“Boston” pley-offa vəsiqəni təmin etdi

15.03.2023 19:15 233
İdman
Şənbə günü “Detroyt”u məğlub edən “Boston” xalını 105-ə çatdırmaqla vaxtından əvvəl pley-offa vəsiqəni təmin etdi.

"Football-plus.az" xəbər verir ki, Şərq konfransının turnir cədvəlinə başçılıq edən komanda artıq heç bir halda 8-ci yerdən aşağı enməyəcək. 9-cu yerdə qərarlaşan “Florida”nın 73 xalı var. “Boston” MHL-in cari mövsümündə 50 qələbə həddinə hamıdan tez çatdı. Bunun üçün 64 oyun keçirmək kifayət etdi.