı Tovuzda görülən işlərə təsir etdi – “artıq gələn mövsümə...”
Varqas nağılı başa çatır! – belə şey olar?
Son xəbərlər
  • Bu gün, 00:00
    Ramiz Məmmədovun taleyi iclasda müəyyənləşəcək
  • Dünən, 22:50
    Liverpuldan Londona yollandı
  • Dünən, 22:19
    “Əsas mərhələdə nəinki iki, üç komanda ilə təmsil oluna bilərik” – Elmar Baxşıyev
  • Dünən, 21:45
    MS-ni tərk edə bilər
  • Dünən, 21:16
    AFFA iki klubun şikayətini təmin etdi
  • Dünən, 20:45
    Niderlanddan Almaniyaya üz tutacaq
  • Dünən, 20:14
    "Qarabağ"ın Renaldo ilə müqaviləsinin detalları
  • Dünən, 19:43
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 19:11
    “Qarabağ”dan növbəti transfer
  • Dünən, 18:40
    Londondan Madridə yollanacaq
  • Dünən, 18:08
    "Səbail"dən növbəti transfer
  • Dünən, 17:37
    “Sabah”ın ÇL matçını stadiondan izləmək üçün 101 manatınız var?
  • Dünən, 17:06
    Yaşar Seyidov “Karvan-Yevlax”dan və elita klublarından FİFA-ya şikayət edə bilər – özü dedi
  • Dünən, 16:35
    Portuqaliyanı tərk etməyi düşünür
  • Dünən, 16:04
    Rövşən Nəcəfdən ölkəmizdə keçiriləcək DÇ ilə bağlı açıqlama
  • Dünən, 15:33
    Fransaya qayıtmayacaq
  • Dünən, 15:02
    “Sabah”ın rəqibindən böyükhesablı qələbə
  • Dünən, 14:31
    Klubunda hamını arxada qoydu
  • Dünən, 14:00
    UEFA-nın qərarı Tovuzda görülən işlərə təsir etdi – “artıq gələn mövsümə...”
  • Dünən, 13:39
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 13:18
    "Araz-Naxçıvan" kapitanla vidalaşdı
  • Dünən, 12:57
    Keyta "Qəbələ" ilə yeni müqavilə imzaladı
  • Dünən, 12:26
    İtaliya klubunu tərk etdi
  • Dünən, 11:55
    Çüdoçularımızın rəqibləri məlum oldu
  • Dünən, 11:30
    Sərgən Yalçın ''Beşiktaş''ı yıxıb-sürüdü - ''Komanda bu gedişlə hara gedir?''
  • Dünən, 11:06
    Rövlan Muradov "Araz-Naxçıvan"da
  • Dünən, 10:53
    Varqas nağılı başa çatır! – belə şey olar?
  • Dünən, 10:31
    Mehdi Cənnətov "Səbail"də
  • Dünən, 10:10
    Braziliya pley-offa qrup lideri kimi adladı - DÇ səhəri
  • Dünən, 09:00
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Dünən, 00:58
    İsveçrə 1-сi, Kanada 2-ci oldu - DÇ gecəsi
  • 24-06-2026, 23:0
    "Sabah" ilk yoxlama matçında heç-heçə etdi
  • 24-06-2026, 22:0
    Paytaxt klubunu tərk edəcək
  • 24-06-2026, 22:0
    Azarkeşlər Azər Məmmədovu qəzəblə qarşıladı, lağa qoydu – rəhbərliyə ittihamlar
  • 24-06-2026, 21:0
    İtaliya klubunda yeni təyinat
Daha çox
Oxunub: 278
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 259
“Sən özün nə qədər evlər yıxmısan, Xaqani...”
Oxunub: 240
“Neftçi”dən sürpriz gediş: Eminlə Emilə rəqib gəldi!
Oxunub: 219
UEFA-nın qərarı Tovuzda görülən işlərə təsir etdi – “artıq gələn mövsümə...”
Oxunub: 213
Koxalski də "Qarabağ"dan gedib - onu "gördüm" deyən yoxdu!
Oxunub: 208
“Zirə”dən ayrılmaq qərarını apreldən vermişdim” – Rəşad Sadıqov Ceyhun Nuriyevi yenə komandaya çağırıb?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə