"Xankəndi"nin baş məşqçisi İbrahim Uzunca AFFA Region Liqasında 2024/25-ci illər mövsümünün qalibi olmaları ilə bağlı fikirlərini bölüşüb.
"Football-plus.az" xəbər verir ki, türkiyəli mütəxəssis AFFA-nın mətbuat xidmətinə açıqlamasında deyib:
"Mövsümün əvvəlindən qarşımıza kuboku işğaldan azad olunan torpaqlara hədiyyə etmək hədəfini qoymuşduq. Bunu bacardığımız üçün çox xoşbəxtik. Bu yolda çox əziyyət çəkdik. İldən-ilə hədəflərimizi böyütmək istəyirik. Uğurlu çıxışı gələn mövsüm 2-ci liqada da davam etdirmək üçün əlimizdən gələni edəcəyik. Təbii ki, bundan ötrü heyətimizi gücləndirməliyik".
Xatırladaq ki, ötən gün "Şirvan"la final matçında qarşılaşan "Xankəndi" 3:0 hesabı ilə qalib gəlib. Komanda növbəti mövsüm UEFA Region Kubokunda Azərbaycanı təmsil edəcək.