"Sabah" AFFA Gənclər Liqasının qalibi oldu

22.05.2025 21:36 5
Ölkə futbolu
AFFA Gənclər Liqasının qalibi bəlli olub.

"Football-plus.az" xəbər verir ki, çempionatın 36-cı turunda “Sabah”ın U-19 komandası səfərdə “Zirə” ilə qarşılaşıb.

Binə qəsəbə stadionunda keçirilən görüş Masazır təmsilçisinin 4:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları Stefen Ende (2), Anar Hüseynov və Anar Cəbiyev vurublar.

Qələbə sayəsində xallarının sayını 89-a çatdıran "Sabah" mövsümün bitməsinə 3 tur qalmış çempionluğunu rəsmiləşdirib.